Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-45/2025 10.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 18333,22 AZN əsas, 1121,08 AZN faiz, cəmi 19454,30 AZN məbləğində vəsaitin və ödənilmiş 148,36 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli RFGT7689180B189 saylı Kredit müqaviləsinə əsasən ona illik 21,6 faiz dərəcəsi ilə, 59 ay müddətinə 19000 AZN olan kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə 18333,22 AZN əsas, 1121,08 AZN faiz, cəmi 19454,30 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin ilə dəyişdirilməsi barədə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək İddiaçı ASC ilə Cavabdeh kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinə müraciət etdiyini, Cavabdeh ödəniş etdiyi üçün AR MPM-nin 53-cü maddəsini nəzərə alıb Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17465,85 AZN əsas olmaqla cəmi 17465,85 AZN borcun və ödənilmiş 148,36 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyindən işə dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə verdiyi izahatında həqiqətən də 2024-cü ilin may ayında İddiaçı ASC-dən 19000 manat kredit götürdüyünü, əvvəllər hərbiçi işlədiyini, sonra həmin ilin avqust ayından işdən azad edildiyindən götürdüyü krediti ödəyə bilmədiyini, yalnız 2024-cü ilin dekabr ayında hərbi hissədən son haqq-hesabını aldıqdan sonra ödəmə etdiyini, muharibə veteranı olduğunu, yalnız 80 manat veteran pulundan ödədiyini, iddia tələbinə və onun məbləğinə etiraz etmədiyini bildirmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RFGT7689180B189 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana 59 ay müddətinə, illik 21.6% hesablanmaqla ilk tranş 4689 manat ikinci tranş 14311 manat olmaqla cəmi 19000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RFGT7689180B189 nömrəli kredit müqaviləsinin 1.3 bəndinə əsasən müştəri digər kredit təşkilat(lar)ında və ya bankda olan kreditin bağlanmasına dair təsdiqedici sənədləri/müvafiq arayış(lar)ı kredit onun hesabına köçürüldüyü gündən sonrakı 10 (on) iş günü ərzində banka təqdim edərsə, bank kreditin illik faiz dərəcəsini 16.7 %-ə, kreditin müddətini isə 48 ayadək aşağı salmaqla, kreditin ikinci tranş məbləğini (0 AZN Nağdlaşdırma komissiyası və 0 AZN Bank zəmanəti komissiyası tutularaq) müştərinin müvafiq hesabına köçürür, ona yeni ödəniş qrafiki təqdim edir. xx.xx.2024-cü il tarixli kassa məxaric orderlərinin surətlərindən görünür ki, bank tərəfindən Cavabdeh ilk tranşda 4689 manat, ikinci tranşda 14311 manat cəmi 19000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RFGT7689180B189 nömrəli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş hallarda kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. xx.xx.2024-cü il tarixli RFGT7689180B189 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2028ci il tarixədək hər ay 545,30 manat, son ödəmə tarixi olan xx.xx.2028-ci il tarixdə isə 553,51 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli RFGT7689180B189 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli müqavilə üzrə çıxarışa əsasən Cavabdeh həmin tarixədək müqavilə üzrə əsas borcundan 1534,15 manat, faiz borcundan isə 2010,44 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli 15/00496 nömrəli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh aralarında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli RFGT7689180B189 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 17465,85 manat əsas, cəmi 17465,85 manat borcu vardır. xx.xx.2024-cü il tarixli 7-1114-16/MH33397 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 148,36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallardan aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli RFGT7689180B189 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulmuş vaxtlarda ödəməmiş, müqavilə üzrə 27 yanvar 2025-ci il tarixə 4362,40 manat ödəməli olduğu halda həmin tarixədək əsas borcundan 1534,15 manat, faiz borcundan isə 2010,44 manat cəmi 3544,59 manat ödəniş etmişdir. Bununla da İddiaçı ASC-yə iş üzrə verilmiş maliyyə arayışına və müqavilə üzrə çıxarışa əsasən xx.xx.2025-ci il tarixə cavabdehin 17465,85 manat əsas borcu olmaqla ümumilikdə 17465,85 manat borcu yaranmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2025-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və xx.xx.2025-ci il tarixli müqavilə üzrə çıxarışı əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli RFGT7689180B189 nömrəli kredit müqaviləsi üzrə 17465,85 manat əsas borcu olmaqla ümumilikdə 17465,85 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 148,36 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli RFGT7689180B189 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 17465,85 manat əsas borcun və 148,36 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 17614,21 (on yeddi min altı yüz on dörd manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-45/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-45/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver