Məhkəmə qərarları › İş №e-2(111)-231/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-231/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-231/2023 16.10.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsədli Cavid Yadulla oğlunun katibliyi, iş üzrə Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18 noyabr 2019-cu il tarixli, İK1811/06 saylı kredit müqaviləsinə və 18 noyabr 2019-cu il tarixli ZM1811/06 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə olan 7087.57 manat əsas borc, 2490.51 manat faiz borcu olmaqla, ümumilikdə 9578.08 manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 115.78 manat dövlət rüsumunun tutularaq tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialı tərəfindən X2 tərəflər arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, İK1811/06 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 9500 (doqquz min beş yüz) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh zamin qismində iştirak etdiyi üçtərəfli 18 noyabr 2019cu il tarixli, ZM1811/06 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Naxçıvan MR Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli №084229 qeydiyyat nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən borcalan X3 rəhmətə getmişdir. Kəngərli rayon notariat ofisinin 21 noyabr 2022-ci il tarixli, 90 nömrəli məktubunda X1 barəsində vərəsəlik işinin rəsmiləşdirilmədiyi göstərilmişdir. Bank tərəfindən verilmiş kredit müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi müqavilədə qeyd olunsa da, borcalan və ya zamin bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən borcalan sağ olduğu müddətdə dəfələrlə telefonla əlaqə saxlanılmış, borcalana və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilə üzrə öhdəliklər tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndində isə zamin borcalanın kreditor qarşısında kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıması müəyyənləşdirilir. Cavabdeh tərəflər arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, İK1811/06 saylı kredit müqaviləsinə və 18 noyabr 2019-cu il tarixli, ZM1811/06 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7087.57 (yeddi min səksən yeddi manat 57 qəpik) manat əsas borc, 2490.51 (iki min dörd yüz doxsan manat 51 qəpik) manat faiz borcu olmaqla, 9578.08 (doqquz min beş yüz yetmiş səkkiz manat 08 qəpik) manat kredit borcu öhdəliyi vardır. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin fikrini və bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən bankın nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında iddianı qəbul etdiyini, iddia tələbində göstərilən məbləğlə razı olduğunu, kreditin X3 tərəfindən götürüldüyünü və ona zamin durduğunu, X1 özünə qəsd edərək vəfat etdiyini, özünün başqa bankdan da kredit götürdüyünü, ona görə də X1 götürdüyü krediti ödəmək onun üçün çətin olduğunu, krediti götürən X1 atasının krediti hisə-hissə qaytarmaq istədiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə X3 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, İK1811/16 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 17% hesablanmaqla, 36 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. 18 noyabr 2019-cu il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, bank tərəfindən xidmət haqqı çıxılmaqla X2 9415 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 08 avqust 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-cil tarixdə vəfat etmişdir. Kəngərli rayon notariat ofisinin “Naxçıvanbank “ ASC-nin 04/2118 nömrəli, 15 noyabr 2022-ci il tarixli məktubuna cavabından görünür ki, X1 barəsində Kəngərli rayon notariat ofisində vərəsəlik işi rəsmiləşdirilməmişdir. 18 noyabr 2019-cu il tarixli, ZM1811/06 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, İK1811/06 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalan X1 bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək “Borcalan”la birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 18 noyabr 2019-cu il tarixli, İK1811/16 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh X3 xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 338.70 manat, son ödəmə tarixi olan xx.xx.2022-ci ildə isə 338.72 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 989 nömrəli maliyyə arayışına əsasən "xxxx" ASC ilə tərələr arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, İK1811/16 nömrəli müqavilə üzrə Cavabdeh banka 7087.57 manat əsas borc, 2490.51 manat faiz borcu olmaqla, ümumilikdə 9578.08 manat borcu vardır. Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən çıxarışdan görünür ki, 18 noyabr 2019-cu il tarixli, İK1811/16 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə ümumilikdə 2412.43 manat ödəniş edilmişdir. 30 iyun 2022-ci il tarixli, 552/001 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 115.78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə başqa sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə iddiaçının təqdim etdikləri sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh X3 isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, xx.xx.2020-cil tarixdə vəfat etmiş, borclunun ölümündən sonra vərəsəlik rəsmiləşdirilməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh 18 noyabr 2019-cu il tarixli, ZM1811/16 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklər barədə 30 iyun 2022-ci il tarixli, 552/001 nömrəli məktubla xəbərdar olunmuş, lakin o, öhdəlikləri pozaraq "xxxx" ASC-ə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən çıxarışa əsasən 18 noyabr 2019-cu il tarixli, İK1811/16 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə ümumilikdə 2412.43 manat ödəniş edilmiş, maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə 7087.57 manat əsas borc, 2490.51 manat faiz borcu olmaqla ümumilikdə 9578.08 borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir.” Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə borclu şəxs X1 xx.xx.2020-cil tarixdə vəfat etdiyindən, ölümündən sonra vərəsəlik rəsmiləşdirilmədiyindən və mirası qəbul etmiş vərəsələr olmadığından hazırkı iş üzrə zamin Cavabdeh "xxxx" ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə cavabdehdir. Xəbərdar olunmasına baxmayaraq onun tərəfindən 18 noyabr 2019-cu il tarixli, İK1811/16 nömrəli nömrəli kredit müqaviləsi üzrə kredit öhdəlikləri icra edilməmiş, "xxxx" ASC ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödənilməmişdir. Bununla da cavabdehin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə 7087.57 manat əsas borc, 2490.51 manat faiz borcu olmaqla, ümumilikdə 9578.08 borcu yaranmış və bu səbəbdən də, bağlanmış kredit müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 18 noyabr 2019-cu il tarixli, İK1811/16 nömrəli kredit müqaviləsi üzrə 7087.57 manat əsas borc, 2490.51 manat faiz borcu olmaqla ümumilikdə 9578.08 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 115.78 manat məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 18 noyabr 2019-cu il tarixli, İK1811/16 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 7087.57 manat əsas borc, 2490.51 manat faiz borcu olmaqla, ümumilikdə 9578.08 manat borc və 115.78 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 9693.86 (doqquz min altı yüz doxsan üç manat, səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar