Məhkəmə qərarları › İş №e-2(111)-259/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-259/2025

17.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-259/2025 17.03.2026 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X2 Sadət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 15159 (on beş min bir yüz əlli doqquz) manat 65 (altmış beş) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 86 (səksən altı) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş İddiaçı xx.xx.2023-cü il tarixli 387 nömrəli əmrinə əsasən Cavabdeh 3 təqvim günü müddətinə, xx.xx.2023-cü il tarixli 407 nömrəli əmrinə əsasən Cavabdeh 2 təqvim günü müddətinə, xx.xx.2024-cü il tarixli 25 nömrəli əmrinə əsasən Cavabdeh 3 təqvim günü müddətinə, xx.xx.2024-cü il tarixli 81 nömrəli əmrinə əsasən Cavabdeh 11 təqvim günü müddətinə, xx.xx.2024-cü il tarixli 186 nömrəli əmrinə əsasən Cavabdeh 1 təqvim günü müddətinə, xx.xx.2024-cü il tarixli 193 nömrəli əmrinə əsasən Cavabdeh 3 təqvim günü müddətinə, xx.xx.2024-cü il tarixli 213 nömrəli əmrinə əsasən Cavabdeh 2 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. İş üzrə cavabdeh 05 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə-vəsatət göndərərək iddianı qəbul etmədiyini və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını və ekspert qarşısında aşağıdakı suallların qoyulmasını xahiş etmişdir: 1) İş materiallarında olan sənədlərə görə Cavabdeh İddiaçı MMC-yə ziyan vurması müəyyən olunurmu?. 2) Ziyan vurulması müəyyən olunursa hansı məbləğdə müəyyən olunur? 3) Cavabdeh məzuniyyətlərdə olduğu dövrlərdə marketin kimə təhvil verilməsi iş materiallarında görünürmü? Ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Ekspert tərəfindən müvafiq vəsatət verilərək Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə təyin olunmuş müddətdə təhvil-təslim aktının təqdim olunmasını xahiş etmişdir. Göstərilən təhvil-təslim aktının ekspertə təqdim olunması üçün vəsatət İddiaçı MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən vəsatət icra olunmamış və göstərilən təhvil-təslim aktı müəyyən olunmuş müddətdə ekspertə təqdim olunmamışdır. Məhkəmə belə hesab edir ki, hazırki iş materialları ilə mülki işə baxıb nəticə verilməsi mümkün deyil və iddia baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı 02 may 2025-ci il tarixli ********** nömrəli qəbzlə ödədiyi 86 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı 02 may 2025-ci il tarixli ********** nömrəli qəbzlə ödədiyi 86 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar