Məhkəmə qərarları › İş №e-2(111)-66/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-66/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-66/2024 29.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 22 yanvar 2018-ci il tarixli, 2201/01/İPK saylı kredit müqaviləsi üzrə 31 yanvar 2024-cü il tarixə olan 52516.86 (əlli iki min beş yüz on altı manat 86 qəpik) manat əsas borc, 174.35 (yüz yetmiş dörd manat 35 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 52691.21 (əlli iki min altı yüz doxsan bir manat 21 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 248.07 (iki yüz qırx səkkiz manat 07 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 71000 (yetmiş bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən **********80-10301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan və yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin 29 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı "xxxx" ASC-nin ərizəsi qaytarılmalıdır. Çünki, onun nümayəndəsi ərizənin qaytarılması barədə vəsatət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı təşkilatın 02 fevral 2024-cü il tarixdə ********** nömrəli qəbz əsasında ödədiyi 248.07 (iki yüz qırx səkkiz manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Kəngərli Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin "xxxx" ASC-yə geri qaytarılmasına zərurət yaranmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. İddiaçı təşkilatın 02 fevral 2024-cü il tarixdə ********** nömrəli qəbz əsasında ödədiyi 248.07 (iki yüz qırx səkkiz manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar