Məhkəmə qərarları › İş №e-2(111)-166/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-166/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-166/2024 16.07.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanəliyeva Günel Bayram qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********73 saylı kredit müqaviləsi üzrə 6906.39 manat əsas borcun, vəfat etdiyi tarixə 379.85 manat faiz borcu olmaqla cəmi 7286.24 manat borcun və ödənilmiş 92.87 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən 45 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 15000 manat məbləğində kredit X4 verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. NMR Kəngərli rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən X3 banka ödənilməmiş qalan xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə 6906.39 manat əsas və vəfat etdiyi tarixə 379.85 manat faiz borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 24% hesablanmaqla, 45 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, bank tərəfindən X4 15000 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh X5 xx.xx.2019cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 508.7 manat, son ödəmə tarixi olan xx.xx.2023-cü ildə isə 504.75 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli müqavilə üzrə X5 əsas borc üzrə 8093.61, faiz borcu üzrə 6846.27 manat ödəniş etmiş, onun həmin tarixə banka 6906.39 manat əsas, 379.85 manat faiz, ümumilikdə 7286.24 manat borcu qalmışdır. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 242968 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüş, bu hal xx.xx.2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 2556 nömrə ilə qeyd edilmişdir. Kəngərli rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 35 nömrəli məktubundan və ona əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 barəsində xx.xx.2022-ci il tarixdə Kəngərli rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş vərəsəlik işi üzrə mərhumun vərəsəsi Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il tarixdə doğulmuş Cavabdehdır və o, miras əmlakdan tam pay almışdır. 26 aprel 2022-ci il tarixli və reyestr 2V-17 nömrə ilə qeyd edilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, şəhadətnamə verilən miras əmlak SOCAR “Neftqaztikinti Tresti”ndə işləmiş X2 miras qalmış Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək 2843 (iki min səkkiz yüz qırx üç) manat miqdarda pul vəsaitindən (xəstəlik müavinəti) ibarətdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, X3 vərəsəsi olan Cavabdeh banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 92.87 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, "xxxx" ASC ilə X5 arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilərək X4 xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə 15000 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2021-ci il tarixdə ölmüş, xx.xx.2022-ci il tarixdə vərəsəlik işi rəsmiləşdirilərək mərhumun vərəsəsi Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il tarixdə doğulmuş Cavabdeh olmuş və o, 26 aprel 2022-ci il tarixli və reyestr 2V-17 nömrə ilə qeyd edilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən SOCAR “Neftqaztikinti Tresti”ndə işləmiş X2 miras qalmış Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək 2843 (iki min səkkiz yüz qırx üç) manat məbləğində miras əmlakdan pay almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə borclu şəxs X5 vəfat etdiyindən, X2 miras qalmış pay onun vərəsəsi Cavabdeh tərəfindən qəbul edildiyindən, hazırkı iş üzrə qanun üzrə vərəsə Cavabdeh "xxxx" ASC ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə ona çatan miras payı həcmində cavabdeh olduğundan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun cavabdeh - hazırkı iş üzrə mirası qəbul etmiş vərəsə Cavabdeh yalnız X2 ona miras qalmış 2843 (iki min səkkiz yüz qırx üç) manat məbləğinə dair hissədə ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə 2843 (iki min səkkiz yüz qırx üç) manat məbləğində vəsait tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 92.87 manat dövlət rüsumunun 36.23 manat hissəsi də cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. X3 vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********73 nömrəli kredit müqaviləsi üzrə 2843 (iki min səkkiz yüz qırx üç) manat məbləğində vəsait və 36.23 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar