Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-212/2025 05.09.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17898,48 manat məbləğində əsas borc və 988,11 manat faiz borcu olmaqla, cəmi 18886,59 (on səkkiz min səkkiz yüz səksən altı (.59)) manat borcun və 146,66 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 fevral 2024-cü il tarixli, 109804-449750/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 16% dərəcəsi ilə 22000 (iyirmi iki min (.00)) manat məbləğində kredit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 10 iyun 2025-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 17898,48 manat məbləğində əsas borc və 988,11 manat faiz borcu olmaqla, cəmi 18886,59 (on səkkiz min səkkiz yüz səksən altı (.59)) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və məhkəmədən İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında həqiqətən də İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi əsasında 22000 manat kredit aldığını, lakin 2025-ci ilin əvvəlindən səhhəti ilə bağlı problemləri və digər əl borcları olduğundan qrafik üzrə krediti vaxtında ödəyə bilmədiyini, iddia ərizəsində göstərilən məbləğlə razı olduğunu, mübahisələndirmədiyini, hərbiçi olduğunu, aldığı əmək haqqının 50 faizindən daha az məbləği kredit ödənişinə yönəldə biləcəyini bildirmişdir. Məhkəmə bankın nümayəndəsinin məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2024-cü il tarixli 109804- 449750/2 nömrəli istehlak kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə, illik 16 % hesablanmaqla, kredit məbləğinin nağd çıxarılmasına görə 110 manat komisyon haqqı tutulmaqla 22000 manat məbləğində kredit verilmişdir. 06 fevral 2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 22000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2024-cü il tarixli 109804- 449750/2 nömrəli istehlak kredit müqaviləsinin 3.2 və 3.3-cü bəndlərinə əsasən tərəflər bu müqaviləni imzalamaqla bankın rəsmi internet səhifəsində (www.expressbank.az) yerləşdirilmiş ümumi şərtlərin bu bank məhsulu ilə bağlı müəyyən etdiyi şərtləri qəbul etdiklərini təsdiq edirlər. 06 fevral 2024-cü il tarixli 109804-449750/2 nömrəli istehlak kredit müqaviləsinin 3.2-ci bəndi ilə təsdiq edilmiş Ümumi Şərtlərin 2.2.6.1 və 2.2.6.6-cı bəndlərinə əsasən borcalan tərəfindən ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında qaytarılmaması və ya lazımi qaydada və məbləğdə qaytarılmaması və ya faizlərin ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) hallarda bank ümumi şərtlər və müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 06 fevral 2024-cü il tarixli 109804-449750/2 nömrəli istehlak kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 mart 2024-cü il tarixdən başlayaraq 06 yanvar 2028-ci il tarixədək hər ay 623,49 manat, son ödəmə tarixi olan 06 fevral 2028-ci il tarixdə isə 623,22 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 06 fevral 2024-cü il tarixli 109804-449750/2 nömrəli istehlak kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 17898,48 manat əsas borc və 988,11 manat faiz borcu olmaqla cəmi 18886,59 manat borcu vardır. xx.xx.2025-ci il tarixli 109/0046/2025 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli **********91 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən “ASAN ödəniş” sistemi vasitəsilə 146,66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallardan aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh 06 fevral 2024-cü il tarixli 109804-449750/2 nömrəli istehlak kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulmuş vaxtlarda ödəməmişdir. Bununla da İddiaçı ASC-yə 06 fevral 2024-cü il tarixli 109804-449750/2 nömrəli istehlak kredit müqaviləsi üzrə verilmiş maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə cavabdehin 17898,48 manat əsas borc və 988,11 manat faiz borcu olmaqla cəmi 18886,59 manat borcu yaranmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış istehlak kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2025-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən xx.xx.2025ci il tarixli maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 06 fevral 2024-cü il tarixli 109804-449750/2 nömrəli istehlak kredit müqaviləsi üzrə 17898,48 manat əsas borc və 988,11 manat faiz borcu olmaqla cəmi 18886,59 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 146,66 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 06 fevral 2024-cü il tarixli 109804-449750/2 nömrəli istehlak kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 17898,48 manat əsas borc, 988,11 manat faiz borcu, cəmi 18886,59 manat borc və 146,66 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 19033,25 (on doqquz min otuz üç manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-212/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-212/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver