Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-19/2025 14.01.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 6617,47 manat əsas borc, vəfat etdiyi tarixə 0,02 manat faiz borcu olmaqla, cəmi 6617,49 manatın, ödənilmiş 86,18 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2023cü il tarixli BPM**********05 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 17 %-lə, 36 ay müddətinə 8000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 672103 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Kəngərli notariat ofisi tərəfindən verilmiş 48 nömrəli məktubdan görünür ki, Cavabdeh adına vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixədək nağd kredit üzrə banka borcu 6617.47 manat əsas, 0.02 manat faiz borcu olmaqla, cəmi 6617.49 manat təşkil edir. Cavabdehin mərhum X1 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixdə 6-2-22/2-34431/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair” iddia ərizəsi baxılması üçün məhkəmənin icraatında olduğunu qeyd edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********05 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 17% hesablanmaqla, 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli məxaric orderinin surətindən görünür ki, bank tərəfindən X3 8000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli BPM**********05 nömrəli kredit müqaviləsinin 8-ci bəndinə əsasən ödəniş qaydası bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçrilir. xx.xx.2023-cü il tarixli BPM**********05 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X3 36 ay müddətinə, illik 17% olmaqla 8000 manat məbləğində kredit verilmiş və X4 xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 285,23 manat, son ödəmə tarixi olan xx.xx.2026-cı ildə isə 284,7 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli BPM**********05 nömrəli kredit müqaviləsinin 11.3-cü bəndinə əsasən borcalan təsdiq edir və razılıq verir ki, Standart şərtlərin müvafiq bəndində göstərilən hallarda ABB, kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini tələb edə bilər. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə X4 əsas borc üzrə 1382,53, faiz borcu üzrə 329,28 manat ödəniş etmiş, onun həmin tarixə banka 6617,47 manat əsas, 0,02 manat faiz, ümumilikdə 6617,49 manat borcu qalmışdır. Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 672103 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüş, bu hal xx.xx.2023-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 98 nömrə ilə qeyd edilmişdir. Kəngərli rayon dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli, 48 nömrəli məktubundan görünür ki, vəfat etmiş X2 barəsində xx.xx.2024-cü il tarixdə vərəsəlik işi rəsmiləşdirilmiş, mərhumun vərəsəsi (övladı) Cavabdeh (ŞV: AZE********; FİN: xxxxxxx; d/t: xx.xx.1990; q/y: Kəngərli rayonu, Qıvraq qəsəbəsi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 06 aprel 2024-cü il tarixli və reyestr 2V-27 nömrə ilə qeyd edilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD340789 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LVVDB21B8ED122831, mühərrikin nömrəsi SQRE4G16AAEE07363 və buraxılış ili 2014-cü il olan CHERY T11 MİNİK markalı 74BC955 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 17 sentyabr 2024-cü il tarixli, 6-2-22/2-34431/24 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 86,18 manat məbləğində dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. İş üzrə başqa sübut təqdim edilməmişdir. Məhkəmə iş üzrə iddiaçının təqdim etdikləri sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallardan aydın olur ki, "xxxx" ASC ilə X4 arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilərək X3 xx.xx.2023-cü il tarixli BPM**********05 nömrəli kredit müqaviləsi üzrə nağd kredit verilmişdir. X4 xx.xx.2023-cü il tarixdə ölmüş, xx.xx.2024-cü il tarixdə vərəsəlik işi rəsmiləşdirilərək mərhumun vərəsəsi Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qıvraq qəsəbəsi ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il tarixdə doğulmuş Cavabdeh olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə borclu şəxs X4 vəfat etdiyindən, hazırkı iş üzrə qanun üzrə vərəsə Cavabdeh "xxxx" ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə cavabdehdir və xəbərdar olunmasına baxmayaraq xx.xx.2023-cü il tarixli BPM**********05 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərini icra etməmiş, "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmişdir. Bununla da cavabdehin "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 6617,47 manat əsas, 0,02 manat faiz borcu olmaqla ümumilikdə 6617,49 manat borcu yaranmışdır. Bu səbəbdən də, bağlanmış kredit müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********05 nömrəli kredit müqaviləsi üzrə 6617,47 manat əsas, 0,02 manat faiz borcu olmaqla ümumilikdə 6617,49 manat borc məbləği "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 86,18 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. X2 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********05 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6617,47 manat əsas, 0,02 manat faiz borcu olmaqla ümumilikdə 6617,49 manat borc, 86,18 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı olmaqla, cəmi 6704,07 (altı min yeddi yüz dörd manat, yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-19/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-19/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver