Məhkəmə qərarları › İş №e-2(111)-71/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-71/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-71/2022 10.03.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 100821- 35352/10 nömrəli kredit müqaviləsi üzrə 2098.85 manat məbləğində əsas borc və 24.99 manat faiz borcu olmaqla, ümumilikdə 2123.84 manat, 100821-35352/11 nömrəli kredit müqaviləsi üzrə 461.48 manat məbləğində əsas borc və 5.22 manat faiz borcu olmaqla, ümumilikdə 466.7 manat, hər iki müqavilə üzrə 2590.54 manat borcun və 46.31 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, 100821-35352/10 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2098.85 manat, 09 dekabr 2019-cu il tarixli, 100821-35352/11 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 464.27 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 02 fevral 2022-ci il tarixinə cavabdehin 100821- 35352/10 nömrəli kredit müqaviləsi üzrə 2098.85 manat məbləğində əsas borcu və 24.99 manat faiz borcu olmaqla, ümumilikdə 2123.84 manat, 100821-35352/11 nömrəli kredit müqaviləsi üzrə 461.48 manat məbləğində əsas borcu və 5.22 manat faiz borcu olmaqla, ümumilikdə 466.7 manat, hər iki müqavilə üzrə 2590.54 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və gecikdirilmiş kredit yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün 08 fevral 2022-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 100821-35352/10 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən cavabdehə resturukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi üçün illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 2098.85 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 100821-35352/11 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən cavabdehə resturukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi üçün illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 464.27 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin 4.1.1-ci bəndlərinə əsasən müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə bu kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. İş materiallarında olan 09.12.2019-cu il tarixli ərizələrdən görünür ki, Cavabdeh banka resturukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 2098.85 manat və illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 464.27 manat məbləğində kredit verilməsi üçün müraciət etmiş, kredit və ona hesablanmış faizlərin vaxtında qaytarılması üçün zəmanət vermişdir. İş materiallarında olan 02.02.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" ASC-yə 09 dekabr 2019-cu il tarixli, 100821-35352/10 nömrəli müqavilə üzrə 2098.85 manat əsas, 24.99 manat faiz olmaqla, cəmi 2123.84 manat, 09 dekabr 2019-cu il tarixli, 100821-35352/11 nömrəli müqavilə üzrə 461.48 manat əsas, 5.22 manat faiz olmaqla, cəmi 466.7 manat borcu vardır. Kredit müqavilələri üzrə gecikmə 401 gün təşkil edir. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 100821-35352/10 saylı kredit müqaviləsinin 1 nömrəli əlavəsindən görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh 27.12.2019-cu il tarixdə 1.05 manat, 27.01.2020-ci il tarixdən etibarən 27.11.2020-ci il tarixədək hər ay 1.75 manat, 27.12.2020-ci il tarixdən 27.11.2024-cü il tarixədək hər ay 43.73 manat, son ödəmə tarixi olan 09.12.2024-cü il tarixdə isə 43.79 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 100821-35352/11 saylı kredit müqaviləsinin 1 nömrəli əlavəsindən görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh 27.12.2019-cu il tarixdə 0.23 manat, 27.01.2020-ci il tarixdən etibarən 27.11.2020-ci il tarixədək hər ay 0.39 manat, 27.12.2020-ci il tarixdən 27.11.2024-cü il tarixədək hər ay 9.67 manat, son ödəmə tarixi olan 09.12.2024-cü il tarixdə isə 9.84 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.12.2021-ci il tarixli, 001/007/6625/2021 nömrəli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 02.12.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, cavabdeh Həsənov X1 rayon Çalxanqala kəndində qeydiyyatdadır. İş materiallarında olan 04.02.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 45.91 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh 09 dekabr 2019-cu il tarixli, 100821-35352/10 nömrəli və 09 dekabr 2019-cu il tarixli, 100821-35352/11 nömrəli kredit müqavilələri ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və "xxxx" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərinə müvafiq olaraq da iş üzrə iddiaçı "xxxx" ASC-nin müqavilə üzrə cavabdehdən əsas borcun və kreditdən istifadəyə görə faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Çünki, Cavabdeh olunun 09 dekabr 2019-cu il tarixli, 100821-35352/10 nömrəli müqavilə üzrə 2098.85 manat əsas, 24.99 manat faiz olmaqla, cəmi 2123.84 manat, 09 dekabr 2019-cu il tarixli, 100821-35352/11 nömrəli müqavilə üzrə 461.48 manat əsas, 5.22 manat faiz olmaqla, cəmi 466.7 manat məbləğində borcu vardır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışlarını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 09 dekabr 2019-cu il tarixli, 100821-35352/10 nömrəli müqavilə üzrə 2098.85 manat əsas, 24.99 manat faiz olmaqla, cəmi 2123.84 manat və 09 dekabr 2019-cu il tarixli, 100821-35352/11 nömrəli müqavilə üzrə 461.48 manat əsas, 5.22 manat faiz olmaqla, cəmi 466.7 manat, ümumilikdə hər iki müqavilə üzrə 2590.54 manat məbləğində kredit borcu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və iddia təmin edildiyindən məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45.91 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 09 dekabr 2019-cu il tarixli, 100821-35352/10 nömrəli kredit müqaviləsindən yaranmış 2098.85 manat əsas, 24.99 manat faiz olmaqla, cəmi 2123.84 manat, 09 dekabr 2019-cu il tarixli, 100821-35352/11 nömrəli kredit müqaviləsindən yaranmış 461.48 manat əsas, 5.22 manat faiz olmaqla, cəmi 466.7 manat, ümumilikdə hər iki müqavilə üzrə 2590.54 manat məbləğində kredit borcu və 46.31 manat məbləğində məhkəmə xərci - cəmi 2636.85 (iki min altı yüz otuz altı manat, səksən beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar