Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-194/2022 16.09.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 26 yanvar 2021-ci il tarixli, KT2601/02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 58.11 manat gecikdirilmiş faiz borcu, 321.22 manat gecikdirilmiş əsas borc, 2.66 manat faiz borcu, 484.58 manat əsas borc olmaqla ümumilikdə 866.57 manat kredit borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(111)-194/2022 nömrəli qərardadı ilə iş üzrə əlavə araşdırma zərurəti yarandığından iddia icraatı qaydasına keçirilərək işə ümumi iddia icraatı qaydasında baxılmışdır. İş üzrə məhkəmənin 16 sentyabr 2022-ci il tarixə təyin edilmiş hazırlıq iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilmiş, iş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə məhkəmə hazırlıq iclasına gəlməmişlər və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 14 sentyabr 2022-ci il tarixdə məhkəməyə “elektron məhkəmə” sistemi vasitəsilə göndərdiyi ərizədə iddia ərizəsinə əlavə edilmiş sənədlərdə texniki səhvlik olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq qeyd edir ki, hazırda işin icraatı məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının ərizəsi qaytarılmalıdır. Çünki, iddiaçı ərizənin qaytarılması barədə vəsatət vermişdir. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X2 vasitəsilə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının 14 iyul 2022-ci il tarixli, ********* nömrəli qəbz əsasında X2 vasitəsilə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC-nin 14 iyul 2022-ci il tarixli, ********* nömrəli qəbz əsasında X2 vasitəsilə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-194/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-194/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver