Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-110/2022 17.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Bank VTB (Azərbaycan)" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 303192-1-35151 saylı "Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 5866.57 manat məbləğində əsas borc, 460.96 manat məbləğində faiz borcu, 42.92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6370.43 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 83.70 manat dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 303192-1-35151 saylı "Nağd pul krediti müqaviləsi”-nə əsasən istehlak məqsədi ilə illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 8.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 5.866,57 manat məbləğində əsas borc, 460.96 manat məbləğində faiz borcu, 42.90 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.370,43 manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixinə yaranmış borcu barədə xx.xx.2021-ci il tarixli, 10040P saylı pretenziya məktubu göndərilmişdir. xx.xx.2022ci il tarixli hesabdan çıxarışa əsasən 8.000 manat məbləğində Cavabdeh kredit verilmişdir. xx.xx.2020-ci il tarixli kassa məxaricə əsasən komissiya haqqı tutulduqdan sonra Cavabdeh 7.840 manat manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli maps arayışına əsasən borclu Babayev X1 rayon Xok kəndində qeydiyyatdadır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İş üzrə məhkəmənin İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək Cavabdeh tərəfindən müəyyən ödənişlər edildiyini, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 5.722.04 manat məbləğində əsas borc, 3.49 manat məbləğində faiz borcu, 42,90 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.768,43 manat Cavabdeh banka borcu mövcud olduğunu nəzərə alaraq bank ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli, 303192-1-35151 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 5.722,04 məbləğində əsas borc, 3.49 manat məbləğində faiz borcu, 42,90 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.768,43 manat məbləğində pulun, 83,70 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılması barədə ərizə icraata qəbul olunmuş və işə sonuncu dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxmaqla iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 303192-1-35151 saylı "Nağd pul krediti müqaviləsi”nin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 21% hesablanmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 303192-1-35151 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək 301.36 manat, son ödəmə tarixi olan xx.xx.2023-cü ildə isə 306.79 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında xx.xx.2020-ci il tarixli 303192-1-35151 saylı müqavilənin 6.1.3 və 6.1.4-cü maddələrinə əsasən müqavilə üzrə ödəniş cədvəli ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 (iki) aydan artıq gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, müqavilə ilə müəyyənləşdirilən vəzifələrdən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. İş materiallarında xx.xx.2020-ci il tarixli 303192-1-35151 saylı müqavilənin 9.2-ci maddəsinə görə bu Müqavilə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli 303192-1-35151 saylı müqavilə üzrə banka 5722.04 manat əsas, 3.49 manat faiz, 42.90 manat cərimə, ümumilikdə 5768.43 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 29 dekabr 2021-ci il tarixli, 10040P nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "Bank VTB (Azərbaycan)" ASC tərəfindən 83,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixli 303192-1-35151 saylı "Nağd pul krediti müqaviləsi” ilə üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və "Bank VTB (Azərbaycan)" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin və cərimənin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilən xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 303192-1-35151 saylı "Nağd pul krediti müqaviləsi” üzrə yaranmış 5722.04 manat əsas, 3.49 manat faiz, 42.90 manat cərimə ümumilikdə 5768.43 manat məbləğində borc Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 83,70 manat məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 303192-1-35151 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 5722.04 manat əsas borc, 3.49 manat faiz borcu, 42.90 manat cərimə borcu olmaqla, cəmi 5768.43 manat məbləğində borc və 83,70 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 5852,13 (beş min səkkiz yüz əlli iki, on üç) manat məbləğində pul tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-110/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-110/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver