Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-74/2022 31.03.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər- Cavabdeh2 və Cavabdeh1 09 fevral 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən 14.02.2022-ci il tarixə olan 927.67 (doqquz yüz iyirmi yeddi manat, 67 qəpik) manat gecikdirilmiş faiz borcu, 1683.87 (bir min altı yüz səksən üç manat, 87 qəpik) manat gecikdirilmiş əsas borc, 13.64 (on üç manat, 64 qəpik) manat faiz borcu, 7210.95 (yeddi min iki yüz on manat, 95 qəpik) manat əsas borc olmaqla ümumilikdə 9836.13 (doqquz min səkkiz yüz otuz altı manat, 13 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 118.36 (yüz on səkkiz manat, 36 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Naxçıvanbank” ASC-nin Kəngərli rayon filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 09 fevral 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 09 fevral 2021-ci il tarixli, İK 1002232/21323 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə 14.02.2022-ci il tarixə kredit reyestrində Cavabdeh2 adına 184 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən tərəfimizdən borcalanla və zaminlə dəfələrlə telefonla əlaqə saxlanılmış, qeydiyyat ünvanlarına xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh2 onunla bağlanmış 09 fevral 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən 14.02.2022-ci il tarixə 927.67 (doqquz yüz iyirmi yeddi manat, 67 qəpik) manat gecikdirilmiş faiz borcu, 1683.87 (bir min altı yüz səksən üç manat, 87 qəpik) manat gecikdirilmiş əsas borc, 13.64 (on üç manat, 64 qəpik) manat faiz borcu, 7210.95 (yeddi min iki yüz on manat, 95 qəpik) manat əsas borc olmaqla ümumilikdə 9836.13 (doqquz min səkkiz yüz otuz altı manat, 13 qəpik) manat kredit borcu öhdəliyi vardır. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, telefonla əlaqə saxlayaraq dağda xidmət etdiyi üçün gələ bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə təyin edilmiş məhkəmə iclasına gəlməyən Cavabdeh1 və bankın nümayəndəsinin məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsi barədə xahişlərini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh2 izahatında iddia ərizəsində göstərilənlərlə razı olduğunu, həqiqətən bankdan illik 17% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit götürdüyünü, 4-5 ay krediti ödədiyini, lakin sonradan ailəvi problemlərə görə ödəyə bilmədiyini, ailəsində tək özünün işlədiyini, 8-9 aydır ki, krediti ödəmədiyini göstərərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 fevral 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 17% hesablanmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 09 fevral 2021-ci il tarixli, İK 1002232/21323 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 fevral 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh1 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalan Cavabdeh2 bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək “Borcalan”la birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 fevral 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinin 5.2-ci bəndinin “a” yarımbəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 14.02.2022-ci il tarixli, 32 nömrəli maliyyə arayışına əsasən Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 09 fevral 2021-ci il tarixli, İK ******* nömrəli müqavilə üzrə Cavabdeh2 banka 8894.82 manat əsas, 941.31 manat faiz, ümumilikdə 9836.13 manat borcu vardır. 25 oktyabr 2021-ci il tarixli, 102/001 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 14.02.2022-ci il tarixli, ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 118.36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxslər hazırki iş üzrə Cavabdeh2 09 fevral 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və eləcə də Cavabdeh1 ilə bank arasında bağlanmış 09 fevral 2021-ci il tarixli, İK 1002232/21323 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından iddiaçı "xxxx" ASC-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Çünki Cavabdeh2 oğlu 10.02.2022-ci il tarixə 4278.36 manat ödəməli olduğu halda 14.02.2022-ci il tarixli maliyyə arayışına əsasən ümumilikdə 1794.81 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən 14.02.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 09 fevral 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə 8894.82 manat əsas, 941.31 manat faiz, ümumilikdə 9836.13 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 118.36 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 09 fevral 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə 14.02.2022-ci il tarixə olan 927.67 manat gecikdirilmiş faiz borcu, 1683.87 manat gecikdirilmiş əsas borc, 13.64 manat faiz borcu, 7210.95 manat əsas borc, ümumilikdə 9836.13 manat borc və 118.36 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 9954.49 (doqquz min doqquz yüz əlli dörd manat, 49 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-74/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-74/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver