Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-169/2025 19.06.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 02 may 2024cü il tarixli, 101804-657516/4 saylı kredit müqaviləsi üzrə 24222,26 manat məbləğində əsas borcu, 1303,19 manat məbləğində faiz borcu olmaqla, cəmi 25525,45 (iyirmi beş min beş yüz iyirmi beş manat, qırx beş qəpik) manat məbləğində kredit borcunun, 06 iyun 2024-cü il tarixli, 101804-657516/5 nömrəli kredit müqaviləsi üzrə 1474,48 manat məbləğində əsas borcu, 105,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 1579,98 (bir min beş yüz yetmiş doqquz manat, doxsan səkkiz qəpik) manat məbləğində kredit borcu olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 27105,43 (iyirmi yeddi min bir yüz beş manat, qırx üç qəpik) manat məbləğində kredit borcunun və 171,32 (bir yüz yetmiş bir manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02 may 2024-cü il tarixli, 101804-657516/4 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 27300 (iyirmi yeddi min üç yüz) manat məbləğində kredit vеrilmişdir. Bundan başqa, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 iyun 2024-cü il tarixli, 101804-657516/5 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 17.5% dərəcəsi ilə 1700 (bir min yeddi yüz) manat məbləğində kredit vеrilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borclarını ödəməmişdir. 01 may 2025-ci il tarixə cavabdehin 02 may 2024-cü il tarixli, 101804-657516/4 saylı kredit müqaviləsi üzrə 24222,26 manat məbləğində əsas borcu, 1303,19 manat məbləğində faiz borcu olmaqla, cəmi 25525,45 (iyirmi beş min beş yüz iyirmi beş manat, qırx beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. 01 may 2025-ci il tarixə cavabdehin 06 iyun 2024-cü il tarixli, 101804-657516/5 saylı kredit müqaviləsi üzrə 1474,48 manat məbləğində əsas borcu, 105,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 1579,98 (bir min beş yüz yetmiş doqquz manat, doxsan səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqavilələrinin 1.1-ci bəndinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Belə ki, cavabdeh kredit müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və məhkəmədən İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təyin edilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasının keçirilməsi barədə fikrini və bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini, iddia tələbində ondan tələb olunan məbləğə etiraz etmədiyini, lakin Gəncə Hərbi Məhkəməsinin hökmü ilə ona təyin edilən cəzaya görə əmək haqqından tutulmalar olduğundan hazırda İddiaçı ASC-dən götürdüyü krediti vaxtında ödəyə bilmədiyini göstərərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 may 2024-cü il tarixli 101804- 657516/4 nömrəli istehlak kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə, illik 16,5% hesablanmaqla 27300 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2024-cü il tarixli 101804- 657516/5 nömrəli istehlak kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 17,5% hesablanmaqla 1700 manat məbləğində kredit verilmişdir. 02 may 2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 27300 manat məbləğində ödəniş edilmişdir. 06 iyun 2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 1700 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 may 2024-cü il tarixli 101804- 657516/4 nömrəli və 06 iyun 2024-cü il tarixli 101804-657516/5 nömrəli istehlak kredit müqavilələrinin 3.2 və 3.3-cü bəndlərinə əsasən tərəflər bu müqaviləni imzalamaqla bankın rəsmi internet səhifəsində (www.expressbank.az) yerləşdirilmiş ümumi şərtlərin bu bank məhsulu ilə bağlı müəyyən etdiyi şərtləri qəbul etdiklərini təsdiq edirlər. 02 may 2024-cü il tarixli 101804-657516/4 nömrəli və 06 iyun 2024-cü il tarixli 101804-657516/5 nömrəli istehlak kredit müqavilələrinin 3.2-ci bəndi ilə təsdiq edilmiş Ümumi Şərtlərin 2.2.6.1 və 2.2.6.6-cı bəndlərinə əsasən borcalan tərəfindən ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında qaytarılmaması və ya lazımi qaydada və məbləğdə qaytarılmaması və ya faizlərin ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) hallarda bank ümumi şərtlər və müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 02 may 2024-cü il tarixli 101804-657516/4 nömrəli istehlak kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 iyun 2024-cü il tarixdən başlayaraq 05 aprel 2028-ci il tarixədək hər ay 781,76 manat, son ödəmə tarixi olan 02 may 2028-ci il tarixdə isə 780,51 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 06 iyun 2024-cü il tarixli 101804-657516/5 nömrəli istehlak kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 iyul 2024-cü il tarixdən başlayaraq 06 may 2027-ci il tarixədək hər ay 61,03 manat, son ödəmə tarixi olan 06 iyun 2027-ci il tarixdə isə 61,22 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 02 may 2024-cü il tarixli 101804-657516/4 nömrəli istehlak kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 24222,26 manat əsas borc və 1303,19 manat faiz borcu olmaqla cəmi 25525,45 manat borcu vardır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 06 iyun 2024-cü il tarixli 101804-657516/5 nömrəli istehlak kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 1474,48 manat əsas borc və 105,50 manat faiz borcu olmaqla cəmi 1579,98 manat borcu vardır. xx.xx.2025-ci il tarixli 101/101/0202/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 101/101/0209/2025 xəbərdarlıq məktublarından görünür ki, cavabdehə banka olan borcların ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli **********68 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən “ASAN ödəniş” sistemi vasitəsilə 171,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallardan aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh 02 may 2024-cü il tarixli 101804-657516/4 nömrəli və 06 iyun 2024-cü il tarixli 101804-657516/5 nömrəli istehlak kredit müqavilələri ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulmuş vaxtlarda ödəməmişdir. Bununla da İddiaçı ASC-yə 02 may 2024-cü il tarixli 101804- 657516/4 nömrəli istehlak kredit müqaviləsi üzrə verilmiş maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə cavabdehin 24222,26 manat əsas borc, 1303,19 manat faiz borcu olmaqla cəmi 25525,45 manat borcu, 06 iyun 2024-cü il tarixli 101804-657516/5 nömrəli istehlak kredit müqaviləsi üzrə verilmiş maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə cavabdehin 1474,48 manat əsas borc, 105,50 manat faiz borcu olmaqla cəmi 1579,98 manat borcu, hər iki istehlak kredit müqaviləsi üzrə ümumilikdə 27105,43 manat borcu yaranmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış istehlak kredit müqavilələrinin şərtlərinə əsasən İddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2025-ci il tarixə cavabdehin banka olan borclarını əks etdirən xx.xx.2025-ci il tarixli maliyyə arayışlarını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 02 may 2024-cü il tarixli 101804-657516/4 nömrəli istehlak kredit müqaviləsi üzrə 24222,26 manat əsas borc, 1303,19 manat faiz borcu olmaqla cəmi 25525,45 manat borc, 06 iyun 2024-cü il tarixli 101804-657516/5 nömrəli istehlak kredit müqaviləsi üzrə 1474,48 manat əsas borc, 105,50 manat faiz borcu olmaqla cəmi 1579,98 manat borc, hər iki istehlak kredit müqaviləsi üzrə ümumilikdə 27105,43 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 171,32 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 02 may 2024-cü il tarixli 101804-657516/4 nömrəli istehlak kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 24222,26 manat əsas borc, 1303,19 manat faiz borcu, cəmi 25525,45 manat borc, 06 iyun 2024-cü il tarixli 101804-657516/5 nömrəli istehlak kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 1474,48 manat əsas borc, 105,50 manat faiz borcu, cəmi 1579,98 manat borc, hər iki istehlak kredit müqaviləsi üzrə ümumilikdə 27105,43 manat və 171,32 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 27276,75 (iyirmi yeddi min iki yüz yetmiş altı manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-169/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-169/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver