Məhkəmə qərarları › İş №e-2(111)-252/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-252/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-252/2025 14.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X4 Sadət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 39.656 (otuz doqquz min altı yüz əlli altı) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 209 (iki yüz doqquz) manat pulun, vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 40.165 (qırx min yüz altmış beş) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbi ilə bağlı hazırda Cavabdeh ilə aralarında barışıq sazişi bağladıqlarından, məhkəməyə barışıq sazişi təqdim edərək təqdim edilmiş müvafiq barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməklə xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına gəlməyən cavabdehin gəlməmə səbəblərini üzrsüz hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: "ALİŞ VERİŞ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəsinə götürür:

1. “ALİŞ VERİŞ MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023cü il tarixli üzləşmə aktı əsasında tələb edilən 39.655.16 (otuz doqquz min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində pulun 7000 (yeddi min) manatını Cavabdeh qəbul edir (Cavabdeh tərəfindən şirkətin inzibati binasında həmin məbləğ ödənilir).

2. İddiaçı tərəfindən iddia məbləğinin qalan məbləğində hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat borc pulun 8 aya hissə -hissə Cavabdeh tərəfindən qaytarılmasına razılıq verir.

3. İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində borc pulun 8 aya hər ay 4081.90 (dörd min səksən bir manat doxsan qəpik) manat olmaqla qaytarılması ilə razılaşır. 4 İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat qəpik) borc pulun 8 aya hər ay 4081.90 (dörd min səksən bir manat doxsan qaytarılması manat ilə olmaqla xx.xx.2025-ci il tarixindən başlamaqla hər ayın 29 u günü razılaşır. X1 öhdəsinə götürür:

1. “ALİŞ VERİŞ MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023cü il tarixli üzləşmə aktı əsasında tələb edilən 39.655.16 (otuz doqquz min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində pulun 7000 (yeddi edir. min) manatının qaytarılması (onun tərəfindən ödənilməsi) ilə razılaşır və bunu təsdiq edir.

2. İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində borc pulun 8 aya hissə -hissə ödənilməsi öhdəliyini öz üzərinə götürür.

3. İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində borc pulun 8 aya hər ay 4081.90 (dörd min səksən bir manat doxsan qəpik) manat olmaqla qaytarılması öhdəliyini öz üzərinə götürür.

4. İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində borc pulun 8 aya hər ay 4081.90 (dörd min səkəsn bir manat doxsan qəpik) manat olmaqla xx.xx.2025-ci il tarixindən başlamaqla hər ayın 29-u günü qaytarılması öhdəliyini öz üzərinə götürür.

5. Cavabdeh iddiaçı tərəfindən öədnilmiş olan məhkəmə xərci (vəkil xərci) olan 300 (üç yüz) manat xərcin sonuncu ödənişlə birlikdə (8-ci ayın ödənişi ilə birlikdə) qaytarmağı öhdəsinə götürür.

6. İddiaçı tərəfindən ona edilən güzəştləri qəbul edir və razılaşır. Qeyd: Təreflər öldüyü (ölmüş elan edildiyi) və ya ləğv olunduğu təqdirdə (hüquqi şəxsə münasibətdə) saziş üzrə öhdəlikləri onların vərəsələri (hüquqi varisləri) öz üzərlərinə götürürlər. Tərəflər bununla da mübahisəyə son qoyur. Onların bir birinə qarşı hal hazırda və gələcəkdə heç bir iddia tələbləri olmayacaqdır. Qeyd: Barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan 3 nüsxədə tərtib edilir. Nüsxələr tərəflərə və məhkəməyə təqdim edilir. Qeyd: Məhkəmə trəəfindən barışıq sazişi təsdiq olunduqda və iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır.”. Məhkəmə iş üzrə tərəflərin təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinin tələbinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə barışıq sazişində “X1 öhdəsinə götürür” cümləsində Abbasov soyadının “Ababsov” soyadı kimi göstərilməsini texniki səhvlik kimi nəzərə almışdır. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı «X6» MMC tərəfindən 06 avqust 2025-ci il tarixli ********** nömrəli qəbz əsasında ödənilmiş 209 manat məbləğində pul qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərar verdi:

İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: İddiaçı öhdəsinə götürür:

1. “ALİŞ VERİŞ MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023cü il tarixli üzləşmə aktı əsasında tələb edilən 39.655.16 (otuz doqquz min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində pulun 7000 (yeddi min) manatını Cavabdeh qəbul edir (Cavabdeh tərəfindən şirkətin inzibati binasında həmin məbləğ ödənilir).

2. İddiaçı tərəfindən iddia məbləğinin qalan məbləğində hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat borc pulun 8 aya hissə -hissə Cavabdeh tərəfindən qaytarılmasına razılıq verir.

3. İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində borc pulun 8 aya hər ay 4081.90 (dörd min səksən bir manat doxsan qəpik) manat olmaqla qaytarılması ilə razılaşır. 4 İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat qəpik) borc pulun 8 aya hər ay 4081.90 (dörd min səksən bir manat doxsan qaytarılması manat ilə olmaqla xx.xx.2025-ci il tarixindən başlamaqla hər ayın 29-u günü razılaşır. Cavabdeh öhdəsinə götürür:

1. “ALİŞ VERİŞ MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023cü il tarixli üzləşmə aktı əsasında tələb edilən 39.655.16 (otuz doqquz min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində pulun 7000 (yeddi edir. min) manatının qaytarılması (onun tərəfindən ödənilməsi) ilə razılaşır və bunu təsdiq edir.

2. İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğinde borc pulun 8 aya hissə -hissə ödənilməsi öhdəliyini öz üzərinə götürür.

3. İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində borc pulun 8 aya hər ay 4081.90 (dörd min səksən bir manat doxsan qəpik) manat olmaqla qaytarılması öhdəliyini öz üzərinə götürür.

4. İddiaçı tərəfindən iddia məbləğinin qalan hissəsi olan 32.655.16 (otuz iki min altı yüz əlli beş manat on altı qəpik) manat məbləğində borc pulun 8 aya hər ay 4081.90 (dörd min səkəsn bir manat doxsan qəpik) manat olmaqla xx.xx.2025-ci il tarixindən başlamaqla hər ayın 29-u günü qaytarılması öhdəliyini öz üzərinə götürür.

5. Cavabdeh iddiaçı tərəfindən öədnilmiş olan məhkəmə xərci (vəkil xərci) olan 300 (üç yüz) manat xərcin sonuncu ödənişlə birlikdə (8-ci ayın ödənişi ilə birlikdə) qaytarmağı öhdəsinə götürür.

6. İddiaçı tərəfindən ona edilən güzəştləri qəbul edir və razılaşır. Qeyd: Təreflər öldüyü (ölmüş elan edildiyi) və ya ləğv olunduğu təqdirdə (hüquqi şəxsə münasibətdə) saziş üzrə öhdəlikləri onların vərəsələri (hüquqi varisləri) öz üzərlərinə götürürlər. Tərəflər bununla da mübahisəyə son qoyur. Onların bir birinə qarşı hal hazırda və gələcəkdə heç bir iddia tələbləri olmayacaqdır. Qeyd: Barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan 3 nüsxədə tərtib edilir. Nüsxələr tərəflərə və məhkəməyə təqdim edilir. Qeyd: Məhkəmə trəəfindən barışı sazişi təsdiq olunduqda və iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır.”. İddiaçı MMC-nin Cavabdeh 39.656 (otuz doqquz min altı yüz əlli altı) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 209 (iki yüz doqquz) manat pulun, vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 40.165 (qırx min yüz altmış beş) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı MMC-nin 06 avqust 2025-ci il tarixli ********** nömrəli qəbz əsasında ödənilmiş 209 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar