Məhkəmə qərarları › İş №e-2(111)-123/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-123/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-123/2025 18.03.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə borcun tutulması tələbinin təmin edilməsi tələbi barədə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı MM QBKT nümayəndə vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 3407.28 AZN, faiz borcuna görə 641.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 4048.28 (dörd min qırx səkkiz manat, iyirmi səkkiz qəpik) AZN məbləğində borcun və 60.49 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və elektron sistemdə qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: -iddiaçının tələbi və onun əsaslandığı hallar; -tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.5-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh2 ölmüş olduğundan mülki işə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. İddia ərizəsi qaytarıldığına görə İddiaçı MM QBKT tərəfindən 07 mart 2025-ci il tarixli **********97 nömrəli qəbzlə ödənilmiş 60,49 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki Azərbaycan Respublikasının MPM-in 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı MM QBKT-yə izah olunmalıdır ki, iddiaçının həmin tələb üzrə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Kəngərli Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yaranmır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.2-152.4, 263, 264, 267- 269-cu maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə borcun tutulması tələbinin təmin edilməsi barədə iddia ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MM QBKT tərəfindən 07 mart 2025-ci il tarixli **********97 nömrəli qəbzlə ödənilmiş 60,49 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı MM QBKT-yə izah olunsun ki,iddiaçının həmin tələb üzrə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar