Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-35/2023 25.01.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 saylı kredit müqaviləsinə əsasən 2538.45 manat əsas, 393.48 manat faiz, cəmi 2931.93 manat məbləğində borcun, xx.xx.2019-cu il tarixli, BRED1400723A189 saylı kredit kartına dair müqaviləyə əsasən 207.39 manat əsas, 71.99 manat faiz cəmi 279.38 manat borcun və ödənilmiş 52.11 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BRED1400723A189 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 saylı kredit müqaviləsinə əsasən 2538.45 AZN əsas, 393.48 AZN faiz, cəmi 2931.93 AZN borcu, xx.xx.2019-cu il tarixli, BRED1400723A189 saylı kredit kartına dair müqaviləyə əsasən 207.39 AZN əsas, 71.99 AZN faiz, cəmi 279.38 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli, BRED1400723A189 saylı kredit kartına dair müqavilədən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə qeyri taksit əməliyyatları üzrə illik 25 faiz dərəcəsi ilə 450 manat məbləğində kredit xətti açmışdır. xx.xx.2019-cu il tarixli, BRED1400723A189 saylı kredit kartına dair müqavilənin 11.3-cü bəndinə əsasən kredit xəttindən son istifadə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli balansdankənar məxaric orderinin surətindən görünür ki, bir ədəd plastik kart Cavabdeh tərəfindən imza edilərək təhvil alınmışdır. Müqavilə üzrə çıxarışa əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, BRED1400723A189 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit xətti üzrə 207.39 manat əsas, 71.99 manat faiz borcu qalıq qalmışdır. xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 4600 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 4600 manat məbləğində vəsait Cavabdeh tərəfindən imza edilərək təhvil alınmışdır. xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 saylı kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən kreditor müştəri tərəfindən müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 159.9 manat, son ödəmə tarixi olan xx.xx.2023-cü ildə isə 164.58 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə çıxarışa əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə 2538.45 manat əsas, 393.48 manat faiz borcu qalıq qalmışdır. xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, BRED1400723A189 saylı kredit kartına dair müqaviləyə əsasən banka 207.39 manat əsas, 71.99 manat faiz cəmi 279.38 manat, xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 saylı kredit müqaviləsi üzrə 2538.45 manat əsas, 393.48 manat faiz cəmi 2931.93 manat borcu vardır. xx.xx.2022-ci il tarixli, 16/31161 nömrəli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 52.11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2019-cu il tarixli, BRED1400723A189 nömrəli və xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 nömrəli müqavilələr üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas və faiz borcunu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və faiz borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı xx.xx.2019-cu il tarixli, BRED1400723A189 nömrəli müqavilə üzrə 207.39 manat əsas və 71.99 manat faiz borcu, xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 nömrəli müqavilə üzrə 2538.45 manat əsas və 393.48 manat faiz borcu işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, BRED1400723A189 nömrəli müqavilə üzrə 207.39 manat əsas borc, 71.99 manat faiz borcu, xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 nömrəli müqavilə üzrə 2538.45 manat əsas və 393.48 manat faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 52.11 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, BRED1400723A189 nömrəli müqavilə üzrə 207.39 manat əsas borc, 71.99 manat faiz borcu, xx.xx.2019-cu il tarixli, GTKR1541106A189 nömrəli müqavilə üzrə 2538.45 manat əsas borc, 393.48 manat faiz borcu, cəmi 3211.31 manat borc və 52.11 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3263.42 (üç min iki yüz altmış üç manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-35/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-35/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver