Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-151/2025 11.06.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, borcun girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı kredit müqaviləsi üzrə kreditə görə 9723 manat əsas, faiz borcuna görə 1157,59 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 10880,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 123 manat məbləğində pulun tutulması, 2. Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızılzinət əşyalarına yönəldilməsi, 1. Üzük -2 ədəd, çəkisi – 8,6 qr, əyarı - 583; 2. Komplektı -1 ədəd, çəkisi – 11,9 qr, əyarı – 583; 3. Qolbağ - 2 ədəd, çəkisi - 14,5 qr, əyarı - 583; 4. Sep klon -1 ədəd, çəkisi - 3,7 qr, əyarı - 583; 5. Tək sırğa - 1 ədəd, çəkisi - 1 qr, əyarı - 583; 6. Kulon -1 ədəd, çəkisi - 18,9 qr, əyarı - 916; 7. Sep qırıq - 1 ədəd, çəkisi - 10 qr, əyarı - 880;
8. Qolbaq əzik - 3 ədəd, çəkisi - 15,9 qr, əyarı - 750; 9. Sep ad -1 ədəd, çəkisi - 4,6 qr, əyarı - 750; 10. Üzük 0,9 ağ çıxıtı -1 ədəd, çəkisi - 4,4 qr, əyarı - 750, cəmi: 93.5 qr, 3. bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı kredit müqaviləsi üzrə 9723 manat əsas, faiz borcuna görə 1157,59 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 10880,59 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 123 manat məbləğində pulun ödənilməsi, 4. girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı kredit müqaviləsinə əsasən illik 28 % dərəcəsi olmaqla 36 ay müddətinə 9723 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 9723 manat əsas, faiz borcuna görə 1157,59 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 10880,59 manat təşkil edir. xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir:
1. Üzük -2 ədəd, çəkisi – 8,6 qr, əyarı - 583;
2. Komplektı -1 ədəd, çəkisi – 11,9 qr, əyarı – 583;
3. Qolbağ -2 ədəd, çəkisi – 14,5 qr, əyarı – 583;
4. Sep klon -1 ədəd, çəkisi – 3,7 qr, əyarı – 583;
5. Tək sırğa -1 ədəd, çəkisi – 1 qr, əyarı – 583;
6. Kulon -1 ədəd, çəkisi – 18,9 qr, əyarı – 916;
7. Sep qırıq -1 ədəd, çəkisi – 10 qr, əyarı – 880;
8. Qolbaq əzik -3 ədəd, çəkisi – 15,9 qr, əyarı – 750;
9. Sep ad -1 ədəd, çəkisi – 4,6 qr, əyarı – 750;
10. Üzük 0,9 ağ çıxıtı -1 ədəd, çəkisi – 4,4 qr, əyarı – 750. CƏMİ: 93.5 qr Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2024-cü il tarixli NZLMB-10948 saylı kredit müqaviləsi üzrə kreditə görə 9723 manat əsas, faiz borcuna görə 1157,59 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 10880,59 manat pul tutulmalıdır, tələblər girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə məhkəmə iclasına iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli NZLMB-10948 nömrəli kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 36 ay müddətinə 9723 manat məbləğində cavabdehə kredit verilmişdir. 04 noyabr 2024-cü il tarixli sərəncam orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 9723 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli NZLMB-10948 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hər ay 402,16 manat, son ödəmə tarixi olan xx.xx.2027-ci il tarixdə isə 404,20 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli NZLMB-10948 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, E-Bankçılıq xidmətlərindən istifadə, kredit götürülməsi ilə bağlı tərəflər arasında yaranan münasibətlər müqavilə (bu Əsas Şərtlər, X2 və Müqavilənin digər ayrılmaz tərkib hissələri də daxil olmaqla) ilə tənzimlənir. Müştəri “Rabitəbank“ ASC-də xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş müqavilənin hazırkı tarixə qüvvədə olan və bankın (https://www.rabitabank.com/yuklemeler-ve-destek) internet səhifəsində dərc olunan Ümumi Şərtlərini yüklədiyini, həmin şərtlərlə diqqətlə tanış olduğunu, onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində həmin Ümumi Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. xx.xx.2024-cü il tarixli NZLMB-10948 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndi ilə təsdiq edilmiş X1 9.29 və 9.29.1-ci bəndlərinə əsasən müştəri ona verilmiş kreditin və/və ya onun faizinin kreditin ödəniş cədvəli üzrə ödənişini 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirdikdə, yaxud kreditin və/və ya onun faizinin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozduqda (90 (doxsan) gündən az olmamaqla), bank bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda verdiyi krediti hesablanmış faiz, komissiya və müvafiq halda gecikdirilmə faizi və dəymiş zərərlə birlikdə vaxtından əvvəl qaytarılmasını müştəridən tələb edə bilər. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli NZLMB-10948 nömrəli “Saxlanc girovu haqqında” müqavilə bağlanılmışdır. Həmin qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair akta əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir:
1. Üzük -2 ədəd, çəkisi – 8,6 qr, əyarı - 583;
2. Komplekt -1 ədəd, çəkisi – 11,9 qr, əyarı – 583;
3. Qolbağ -2 ədəd, çəkisi – 14,5 qr, əyarı – 583;
4. Sep klon -1 ədəd, çəkisi – 3,7 qr, əyarı – 583;
5. Tək sırğa -1 ədəd, çəkisi – 1 qr, əyarı – 583;
6. Klon -1 ədəd, çəkisi – 18,9 qr, əyarı – 916;
7. Sep qırıq -1 ədəd, çəkisi – 10 qr, əyarı – 880;
8. Qolbaq əzik -3 ədəd, çəkisi – 15,9 qr, əyarı – 750;
9. Sep ad -1 ədəd, çəkisi – 4,6 qr, əyarı – 750;
10. Üzük 0,9 ağ çıxıntı -1 ədəd, çəkisi – 4,4 qr, əyarı – 750. CƏMİ: 93.5 qr xx.xx.2024-cü il tarixli NZLMB-10948 nömrəli kredit müqaviləsi üzrə verilmiş xx.xx.2025-ci il tarixli RB-02/PK-1460 nömrəli arayışdan görünür ki, Cavabdeh 07 aprel 2025-ci il tarixə İddiaçı ASC-yə olan borcu 9723 manat əsas və 1157,59 manat faiz borcu olmaqla cəmi 10880,59 manat təşkil edir. xx.xx.2025-ci il tarixli RB-02/PK-1462 nömrəli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, 3 iş günü müddətində banka olan borc ödənilmədiyi təqdirdə müqavilənin şərtləri pozulduğu üçün və qanunvericiliyin tələblərinə əsasən, həmin borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 123 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli NZLMB-10948 nömrəli kredit müqaviləsi üzrə əsas borcuna görə 9723 manat, faiz borcuna görə 1157,59 manat, cəmi 10880,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 123 manat məbləğində pul tutulmalı, cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməli,
1. Üzük -2 ədəd, çəkisi – 8,6 qr, əyarı - 583;
2. Komplekt -1 ədəd, çəkisi – 11,9 qr, əyarı – 583;
3. Qolbağ -2 ədəd, çəkisi – 14,5 qr, əyarı – 583;
4. Sep klon -1 ədəd, çəkisi – 3,7 qr, əyarı – 583;
5. Tək sırğa -1 ədəd, çəkisi – 1 qr, əyarı – 583;
6. Klon -1 ədəd, çəkisi – 18,9 qr, əyarı – 916;
7. Sep qırıq -1 ədəd, çəkisi – 10 qr, əyarı – 880;
8. Qolbaq əzik -3 ədəd, çəkisi – 15,9 qr, əyarı – 750;
9. Sep ad -1 ədəd, çəkisi – 4,6 qr, əyarı – 750;
10. Üzük 0,9 ağ çıxıntı -1 ədəd, çəkisi – 4,4 qr, əyarı – 750. CƏMİ: 93.5 qr bu qızıl-zinət əşyaları hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən xx.xx.2024-cü il tarixli NZLMB-10948 nömrəli kredit müqaviləsi üzrə cəmi 10880,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 123 manat məbləğində pul ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, qətnamədə cavabdehdən tutulmalı ümumi məbləğ göstərildiyindən əlavə olaraq girov predmetlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehin digər əmlakına yönəldilməsinin qeyd edilməsinə heç bir əsas yoxdur. Ona görə də iddia girov predmetinin hərracda satışından əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehin digər əmlakına yönəldilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə hesab edir ki, əgər girov predmetinin hərracda satışından əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 123 manat dövlət rüsumu cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli NZLMB- 10948 nömrəli kredit müqaviləsi üzrə əsas borcuna görə 9723 manat, faiz borcuna görə 1157,59 manat, cəmi 10880,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 123 manat məbləğində pul tutulsun. Həmin borcun tutulması cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızılzinət əşyalarına yönəldilsin:
1. Üzük -2 ədəd, çəkisi – 8,6 qr, əyarı - 583;
2. Komplekt -1 ədəd, çəkisi – 11,9 qr, əyarı – 583;
3. Qolbağ -2 ədəd, çəkisi – 14,5 qr, əyarı – 583;
4. Sep klon -1 ədəd, çəkisi – 3,7 qr, əyarı – 583;
5. Tək sırğa -1 ədəd, çəkisi – 1 qr, əyarı – 583;
6. Klon -1 ədəd, çəkisi – 18,9 qr, əyarı – 916;
7. Sep qırıq -1 ədəd, çəkisi – 10 qr, əyarı – 880;
8. Qolbaq əzik -3 ədəd, çəkisi – 15,9 qr, əyarı – 750;
9. Sep ad -1 ədəd, çəkisi – 4,6 qr, əyarı – 750;
10. Üzük 0,9 ağ çıxıntı -1 ədəd, çəkisi – 4,4 qr, əyarı – 750. CƏMİ: 93.5 qr Bu qızıl-zinət əşyaları hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən xx.xx.2024-cü il tarixli NZLMB-10948 nömrəli kredit müqaviləsi üzrə cəmi 10880,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 123 manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov