Məhkəmə qərarları › İş №e-2(111)-16/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-16/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-16/2023 09.03.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Bank VTB (Azərbaycan)" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, 335348-1-32924 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 9175.28 manat məbləğində əsas borc, 1084.08 manat məbləğində faiz borcu, 600.60 manat məbləğində cərimə borcu, ümumilikdə 10859.96 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 122,58 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Bank VTB (Azərbaycan)" ASC (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, 335348-1-32924 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən istehlak məqsədilə illik 23.5% faiz hesablanması şərti ilə 60 ay müddətinə 9215 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 9175.28 manat məbləğində əsas borc, 1084.08 manat məbləğində faiz borcu, 600.60 manat məbləğində cərimə borcu, ümumilikdə 10859.96 manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixinə yaranmış borcu barədə xx.xx.2022-ci il tarixli 6460 P saylı pretenziya məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh 9215.15 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maps arayışına əsasən borclu Məmmədov X2 MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatdadır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Mülki işin hazırlığı zamanı "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, 28 fevral 2022-ci il tarixli, 335348-1-32924 saylı Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) müraciət etdiyini, ona istehlak məqsədilə illik 23.5% faiz hesablanması şərti ilə 60 ay müddətinə 9.215 manat məbləğində kredit verilməsini xahiş etdiyini, yəni təklif (oferta) verdiyini, Bankın isə aksept etdiyini, yəni təklifi qəbul etdiyini, bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verildiyini, kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürüldüyünü, xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh 9215.15 manat məbləğində kredit verilməsini xahiş etdiyini və cari hesabına 9215.15 manat pul köçürüldüyünü, qeyd edilən məbləğdən 138.23 manat maliyyə qorunması uçün komissiya tutulduğunu, cavabdehin başqa Banka borcunu ödəmək məqsədilə xx.xx.2022ci il tarixində kredit kartın ödənişi üçün Bank VTB tərəfindən 799.41 manat cari hesaba köçürüldüyünü, həmçinin nağd krediti müqaviləsi üzrə 6074.91 manat Bank VTB (Azərbaycan) ASC tərəfindən hesaba köçürüldüyünü, Cavabdeh isə kart hesabına 2202.45 manat köçürülmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 9175.28 manat məbləğində əsas borc, 1084.08 manat məbləğində faiz borcu, 600.60 manat məbləğində cərimə borcu, ümumilikdə 10859.96 manat məbləğində borcu qaldığını göstərərək iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuş və işə dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. İş üzrə iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 335348-1-32924 nömrəli "Nağd pul krediti müqaviləsi”nin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 23.5% hesablanmaqla 60 ay müddətinə 9215 manat məbləğində kredit verilmiş, yenidən maliyyələşdirilən kreditin ümumi qalıq məbləği 6874.32 manat müəyyən edilmiş və hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tamışdır. "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 335348-1-32924 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hər ay 262.28 manat, son ödəmə tarixi olan xx.xx.2027-ci ildə isə 288.54 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”-nin 11.1.3 və 11.1.4-cü maddələrinə əsasən müqavilə üzrə ödəniş cədvəli ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrdən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin və mümkün cərimənin ödənilməsini tələb edə bilər. xx.xx.2022-ci il tarixli 335348-1-32924 nömrəli müqaviləyə əsasən gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. 21 oktyabr 2022-ci il tarixli hesabdan çıxarış məlumatına əsasən xx.xx.2022-ci il tarixli 335348-1-32924 saylı müqavilə üzrə Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 9215 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 335348-1-32924 saylı müqavilə üzrə banka 9175.28 manat əsas, 1084.08 manat faiz, 600.60 manat cərimə olmaqla ümumilikdə 10859.96 manat borcu vardır və xx.xx.2022-ci il tarixdən öhdəliyini icra etmir. 01 avqust 2022-ci il tarixli, 6460P nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "Bank VTB (Azərbaycan)" ASC tərəfindən 122.58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün xüsusi bilik tələb olunduğundan Kəngərli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(111)-16/2023 nömrəli qərardadı ilə məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 107 nömrəli rəyinin nəticə hissəsində göstərilənlərə əsasən: Təqdim olunmuş hesabdan çıxarış məlumatları və 28 fevral 2022-ci il tarixli 335348-1- 32924 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "Bank VTB (Azərbaycan)" ASC-yə kredit üzrə xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 9057.63 (doqquz min əlli yeddi manat, altmış üç qəpik) manat, faiz borcu 1108.94 (bir min yüz səkkiz manat, doxsan dörd qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 335348-1-32924 nömrəli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "Bank VTB (Azərbaycan)" ASCyə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, kreditdən istifadəyə görə faizlərin və cərimə borcunun ödənilməsini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 107 nömrəli rəyi tədqiq olunaraq digər sübutlarla yanaşı qiymətləndirilməklə nəzərə alınmalı və rəydə qeyd olunduğu kimi 9057.63 manat əsas borc, 1108.94 manat faiz borcu olmaqla cəmi 10166.57 manat məbləğin Cavabdeh tutulması əsaslı hesab olunmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməklə cavabdehdən tutularaq "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə cərimə borcuna dair hissədə isə belə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı borcludan 600.6 manat məbləğində cərimə borcu tələb etsə də, cərimə borcunun məbləği iddiaçı və cavabdehin mənafeləri nəzərə alınmaqla, iddia tələbinə uyğun surətdə hesablanmalıdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından 150 manat məbləğində cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 335348-1-32924 nömrəli müqavilə üzrə 9057.63 manat əsas, 1108.94 manat faiz və 150 manat cərimə borcu olmaqla, ümumilikdə 10316.57 manat məbləğində pul tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 122.58 manat dövlət rüsumunun 116.44 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 335348-1-32924 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 9057.63 manat əsas, 1108.94 manat faiz və 150 manat cərimə olmaqla, cəmi 10316.57 manat borc və 116.44 manat məbləğində dövlət rüsumu ümumilikdə 10433.01 (on min dörd yüz otuz üç manat, bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar