Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-346/2025 19.01.2026 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc 2972,99 manat, faiz borcu 51,73 manat olmaqla, cəmi 3024,72 (üç min iyirmi dörd manat, yetmiş iki qəpik) manat borc məbləğinin və ödənilmiş 50,25 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC BOKT-nin Naxçıvan filialı ilə Cavabdeh3 arasında 17 iyul 2023-cü il tarixli 5401 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh3 illik 10 faiz hesablanmaqla 36 ay müddətinə 8000 (səkkiz min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İddiaçı QSC-nin Naxçıvan filialı ilə Cavabdeh2 arasında 17 iyul 2023-cü il tarixli 47/23-KK-07 saylı və Cavabdeh1 arasında 17 iyul 2023-cü il tarixli 47/23-KK-06 saylı zaminlik müqavilələri bağlanmışdır. Borcalan Cavabdeh3 əsas və faiz borcunu kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bağlanmış 17 iyul 2023-cü il tarixli 5401 saylı Kredit müqaviləsinə əsasən borcalan Cavabdeh3 İddiaçı QSC-yə olan əsas borcu 2972,99 manat, faiz borcu 51,73 manat olmaqla, cəmi borcu 3024,72 (üç min iyirmi dörd manat, yetmiş iki qəpik) manat təşkil etmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Cavabdeh3 onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 3024,72 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehlərə qeydiyyatda olduqları ünvanlar üzrə bildiriş göndərilərək bildirişləri rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüquqlarının olması izah edilmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan:- 17 iyul 2023-cü il tarixli 5401 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC BOKT ilə Cavabdeh3 arasında bağlanmış və müqaviləyə əsasən cavabdehə illik 10 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 8000 manat məbləğində heyvandarlıq məqsədi üçün nağd və köçürmə yolu ilə kredit verilmişdir. xx.xx.2023 - xx.xx.2025-ci il tarixləri əhatə edən Cavabdeh3 məxsus hesab üzrə çıxarışdan görünür ki, cavabdehin hesabına 8000 manat məbləğində kredit köçürülmüşdür. 17 iyul 2023-cü il tarixli 5 nömrəli xəzinə məxaric orderinin surətindən görünür ki, 8000 (səkkiz min) manat məbləğində vəsait Cavabdeh3 verilmişdir. 17 iyul 2023-cü il tarixli 5401 saylı kredit müqaviləsi üzrə 5401 nömrəli ödəniş cədvəlinə əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 258,14 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 17 iyul 2023-cü il tarixli 47/23-KK-06 nömrəli və 17 iyul 2023-cü il tarixli 47/23-KK- 07 nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr İddiaçı QSC BOKT ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən kredit təşkilatı ilə Cavabdeh3 (bundan sonra “Borcalan”) arasında 17 iyul 2023-cü il tarixdə bağlanmış 5401 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 8000 (səkkiz min) manat kreditlə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 17 iyul 2023-cü il tarixli 5401 saylı kredit müqaviləsi üzrə kredit borcunun xx.xx.2025-ci il tarixə ödənilmə vəziyyəti barədə məlumatdan görünür ki, Cavabdeh3 tərəfindən müqavilə üzrə əsas borcdan 5027,01 manat, faiz borcundan isə 1251,99 manat olmaqla cəmi 6279 manat ödəniş etmişdir. Kredit borcunun xx.xx.2025-ci il tarixə ödənilmə vəziyyəti barədə məlumatdan görünür ki, Cavabdeh3 həmin tarixə İddiaçı QSC BOKT-yə 2972,99 manat əsas və 51,73 manat faiz borcu olmaqla cəmi 3024,72 manat təşkil edir. xx.xx.2025-ci il tarixli 13-7/2-A-21-196/2025 nömrəli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilərək 3024,72 manat kredit borcunun 5 gün müddətində İddiaçı QSC-nin hesabına ödənilməsi tələb olunmuş, əks təqdirdə 3024,72 manat kredit borcunun müştərək qaydada tutulması və İddiaçı QSCyə ödənilməsinə dair müvafiq məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən məhkəməyə ərizə verilərkən 50,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallardan aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh3 17 iyul 2023-cü il tarixli 5401 saylı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı QSC BOKT-ə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş, bununla da İddiaçı QSC BOKT-ə iş üzrə verilmiş Cavabdeh3 kredit borcunun xx.xx.2025-ci il tarixə ödənilmə vəziyyəti barədə məlumata əsasən həmin tarixə 2972,99 manat əsas və 51,73 manat faiz borcu olmaqla cəmi 3024,72 manat borcu yaranmış, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və eləcə də Cavabdeh1 və Cavabdeh2 ilə təşkilat arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından İddiaçı QSC BOKT-un cavabdehlərdən əsas borcun ödənilməmiş hissəsinin, əsas borca hesablanmış faizlərin tam məbləğini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən kredit borcunun xx.xx.2025-ci il tarixə ödənilmə vəziyyəti barədə məlumatı əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17 iyul 2023-cü il tarixli 5401 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 2972,99 manat əsas və 51,73 manat faiz borcu olmaqla cəmi 3024,72 manat məbləğində kredit borcu tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50,25 manat dövlət rüsumu da cavabdehlərə aid edilərək müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-206.44 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17 iyul 2023-cü il tarixli 5401 saylı kredit müqaviləsindən yaranmış 2972,99 manat əsas, 51,73 manat faiz borcu cəmi 3024,72 manat və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50,25 manat dövlət rüsumu olmaqla ümumilikdə 3074,97 (üç min yetmiş dörd manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №e-2(111)-346/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-346/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver