Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-209/2025 29.07.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı Nümayəndə Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1735 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 173 manatın, nəticə etibarı ilə ümumilikdə 1908 (min doqquz yüz səkkiz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 39,08 manat dövlət rüsumunun alınaraq iddiaçı Nümayəndə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “İLQAR TELEKOM”-un təsisçisi Nümayəndə Cavabdeh ilə 07 noyabr 2024-cü il tarixdə 12 nömrəli, 13 noyabr 2024-cü il tarixdə 24 nömrəli və 13 noyabr 2024-cü il tarixdə 28 nömrəli kredit-satış müqaviləsi bağlamışdır. Həmin kredit-satış müqavilələrinin əsasən Cavabdeh 07 noyabr 2024-cü il tarixdə 12 nömrəli “Honor 200” markalı telefonu 10 aylıq kreditlə 1500 manat dəyərində almağa razılıq vermiş və hazırkı vaxtadək onun tərəfindən kredit ödənişi 405 manat ödənilmiş, 13 noyabr 2024-cü il 24 nömrəli “Honor 200 lite” markalı telefonu 10 aylıq kreditlə 650 manat dəyərində almağa razılıq vermiş və hazırkı vaxtadək onun tərəfindən kredit ödənişi 160 manat ödənilmiş, 13 noyabr 2024-cü il 28 nömrəli “Nokia 2660” markalı telefonu 10 aylıq kreditlə 240 manat dəyərində almağa razılıq vermiş və hazırkı vaxtadək onun tərəfindən kredit ödənişi 90 manat ödənilmişdir. Ümumilikdə müqavilələrdə yaranan borc 1735 manat təşkil edir, borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyir ki, o telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı, o, maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Buna görə o, ciddi maddi itkilərlə qarşılaşmışdır. Onu da qeyd edir ki, cavabdehin 07 noyabr 2024-cü il tarixdə 12 nömrəli, 13 noyabr 2024-cü il tarixdə 24 nömrəli, 13 noyabr 2024-cü il tarixdə 28 nömrəli müqavilələrdən yaranan 1735 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 173 manat penya və 39,08 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- 07 noyabr 2024-cü il tarixli 12 nömrəli müqavilədən görünür ki, Cavabdeh Nümayəndə alğı-satqı qiyməti 1500 manat (9 ay x 130 manat + 1 ay x 125 manat + 205 manat ilkin ödəniş) olmaqla “Honor 200” markalı telefon almış və xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 130 manat, son ödəmə tarixi olan xx.xx.2025ci il tarixdə isə 125 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 13 noyabr 2024-cü il tarixli 24 nömrəli müqavilədən görünür ki, Cavabdeh Nümayəndə alğı-satqı qiyməti 650 manat (5 ay x 118 manat + 60 manat ilkin ödəniş) olmaqla “Honor 200 lite” markalı telefon almış və xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 118 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 13 noyabr 2024-cü il tarixli 28 nömrəli müqavilədən görünür ki, Cavabdeh Nümayəndə alğı-satqı qiyməti 240 manat (4 ay x 50 manat + 40 manat ilkin ödəniş) olmaqla “Nokia 2660” markalı telefon almış və xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 50 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin 4.4-cü bəndinə əsasən “alıcı” tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “əlavə 2 ödəniş” cədvəlində müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə “Alıcı” müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5 % məbləğində ödənişi “Satıcı”ya ödəməlidir. 07 noyabr 2024-cü il tarixli 12 nömrəli, 13 noyabr 2024-cü il tarixli 24 nömrəli və 13 noyabr 2024-cü il tarixli 28 nömrəli müqavilələrin tərkib hissəsi olan 1 nömrəli əlavələrdən görünür ki, Cavabdeh tərəfindən müqavilələrdə nəzərdə tutulan əşyalar imza edilərək təhvil alınmışdır. 07 noyabr 2024-cü il tarixli 12 nömrəli müqaviləyə 2 nömrəli əlavədən görünür ki, Cavabdeh ödəniş cədvəli üzrə ilkin ödəniş də daxil olmaqla cəmi 405 manat məbləğində ödəniş etmişdir. 13 noyabr 2024-cü il tarixli 24 nömrəli müqaviləyə 2 nömrəli əlavədən görünür ki, Cavabdeh ödəniş cədvəli üzrə ilkin ödəniş də daxil olmaqla cəmi 160 manat məbləğində ödəniş etmişdir. 07 noyabr 2024-cü il tarixli 12 nömrəli müqaviləyə 2 nömrəli əlavədən görünür ki, Cavabdeh ödəniş cədvəli üzrə ilkin ödəniş də daxil olmaqla cəmi 90 manat məbləğində ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh ilə Nümayəndə arasında bağlanmış 07 noyabr 2024-cü il tarixli 12 nömrəli müqavilə üzrə 1095 manat, 13 noyabr 2024-cü il tarixli 24 nömrəli müqavilə üzrə 490 manat və 13 noyabr 2024-cü il tarixli 28 nömrəli müqavilə üzrə isə 150 manat olmaqla ümumilikdə üçlü müqaviləyə əsasən Cavabdeh Nümayəndə 1735 manat əsas, 173 manat gecikdirilmiş penya pulu olmaqla nəticə etibarı ilə ümumilikdə 1908 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh iddiaçı Nümayəndə tərəfindən ona olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli **********24 nömrəli mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən məhkəməyə ərizə verilərkən 39,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırki iş üzrə Cavabdeh 07 noyabr 2024-cü il tarixli 12 nömrəli, 13 noyabr 2024-cü il tarixli 24 nömrəli və 13 noyabr 2024-cü il tarixli 28 nömrəli müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, Nümayəndə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrin şərtlərinə əsasən iddiaçı Nümayəndə cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və əsas borca hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı müqavilələr üzrə 1735 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 1735 manat əsas borcuna münasibətdə 173 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 173 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 87 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07 noyabr 2024-cü il tarixli 12 nömrəli, 13 noyabr 2024-cü il tarixli 24 nömrəli və 13 noyabr 2024-cü il tarixli 28 nömrəli müqavilələr üzrə 1735 manat əsas borc, 87 manat cərimə borcu olmaqla ümumilikdə 1822 manat məbləğində pul tutularaq Nümayəndə xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 39,08 manat dövlət rüsumunun 37,31 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 noyabr 2024-cü il tarixli 12 nömrəli, 13 noyabr 2024-cü il tarixli 24 nömrəli və 13 noyabr 2024-cü il tarixli 28 nömrəli müqavilələr üzrə ümumilikdə 1735 manat ödənilməmiş hissə, 87 manat cərimə olmaqla cəmi 1822 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 37,31 manatlıq hissəsi olmaqla ümumilikdə 1859,31 (bir min səkkiz yüz əlli doqquz manat, otuz bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-209/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-209/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver