Məhkəmə qərarları › İş №e-2(111)-127/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-127/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-127/2024 14.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanəliyeva Günel Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 19401.62 manat əsas, 1364.66 manat faiz, cəmi 20766.28 manat məbləğində vəsaitin və 152.30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli İK1012915 saylı kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 26000 AZN məbləğində kredit verilmişdir. 2023-cü ilin noyabr ayında isə "xxxx" ASC-nin kredit portfeli müqavilə əsasında İddiaçı ASC-yə ötürülmüşdür (müqavilə iddiaya qoşma olunub). Bu səbəbdən də bu iş üzrə iddiaçı qismində İddiaçı ASC iştirak edir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdeh xx.xx.2024-cü il tarixə banka xx.xx.2022-cı il tarixli İK ******* saylı kredit müqaviləsinə əsasən 19401.62 AZN əsas, 1364.66 AZN faiz, cəmi 20766.28 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təyin edilmiş məhkəmə iclasına iddiaçı təşkilatın nümayəndəsinin gəlməməsinin səbəblərini üzrlü hesab edərək, cavabdehin isə bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən iş üzrə Cavabdeh izahatında ona qarşı qaldırılmış iddia tələbinə etiraz etmədiyini, tələb olunan məbləğlə tam razı olduğunu, həmin məbləği mübahisələndirmədiyini, kredit götürərkən İddiaçı ASC-nin Kəngərli Rayon Filialının müdiri işlədiyini, 2023-cü ilin fevral ayından işdən azad olunduğunu, bu səbəbdən də işləmədiyindən kredit öhdəliyini yerinə yetirə bilmədiyini, hazırda Kəngərli rayon Təhsil Şöbəsində mühasib vəzifəsində işlədiyini və 460 manat əmək haqqı aldığını, kredit təşkilatı ilə aylıq məbləğin azaldılması barədə razılığa gələ bilmədiyini bildirərək qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli İK1012915 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 16% hesablanmaqla 48 ay müddətinə 26000 manat məbləğində kredit verilmişdir. 03 iyun 2022-ci il tarixli 0016 nömrəli xəzinə məxaric orderinin surətindən görünür ki, bank tərəfindən xidmət haqqı çıxılmaqla Cavabdeh 25805 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli İK1012915 nömrəli kredit müqaviləsinin 5.2-ci bəndinin “a” yarımbəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin kredit portfeli İddiaçı ASC-yə ötürülmüşdür. xx.xx.2022-cı il tarixli İK1012915 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 736.85 manat, son ödəmə tarixi olan xx.xx.2026-cı ildə isə 736.65 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-cı il tarixli İK1012915 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli müqavilə üzrə çıxarışa əsasən Cavabdeh həmin tarixə 19401.62 manat əsas borc, 1364.66 manat faiz borcu vardır. xx.xx.2024-cü il tarixli 2024/104/8629 nömrəli maliyyə arayışına əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-cı il tarixli İK1012915 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə onun İddiaçı ASC-yə 19401.62 manat əsas borc, 1364.66 manat faiz borcu olmaqla ümumilikdə 20766.28 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş qəbzlərinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 50 manat və 102.30 manat olmaqla 152.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2022-cı il tarixli İK1012915 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulmuş vaxtlarda ödəməmiş, bununla da İddiaçı ASC-yə iş üzrə verilmiş maliyyə arayışına və müqavilə üzrə çıxarışa əsasən xx.xx.2024-cü il tarixə 19401.62 manat əsas borc, 1364.66 manat faiz borcu olmaqla ümumilikdə 20766.28 manat borcu yaranmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesabdan çıxarışı əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-cı il tarixli İK1012915 nömrəli kredit müqaviləsi üzrə 19401.62 manat əsas borc, 1364.66 manat faiz borcu olmaqla ümumilikdə 20766.28 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 152.30 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-cı il tarixli İK1012915 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 19401.62 manat əsas borc, 1364.66 manat faiz borcu olmaqla ümumilikdə 20766.28 manat borc və 152.30 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 20918.58 (iyirmi min doqquz yüz on səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar