Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-27/2023 08.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 7994.7 manat əsas borcun, kart limiti üzrə isə 1138.44 manat əsas, 44.63 manat faiz borcunun və ödənilmiş 111.78 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 22 %-lə 48 ay müddətinə 10000 manat nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 1400 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kəngərli rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli 52 saylı cavab məktubundan görünür ki, X2 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nağd kredit üzrə 7994.70 manat əsas borcu, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş kart limiti üzrə 1138.44 manat əsas borcu, vəfat etdiyi tarixə 44.63 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə təyin edilmiş məhkəmə iclasına bankın nümayəndəsinin məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən bankın nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, həyat yoldaşı ilə 17 il cəbhə bölgəsində yaşadıqlarını, ərinin “Aprel döyüşləri”ndə və “İkinci Qarabağ” müharibəsində iştirak etdiyini, müharibədə travma aldığını, bankdan götürdükləri krediti ərinin müalicəsi üçün xərclədiklərini, əri X3 2021-ci ildə qəfil infakt keçirərək rəhmətə getdiyini, himayəsində 3 azyaşlı uşağının olduğunu, özünün heç bir yerdə işləmədiyini və hazırda kirayədə yaşadığını və ondan tələb edilən məbləği ödəmək qabiliyyətində olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş:xx.xx.2020-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə X5 arasında bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə kredit xətti açılmış və nağd kredit verilmişdir. xx.xx.2020-ci il tarixli bank kartına kredit limitinin təyin olunması barədə razılaşmadan görünür ki, X1 hesabına istifadə müddəti 36 ay, illik faiz dərəcəsi 24% olmaqla 1400 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2020-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən borcalan tərəfindən nağd kredit sifarişi verildikdə və bank borcalana nağd kreditin verilməsinə müsbət qərar qəbul etdikdə tərəflər arasında kreditin verilməsini təsdiq edən annuitet ödəniş qrafiki imzalanır. Annuitet ödəniş qrafikində kreditin məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və digər zəruri məlumatları göstərilir. xx.xx.2020-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X4 48 ay müddətinə, illik 22% olmaqla 10000 manat məbləğində kredit verilmiş və X5 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 315.1 manat, son ödəmə tarixi olan xx.xx.2024-cü ildə isə 312.09 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli xəzinə məxaric orderinin surətindən görünür ki, bank tərəfindən xidmət haqqı çıxılmaqla X4 9900 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsinin 6.14 və 6.14.7-ci bəndlərinə əsasən borcalan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi 10 günündən artıq müddətdə və ya 3 ardıcıl ay ərzində 2 dəfə pozulduqda bank kreditin qalıq məbləğininin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borcalandan tələb edə bilər. X3 xx.xx.2022-ci il tarixə kredit borcu üzrə banka olan borcunu əks etdirən maliyyə arayışına əsasən X3 banka 7994.7 manat əsas borcu vardır. X3 xx.xx.2022-ci il tarixə kredit xətti üzrə banka olan borcunu əks etdirən maliyyə arayışına əsasən X3 banka 1138.44 manat əsas borc, 44.63 manat faiz borcu olmaqla, ümumilikdə 1183.07 manat borcu vardır. Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ 872166 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüş, bu hal xx.xx.2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 139 nömrə ilə qeyd edilmişdir. Kəngərli rayon dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, 52 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 barəsində xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə vərəsəlik işi rəsmiləşdirilmiş, mərhumun vərəsəsi Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il tarixdə doğulmuş Cavabdehdır. 13 iyun 2022-ci il tarixli, 825/2022 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 111.78 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödənilmişdir. İş üzrə başqa sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə iddiaçının təqdim etdikləri sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, "xxxx" ASC ilə X5 arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilərək X4 xx.xx.2020-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsi üzrə kredit xətti açılmış və nağd kredit verilmişdir. X5 xx.xx.2021-ci il tarixdə ölmüş, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə vərəsəlik işi rəsmiləşdirilərək mərhumun vərəsəsi Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il tarixdə doğulmuş Cavabdeh olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə borclu şəxs X5 vəfat etdiyindən, hazırkı iş üzrə qanun üzrə vərəsə Cavabdeh "xxxx" ASC ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə cavabdehdir və xəbərdar olunmasına baxmayaraq xx.xx.2020-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsi üzrə kredit öhdəliklərini icra etməmiş, "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmişdir. Bununla da cavabdehin "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə kredit xətti üzrə 1138.44 manat əsas borc, 44.63 manat faiz borcu ümumilikdə 1183.07 manat borc və nağd kredit üzrə 7994.7 manat əsas borcu yaranmışdır. Bu səbəbdən də, bağlanmış kredit müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışlarını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 7994.7 manat əsas borc, kart limiti üzrə 1138.44 manat əsas, 44.63 manat faiz borcu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 111.78 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. X3 vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 7994.7 manat əsas borc, kart limiti üzrə 1138.44 manat əsas, 44.63 manat faiz borcu ümumilikdə 9177.77 manat borc, 111.78 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı olmaqla, cəmi 9289.95 (doqquz min iki yüz səksən doqquz manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-27/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-27/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver