Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-129/2024 15.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanəliyeva Günel Bayram qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış İK ******* saylı kredit müqaviləsinə əsasən 6436.97 manat əsas, 623.06 manat faiz borcu, 121.36 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli RGRR0244209B299 saylı kredit müqaviləsinə əsasən 2530.66 manat əsas, 364.28 manat faiz borcunun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi və Cavabdeh1 ilə İddiaçı ASC arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli “Birbank cashback kredit xətti” müqaviləsinə əsasən 442.11 manat əsas, 57.46 manat faiz borcunun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-cı il tarixli İK ******* saylı kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir. 2023-cü ilin noyabr ayında isə "xxxx" ASC-nin kredit portfeli müqavilə əsasında İddiaçı ASC-yə ötürülmüşdür. Bu səbəbdən də bu iş üzrə iddiaçı qismində İddiaçı ASC iştirak edir. Qeyd olunan kreditin təminatı kimi "xxxx" ASC Cavabdeh2 ilə xx.xx.2022-cı il tarixli zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 5.1-ci bəndinə əsasən zamin şəxs kredit öhdəliyi vaxtlı-vaxtında icra edilmədikdə borcalanın əvəzinə onu dərhal icra etməlidir. Bundan əlavə Cavabdeh1 ilə İddiaçı ASC arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cı il tarixli RGRR0244209B299 saylı kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 22, məbləği 3000 AZN olan kredit vəsaiti, xx.xx.2023-cı il tarixli “Birbank cashback kredit xətti” müqaviləsinə əsasən isə illik faiz dərəcəsi 27, məbləği 500 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Bu 2 kredit nəğd qaydada deyil, borcalanın elektron imzası ilə ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə İK ******* saylı kredit müqaviləsinə əsasən 6436,97 AZN əsas, 623,06 AZN faiz, RGRR0244209B299 saylı kredit müqaviləsinə əsasən 2530,66 AZN əsas, 364,28 AZN faiz, “Birbank cashback kredit xətti müqaviləsinə əsasən isə 442,11 AZN əsas, 57,46 AZN faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırki işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2022-ci il tarixli İK ******* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 17% hesablanmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 26 may 2022-ci il tarixli 1012841/27231 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2022-ci il tarixli İK ******* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalan Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək “Borcalan”la birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 27 may 2022-ci il tarixli 0028 nömrəli xəzinə məxaric orderinin surətindən görünür ki, bank tərəfindən xidmət haqqı çıxılmaqla Cavabdeh1 9910 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2022-ci il tarixli İK ******* nömrəli kredit müqaviləsinin 5.2-ci bəndinin “a” yarımbəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 26 may 2022-ci il tarixli İK ******* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 356.53 manat, son ödəmə tarixi olan xx.xx.2025-ci ildə isə 356.41 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin kredit portfeli İddiaçı ASC-yə ötürülmüşdür. xx.xx.2023-cü il tarixli RGRR0244209B299 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli RGRR0244209B299 saylı kredit müqaviləsinin 2.8 və 2.8.1-ci bəndlərinə əsasən kreditor müştəri tərəfindən müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. Cavabdeh1 məxsus xx.xx.2022 – xx.xx.2024-cü il tarixləri əhatə edən hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə RGRR0244209B299 saylı kredit müqaviləsi üzrə 3000 manat Cavabdeh1 hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli RGRR0244209B299 saylı kredit müqaviləsinin ödəniş qrafikindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 280.78 manat, son ödəmə tarixi olan xx.xx.2024-cü il tarixdə isə 282.28 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli BRCB0244208B299 saylı “Birbank cashback kredit xətti” müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə xx.xx.2026-cı il tarixədək kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 500 manat müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli BRCB0244208B299 saylı kredit müqaviləsinin 9.1 və 9.1.1-ci bəndlərinə əsasən kreditor müştəri tərəfindən müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. Cavabdeh1 məxsus xx.xx.2022 – xx.xx.2024-cü il tarixləri əhatə edən hesab üzrə çıxarışdan görünür ki, BRCB0244208B299 saylı kredit müqaviləsi üzrə 500 manat Cavabdeh1 kredit xətti açılmışdır. xx.xx.2024-cü il tarixli 2024/104/8794 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə İK1012841 saylı kredit müqaviləsi üzrə 6436.97 manat əsas, 623.06 manat faiz, RGRR0244209B299 saylı kredit müqaviləsi üzrə 2530.66 manat əsas, 364.28 manat faiz, “Birbank cashback kredit xətti” müqaviləsi üzrə isə 442.11 manat əsas, 57.46 manat faiz borcu vardır. xx.xx.2024-cü il tarixli 6-270-16/MH8076 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 121.36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdirlər. Borclu şəxs hazırki iş üzrə Cavabdeh1 26 may 2022-ci il tarixli İK1012841 nömrəli, xx.xx.2023-cü il tarixli RGRR0244209B299 nömrəli kredit müqavilələri və xx.xx.2023-cü il tarixli BRCB0244208B299 saylı “Birbank cashback kredit xətti” müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, nəticədə onun İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə İK1012841 saylı kredit müqaviləsi üzrə 6436.97 manat əsas, 623.06 manat faiz, RGRR0244209B299 saylı kredit müqaviləsi üzrə 2530.66 manat əsas, 364.28 manat faiz, “Birbank cashback kredit xətti” müqaviləsi üzrə isə 442.11 manat əsas, 57.46 manat faiz borcu yaranmışdır. Bu səbəbdən də tərəflər arasında bağlanmış 26 may 2022-ci il tarixli İK ******* nömrəli kredit müqaviləsinin şərtlərinə və Cavabdeh2 ilə bank arasında bağlanmış 26 may 2022-ci il tarixli 1012841/27231 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, xx.xx.2023-cü il tarixli BRCB0244208B299 nömrəli və xx.xx.2023-cü il tarixli RGRR0244209B299 nömrəli müqavilələrin şərtlərinə əsasən isə Cavabdeh1 əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və hesab üzrə çıxarışı əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 26 may 2022-ci il tarixli İK ******* nömrəli kredit müqaviləsi üzrə 6436.97 manat əsas, 623.06 manat faiz borcu olmaqla cəmi 7060,03 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, xx.xx.2023-cü il tarixli RGRR0244209B299 saylı kredit müqaviləsi üzrə 2530.66 manat əsas, 364.28 manat faiz, xx.xx.2023-cü il tarixli “Birbank cashback kredit xətti” müqaviləsi üzrə 442.11 manat əsas, 57.46 manat faiz borcu olmaqla cəmi 3394,51 manat məbləğində borc isə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121.36 manat məbləğində dövlət rüsumunun 26 may 2022-ci il tarixli İK ******* nömrəli kredit müqaviləsi üzrə 7060,03 manat təşkil etdiyindən həmin məbləğə münasib 90.60 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilərək müştərək qaydada, qalan 30.76 hissəsi isə Cavabdeh1 aid edilərək İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 may 2022-ci il tarixli İK ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 6436.97 manat əsas, 623.06 manat faiz borcu olmaqla 7060.03 manat məbləğində borc və 90.60 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 7150.63 (yeddi min yüz əlli manat, altmış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh1 xx.xx.2023-cü il tarixli RGRR0244209B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 2530.66 manat əsas, 364.28 manat faiz, xx.xx.2023-cü il tarixli “Birbank cashback kredit xətti” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 442.11 manat əsas, 57.46 manat faiz borcu olmaqla 3394.51 manat məbləğində borc və 30.76 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 3425.27 (üç min dörd yüz iyirmi beş manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-129/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-129/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver