Məhkəmə qərarları › İş №e-2(111)-61/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-61/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-61/2025 19.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra BOKT "xxxx" MMC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0050460-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 9741,80 (doqquz min yeddi yüz qırx bir manat 80 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcun, 3772,17 (üç min yeddi yüz yetmiş iki manat 17 qəpik) manat faiz borcun, 29,52 (iyirmi doqquz manat 52 qəpik) manat cərimə borcunun və 1782,75 (bir min yeddi yüz səksən iki manat 75 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 15326,24 (on beş min üç yüz iyirmi altı manat 24 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 136 (bir yüz otuz altı) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0050460-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “maşın almaq” məqsədilə borcluya 36 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9800 (doqquz min səkkiz yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 58,20 (əlli səkkiz manat 20 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 886,80 (səkkiz yüz səksən altı manat 80 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 15,00 (on beş manat 00 qəpik) manat olmaqla cəmi 960,00 (doqquz yüz altmış manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh təşkilata 9.741,80 (doqquz min yeddi yüz qırx bir manat 80 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3.772,17 (üç min yeddi yüz yetmiş iki manat 17 qəpik) manat faiz borcu və 29,52 (iyirmi doqquz manat 52 qəpik) manat cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, L-BK0050460-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 1782,75 (bir min yeddi yüz səksən iki manat 75 qəpik) manat təşkil edir. İş üzrə iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK- 0050460-F nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, kreditor tərəfindən borc alana həmin müqavilənin 6.1-ci bəndinə əsasən aylıq 3%, illik 36% hesablanmaqla, 36 ay müddətinə 9800 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli L-BK-0050460-F nömrəli kredit müqaviləsinə əlavə №1 ödəniş qrafikinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 456 manat, son ödəmə tarixi olan xx.xx.2023-cü ildə isə 477,25 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli L-BK-0050460-F nömrəli kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən borclu bu müqavilə üzrə aylıq kredit ödənişlərini gecikdirdiyi hallarda gecikdirilən əsas məbləğə görə hər gün üçün gecikdirilmiş əsas məbləğin 1%-i həcmində cərimə ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli L-BK-0050460-F nömrəli kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən Kreditor borclu tərəfindən öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzini tələb etmək hüququna malikdir. Zərər dedikdə borclu tərəfindən öhdəliklər pozulmasaydı kreditorun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin hesablanması bu müqavilənin 6.7-ci bəndinə nəzərdə tutulmuş qaydada həyata keçirilir. xx.xx.2019-cu il tarixli L-BK-0050460-F nömrəli kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən kreditora dəymiş zərər müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanacaq. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditor tərəfindən məhkəməyə müraciət edilərsə, kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə ediləcəkdir. xx.xx.2019-cu il tarixli 972 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2019-cu il tarixli L-BK-0050460-F nömrəli müqavilənin 6.3-cü bəndində nəzərdə tutulan 2% həcmində komisyon haqqı tutulmaqla 9604 manat məbləğində vəsait Cavabdeh hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışının 2-ci cədvəlində göstərilən ödənişlər üzrə hesabdan çıxarışa əsasən borclu Cavabdeh əsas, faiz və cərimə borcu üzrə cəmi 960 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışının 3-cü cədvəlində göstərilən cari tarixə borc haqqında arayışa əsasən Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0050460-F nömrəli müqavilə üzrə Cavabdeh BOKT "xxxx" MMC-yə 9741,80 manat əsas, 3772,17 manat faiz, 29,52 manat cərimə və 1782,75 manat əldən çıxmış fayda borcu olmaqla cəmi 15326,24 manat borcu vardır. xx.xx.2022-ci il tarixli BK-111 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh BOKT "xxxx" MMC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən BOKT "xxxx" MMC tərəfindən 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxslər hazırkı iş üzrə Cavabdeh xx.xx.2019-cu il tarixli L-BK-0050460-F nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək BOKT "xxxx" MMC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, xx.xx.2025-ci il tarixli maliyyə arayışının 2-ci cədvəlində göstərilən ödənişlər üzrə hesabdan çıxarışa əsasən əsas, faiz və cərimə borcu üzrə cəmi 960 manat ödəniş etmiş, bununla da həmin tarixə 9741,80 manat əsas, 3772,17 manat faiz, 29,52 manat cərimə və 1782,75 manat əldən çıxmış fayda borcu olmaqla cəmi 15326,24 manat borcu yaranmış və iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən əsas borcun ödənilməmiş hissəsinin, kreditdən istifadəyə görə faizlərin, cərimənin və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz, cərimə borcunun və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2025-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışının 2-ci cədvəlində göstərilən ödənişlər üzrə hesabdan çıxarışı və 3-cü cədvəlində göstərilən cari tarixə borc haqqında arayışı əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli L-BK-0050460-F nömrəli kredit müqaviləsindən yaranmış 9741,80 manat əsas, 3772,17 manat faiz, 29,52 manat cərimə borcu və 1782,75 manat əldən çıxmış fayda olmaqla cəmi 15326,24 manat məbləğində pul vəsaiti BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 136 manat məbləğində dövlət rüsumu da Cavabdeh müştərək qaydada iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK- 0050460-F nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 9741,80 manat əsas borc, 3772,17 manat faiz borcu, 29,52 manat cərimə borcu və 1782,75 manat əldən çıxmış fayda olmaqla cəmi 15326,24 manat borc və 136 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 15462,24 (on beş min dörd yüz altmış iki manat, iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar