Məhkəmə qərarları › İş №e-2(111)-191/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-191/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-191/2025 04.07.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə CL-EE003300474 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 19892,63 manat əsas, 1613,54 manat faiz borcu olmaqla, cəmi 21506,17 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 154,52 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış CL-EE003300474 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin ABB-yə təqdim edilməsindən 10 (on) iş günü ərzində borc alanın ABB-də açılmış müvafiq cari hesaba köçürülməklə, cavabdehə 20,9 faizlə 59 ay müddətinə 21200 manat məbləğində kredit verilmişdir. Borc alan kredit xəttindən istifadə etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş qaydada öhdəliklərini vaxtında yerinə yetirmədiyindən, müqavilənin şərtləri pozulmuş və xətt üzrə kredit borcunu banka tam olaraq qaytarmamışdır. Cavabdehə kreditin qaytarılması haqqında tərəfimizdən xx.xx.2025-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2025-ci il tarixə cavabdehin banka 19892,63 manat əsas, 1613,54 manat faiz borcu olmaqla, cəmi 21506,17 manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Həmçinin hazırkı mübahisə üzrə iddia qiyməti ümumilikdə 21506,17 manat olduğundan, bank tərəfindən 154,52 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi vəsatətdə "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılması üçün məhkəmənin icraatında olduğunu qeyd edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli CL- EE003300474 nömrəli istehlak krediti müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 20,9% hesablanmaqla, 59 ay müddətinə 21200 manat məbləğində istehlak məqsədli kredit verilmişdir. xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri əhatə edən hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh hesabına 21200 manat köçürülmüşdür və o, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müxtəlif ödənişlər etmişdir. xx.xx.2024-cü il tarixli CL-EE003300474 nömrəli istehlak krediti müqaviləsinin 8-ci bəndinə əsasən ödəniş qaydası bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçrilir. xx.xx.2024-cü il tarixli CL-EE003300474 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 59 ay müddətinə, illik 20,9% olmaqla 21200 manat məbləğində kredit verilmiş və Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2029-cu il tarixədək hər ay 577,88 manat, son ödəmə tarixi olan xx.xx.2029-cu ildə isə 577,37 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli CL-EE003300474 nömrəli istehlak krediti müqaviləsinin 11.2ci bəndinə əsasən borcalan bu müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (www.abb-bank.az) yerləşdirilmiş, sonuncu tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərlə (bundan sonra - standart şərtlər) tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. xx.xx.2024-cü il tarixli CL-EE003300474 nömrəli istehlak krediti müqaviləsinin 11.4cü bəndinə əsasən borcalan təsdiq edir və razılıq verir ki, Standart şərtlərin müvafiq bəndində göstərilən hallarda ABB, kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini tələb edə bilər. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borc üzrə 1307,37, faiz borcu üzrə 2816,46 manat ödəniş etmiş, onun həmin tarixə banka 19892,63 manat əsas, 1613,54 manat faiz, ümumilikdə 21506,17 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli 6-2-22/2-15812/2025 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəliyi 5 (beş) gün müddətində tam yerinə yetirməyi barədə xəbərdarlıq olunmuş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. (Xəbərnamədə qəbul etmədi göstərilmişdir) xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 154,52 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İş üzrə başqa sübut təqdim edilməmişdir. Məhkəmə iş üzrə iddiaçının təqdim etdiyi sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallardan aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli CL-EE003300474 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASCyə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulmuş vaxtlarda ödəməmiş, müqavilə üzrə xx.xx.2025-ci il tarixə 6934,56 manat ödəməli olduğu halda həmin tarixədək cəmi 4123,83 manat ödəniş etmişdir. Bununla da "xxxx" ASC-yə iş üzrə verilmiş maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə cavabdehin 19892,63 manat əsas borc, 1613,54 manat faiz borcu olmaqla ümumilikdə 21506,17 manat borcu yaranmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2025-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və xx.xx.2025-ci il tarixli hesabdan çıxarışı əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli CL- EE003300474 nömrəli kredit müqaviləsi üzrə 19892,63 manat əsas borc, 1613,54 manat faiz borcu olmaqla ümumilikdə 21506,17 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 154,52 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli CL-EE003300474 nömrəli kredit müqaviləsi üzrə yaranmış 19892,63 manat əsas, 1613,54 manat faiz borcu, cəmi 21506,17 manat borc, 154,52 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 21661,09 (iyirmi bir min altı yüz altmış bir manat, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar