Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-214/2025 04.08.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 kredit borcunun qaytarılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 sentyabr 2014-cü il tarixli 329655 hesab nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 20.438,24 (iyirmi min dörd yüz otuz səkkiz ABŞ dolları 24 sent) ABŞ dolları - bundan 7.527,75 (yeddi min beş yüz iyirmi yeddi ABŞ dolları 75 sent) ABŞ dolları əsas, 2.865,86 (iki min səkkiz yüz altmış beş ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 8.958,93 (səkkiz min doqquz yüz əlli səkkiz ABŞ dolları 93 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.085,70 (bir min səksən beş ABŞ dolları 70 sent) ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 194,24 (bir yüz doxsan dörd Manat 24 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 329655 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Hazırda Bank tərəfindən xx.xx.2014-cü il tarixli Kredit və Zaminlik müqavilələrinin təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 15.721,28 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış Əlavə Sazişlər, ödəniş cədvəli, 12-5/2-Ə-23-6859/2025 nömrəli xx.xx.2025-ci il tarixli maliyyə arayışı, kassa məxaric orderi və hesabdan çıxarışlardır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bank ilə Cavabdeh2 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli 329655 hesab nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 20.438,24 (iyirmi min dörd yüz otuz səkkiz ABŞ dolları 24 sent) ABŞ dolları təşkil edir. Bundan 7.527,75 (yeddi min beş yüz iyirmi yeddi ABŞ dolları 75 sent) ABŞ dolları əsas, 2.865,86 (iki min səkkiz yüz altmış beş ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 8.958,93 (səkkiz min doqquz yüz əlli səkkiz ABŞ dolları 93 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.085,70 (bir min səksən beş ABŞ dolları 70 sent) ABŞ dolları faiz borcu təşkil edir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək onların iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərin məhkəməyə məlum olan ünvanına məhkəmə bildirişi göndərilməklə məhkəmənin hazırlıq iclasına dəvət olunmasına baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə Cavabdeh2 qohumu tərəfindən məhkəməyə müraciət olunaraq onun öldüyü bildirilmişdir. İş materiallarına əlavə olunmuş “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iş üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə mülki iş materiallarını məhkəmənin hazırlıq iclasında nəzərdən keçirərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iş üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə öldüyündən və öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 20 iyun 2025-ci il tarixli **********43 nömrəli qəbzlə ödədiyi 194.24 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 262.1, 262.5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 kredit borcunun qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 20 iyun 2025-ci il tarixli **********43 nömrəli qəbzlə ödədiyi 194.24 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-214/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-214/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver