Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-141/2024 29.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9001.85 manat əsas borcun, 612.01 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 45.85 manat məbləğində cərimə borcunun, cəmi 9659.71 manat borcun və 116.60 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 45010***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit razılaşmasına əsasən Cavabdeh 36 ay müddətinə illik 16% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 13000 AZN məbləğində kredit verilmişdir. Lakin əsas kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 9001.85 AZN əsas kredit borcu, 612.01 AZN kreditdən istifadəyə görə faiz borcu, 45.85 AZN cərimə borcu olmaqla, cəmi 9659.71 AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini, tələblə bağlı məbləği mübahisə etmədiyini, uşağının xəstə olduğunu, başqa banka da kredit borcu olduğunu, iş yerində dəyişiklik olduğundan aldığı əmək haqqının azaldığını və bu səbəbdən də krediti ödəyə bilmədiyini bildirmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:xx.xx.2022-ci il tarixli 45010***-*******01L saylı əsas kredit limiti razılaşmasının 1.1ci bəndinə əsasən “Kreditverən” “Borcalan”a 50000 (əlli min) manat məbləğində 120 (yüz iyirmi) ay müddətinə xx.xx.2032-ci il tarixədək kredit limiti ayrır və kredit limiti çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli 45010***-*******01L saylı əsas kredit limiti razılaşmasının 4.1.1-ci bəndinə əsasən, 3 (üç) bank günü ərzində “Borcalan” ona verilmiş kredit hissəsini və onun faizini ödəmək iqtidarında olmadıqda “Kreditverən” bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə qaytarılmasını tələb edə bilər. xx.xx.2022-ci il tarixli sms bildirişindən görünür ki, İddiaçı ASC 36 ay müddətinə illik 16 faiz dərəcəsi 130 AZN komissiya ilə 13000 AZN kredit təklif edir. Aylıq ödəniş 457.16 AZN olmaqla hər ayın 01-dək ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Cavabdeh bu təklifi qəbul etmiş və xx.xx.2022 - xx.xx.2024-cü il tarixə verilmiş hesabdan çıxarışa əsasən 13000 manat cavabdehin hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli 1501 nömrəli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli 45010***-*******01L saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 9001.85 manat əsas, 736.83 manat faiz, 106.96 manat cərimə borcu olmaqla cəmi 9844.96 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 116.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 45010***-*******01L nömrəli əsas kredit limiti razılaşması üzrə xx.xx.2022-xx.xx.2024-cü il tarixə verilmiş hesabdan çıxarışa əsasən cəmi 5956 manat ödəniş etmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olundu ki borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 45010***-*******01L əsas kredit limiti razılaşması ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-nə ödənilməli olan əsas borc, əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə İddiaçı ASC-nin müqavilə üzrə cavabdehdən əsas borcun, kreditdən istifadəyə görə faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Çünki, işin araşdırılan halları ilə Cavabdehnın kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 9001.85 manat əsas, 736.83 manat faiz borcu olmuşdur ki, iddiaçı cavabdehdən müqavilə üzrə 9001.85 manat əsas borcun, 612.01 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 45.85 manat məbləğində cərimə borcunun, cəmi 9659.71 manat borcun ödənilməsini tələb edir. İddiaçının müqavilə üzrə həmin tələblə bağlı əsas və faiz borcunun tutulması hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və xx.xx.2022-ci il tarixli 45010***-*******01L nömrəli əsas kredit limiti razılaşması üzrə xx.xx.2022 - xx.xx.2024-cü il tarixə verilmiş hesabdan çıxarışı əsas götürüb hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 45010***-*******01L nömrəli əsas kredit limiti razılaşması üzrə 9001.85 manat məbləğində əsas borc, 612.01 manat məbləğində faiz borcu, 45.85 manat məbləğində cərimə olmaqla ümumilikdə 9659.71 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 116.60 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 45010***-*******01L nömrəli kredit müqaviləsindən yaranmış 9001.85 manat məbləğində əsas borc, 612.01 manat məbləğində faiz borcu, 45.85 manat məbləğində cərimə olmaqla cəmi 9659.71 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 116.60 manat dövlət rüsumu, ümumilikdə 9776.31 (doqquz min yeddi yüz yetmiş altı manat, otuz bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-141/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-141/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver