Məhkəmə qərarları › İş №e-2(111)-264/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-264/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-264/2024 05.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra İddiaçı MMC) əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5177 (beş min yüz yetmiş yeddi) AZN, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 12 (on iki) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin – OBA Binə 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 7217 (yeddi min iki yüz on yeddi) manat 64 (altmış dörd) qəpik təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5177 (beş min yüz yetmiş yeddi) manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5177 (beş min yüz yetmiş yeddi) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək iş üzrə baxış iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edib, İddiaçı MMC-nin nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:xx.xx.2022-ci il tarixli 161 saylı “İşə qəbul etmə haqqında” əmrdən çıxarışdan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən "Satıcı-kassir" vəzifəsinə işə qəbul edilmişdir. "Satıcı-kassirin vəzifə təlimatı"ndan görünür ki, Cavabdeh həmin təlimatla tanış olaraq, şəxsən öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli "X4 haqqında müqavilə"nin əsli ilə düzdür olan surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, ona etibar edilmiş görüləcək işləri layiqincə yerinə yetirməyi X4lə öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 398 saylı “Vəzifə dəyişikliyi haqqında” əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixdən “Baş satıcı” vəzifəsinə keçirilmişdir. "Baş satıcı-vəzifə təlimatı"ndan görünür ki, Cavabdeh həmin təlimatla tanış olaraq, şəxsən öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli "X4 haqqında müqavilə"nin əsli ilə düzdür olan surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, ona etibar edilmiş görüləcək işləri layiqincə yerinə yetirməyi X4lə öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 483 saylı “Vəzifə dəyişikliyi haqqında” əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixdən “Administrator” vəzifəsinə keçirilmişdir. "Administrator vəzifə təlimatı"ndan görünür ki, Cavabdeh həmin təlimatla tanış olaraq, şəxsən öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli "X4 haqqında müqavilə"nin əsli ilə düzdür olan surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, ona etibar edilmiş görüləcək işləri layiqincə yerinə yetirməyi X4lə öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, DN3677 nömrəli "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehd Cavabdeh "Oba – Binə 06" mağazasında xx.xx.2023-cü il tarixdə maddi məsul şəxs kimi inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub inventarizasiya prosesinin nəticələrini imzalamağının mütləq olması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli 108x saylı “İşdən azad haqqında” əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli "Növbədənkənar İnventarizasiya nəticələrinə dair yekun akt"dan görünür ki, cavabdehin "xxxx" MMC-yə 7217.64 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli "İmtina aktı"ndan görünür ki, "Oba – Binə 06" mağazasında xx.xx.2023-cü il tarixdə maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-7217.64 AZN) yaranması səbəbləri barədə izahat veməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli, DN4027 nömrəli "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə "xxxx" MMC-də işlədiyi dövr ərzində müxtəlif tarixlərdə fəaliyyətinin yoxlanıldığı və 5177 AZN əksikgəlmə aşkar edildiyi bildirilmiş, qeyd olunan borcun 3 gün müddətində ödənilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixdə 7217.64 manat çatışmazlıq müəyyən edilmişdir, güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5177 manat borc qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan və ödəniş qəbzindən görünür ki, İddiaçı MMC Cavabdeh ilə arasında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Bakı 4 saylı Mediasiya Təşkilatına müraciət etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş və buna görə İddiaçı MMC tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" MMC tərəfindən 12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, İddiaçı MMC ilə Cavabdeh arasında müvafiq əmək müqaviləsi bağlanılmış və o, həmin cəmiyyətdə əvvəlcə satıcıkassir daha sonra isə baş satıcı və administrator vəzifəsinə işə götürülmüşdür. Bundan başqa Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin əmək münasibətləri prosesində X4 daşıması barədə müvafiq müqavilə də bağlanmışdır. Cavabdeh İddiaçı MMC-də xx.xx.2022-ci il tarixdən fəaliyyətə başlamış və öz xahişi ilə xx.xx.2023-cü il tarixdə isə işdən azad olunmuşdur. Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə iş yerində iddiaçıya maddi ziyan vurmuşdur. Belə ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış növbədənkənar invertarizasiya nəticələrinə dair aktdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixdə 7217.64 manat çatışmazlıq müəyyən edilmiş, güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5177 manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, onun tərəfindən iddiaçıya heç bir ödəniş həyata keçirilməmişdir. Bundan sonra İddiaçı MMC Cavabdeh ilə arasında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Bakı 4 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə müvafiq arayış tərtib edilmişdir. Bununla da, iddiaçı ona dəymiş ziyanın ödənilməsi ilə bağlı tələblə məhkəməyə müraciət tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh iş üzrə iddiaçı olan "xxxx" MMC-də işçi olduğundan və onlar arasında X4 barədə yazılı müqavilə bağlandığından o, "xxxx" MMC-yə vurduğu maddi ziyana görə X4 daşıyır. Buna görə də iddiaçının Cavabdeh ödənilməmiş 5177 manat borcun, mediasiya xərci üçün ödənilmiş 60 manat, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 12 manat dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5177 manat borc, mediasiya xərci üçün ödənilmiş 60 manat, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 12 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5177 manat borc, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğ, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 12 (on iki) manat dövlət rüsumu, cəmi 5249 (beş min iki yüz qırx doqqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar