Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-270/2023 15.11.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanəliyeva Günel Bayram qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTKR4969299A145 saylı kredit müqaviləsinə əsasən 15584.68 AZN əsas, 2815.28 AZN faiz, cəmi 18399.96 AZN borcun, xx.xx.2022-ci il tarixli BRED4988922A145 saylı kredit kartına dair müqaviləyə əsasən 1469.72 AZN əsas, 118.41 AZN faiz borcu olmaqla cəmi 1588.13 AZN məbləğində borcun və 149.96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4969299A145 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRED4988922A145 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixli GTKR4969299A145 saylı kredit müqaviləsinə əsasən 15584,68 AZN əsas, 2815,28 AZN faiz, cəmi 18399,96 AZN borcu, xx.xx.2022-ci il tarixli BRED4988922A145 saylı kredit kartına dair müqaviləyə əsasən 1469,72 AZN əsas, 118,41 AZN faiz, cəmi 1588,13 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırki işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli GTKR4969299A145 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh 48 ay müddətinə, illik 20% faiz dərəcəsi olmaqla, 20200 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli GTKR4969299A145 nömrəli kredit müqaviləsi üzrə çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 20200 manat kredit verilmiş və həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 15584.68 AZN əsas, 2815.28 AZN faiz borcu olmaqla cəmi 18399.96 AZN borcu mövcuddur. xx.xx.2022-ci il tarixli GTKR4969299A145 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, borcalan xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2026-cı ilədək hər ay 614.69 manat, son ödəniş tarixi olan xx.xx.2026-cı ildə isə 627.84 manat olmaqla krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 20200 manat məbləğində verilmiş kredit Cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BRED4988922A145 saylı kredit xətti müqaviləsinə əsasən borclu Cavabdeh kredit xətti açılmış, kredit kartının son istifadə tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, tərəflər BRED4988922A145 nömrəli kredit müqaviləsi üzrə ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BRED4988922A145 nömrəli kredit müqaviləsi üzrə çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 1800 manat kredit verilmiş və həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 1469.72 AZN əsas, 118.41 AZN faiz borcu olmaqla cəmi 1588.13 AZN borcu mövcuddur. 25 iyun 2023-cü il tarixli 16/39209 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTKR4969299A145 saylı kredit müqaviləsinə əsasən 15584.68 AZN əsas, 2815.28 AZN faiz, cəmi 18399.96 AZN borcu, xx.xx.2022-ci il tarixli BRED4988922A145 saylı kredit kartına dair müqaviləyə əsasən 1469.72 AZN əsas, 118.41 AZN faiz borcu olmaqla cəmi 1588.13 AZN borcu mövcuddur. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4969299A145 saylı kredit müqaviləsinin 2.8. və 2.8.1-ci maddələrinə, xx.xx.2022-ci il tarixli BRED4988922A145 saylı kredit müqaviləsinin 9.1 və 9.1.1-ci maddəsinə əsasən kredit alan tərəfindən bu müqavilələr üzrə borcların (əsas, faiz və digər borcla) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin qalıq məbləğinin və digər xərclərin müştəridən vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 149.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4969299A145 saylı kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli BRED4988922A145 saylı kredit xətti müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə İddiaçı ASCnin iş üzrə cavabdehdən əsas borcun bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən qeyd edilən müqavilələr üzrə tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4969299A145 saylı kredit müqaviləsinə əsasən 15584.68 manat əsas, 2815.28 manat faiz, cəmi 18399.96 manat, xx.xx.2022-ci il tarixli BRED4988922A145 saylı kredit müqaviləsinə əsasən 1469.72 manat əsas, 118.41 manat faiz borcu olmaqla cəmi 1588.13 manat borc, ümumilikdə 19988.09 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 149.96 manat məbləğində dövlət rüsumu da Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4969299A145 saylı kredit müqaviləsinə əsasən 15584.68 AZN əsas, 2815.28 AZN faiz borcu olmaqla cəmi 18399.96 AZN, xx.xx.2022-ci il tarixli BRED4988922A145 saylı kredit xətti müqaviləsinə əsasən isə 1469.72 AZN əsas, 118.41 AZN faiz, cəmi 1588.13 AZN borc və 149.96 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 20138.05 (iyirmi min yüz otuz səkkiz manat, beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-270/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-270/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver