Məhkəmə qərarları › İş №e-2(111)-38/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-38/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-38/2023 24.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 718.13 manat əsas, 3.21 manat faiz borcu olmaqla, cəmi 721.34 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş, Kəngərli Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(111)-38/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə araşdırma zərurəti yarandığından iddia icraatı qaydasına keçirilərək işə ümumi iddia icraatı qaydasında baxılmışdır. İş üzrə məhkəmənin 24 fevral 2023-cü il tarixə təyin edilmiş hazırlıq iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilmiş, iş üzrə iddiaçı "xxxx" ASCnin nümayəndəsi Nümayəndə2 06 fevral 2023-cü il tarixdə məhkəməyə “elektron məhkəmə” sistemi vasitəsilə göndərdiyi ərizədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə hazırlıq iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq qeyd edir ki, hazırda işin icraatı məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının ərizəsi qaytarılmalıdır. Çünki, iddiaçı ərizənin qaytarılması barədə vəsatət vermişdir. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən hökumət ödəniş portalı vasitəsilə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının 12 dekabr 2022-ci il tarixli, ********** nömrəli qəbz əsasında hökumət ödəniş portalı vasitəsilə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən 12 dekabr 2022-ci il tarixli, ********** nömrəli qəbz əsasında hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar