Məhkəmə qərarları › İş №e-2(111)-75/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-75/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-75/2025 10.03.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 (bundan sonra İddiaçı QBKT MMM) cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QBKT MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 7425,87 AZN, faiz borcuna görə 944,87 AZN, cərimə borcuna görə 0 AZN, cəmi 8370,74 AZN məbləğində borcun və 103,71 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı QBKT MMM-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1342 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 11000 (on bir min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 584 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3, **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********1342-885232 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdurlar. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin xx.xx.2023-cü il tarixli **********1342 saylı kredit müqaviləsi, xx.xx.2023-cü il tarixli **********0250 saylı hesab nömrəli sazişlə illik 23 % dərəcəsi olmaqla 26 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 9364 AZN müəyyən edilmişdir. Sazişin 5-ci bəndinə əsasən, əsas müqavilə üzrə və ya yeni zamin(lər) olduğu halda, həmin zamin(lər) bu sazişi imzalamaqla götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh4 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh4 əsas borc üzrə 7425,87 AZN, faiz borcuna görə 944,87 AZN, cərimə borcuna görə 0 AZN, cəmi 8370,74 (səkkiz min üç yüz yetmiş manat, yetmiş dörd qəpik) AZN təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İş üzrə İddiaçı QBKT MMM-nin nümayəndəsi Nümayəndə1 elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək mülki işə nümayəndənin iştirakı olmadan mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında iddia ərizəsində göstərilənlərlə razı olduğunu, həqiqətən də İddiaçı MM QBKT-dən 11000 manat məbləğində kredit götürdüyünü, 7425,87 manat əsas, 944,87 manat faiz borcu qaldığını, lakin maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, kredit müqaviləsi üzrə aylıq ödənişlər çox olduğu üçün ödəməyə gücünün çatmadığını, özünün hərbi hissədə xadimə işlədiyini, yoldaşı əmək qabiliyyətini itirdiyindən əməkhaqqını onun müalicəsinə xərclədiyini bildirərək qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia ərizəsində göstərilən məbləğə etiraz etmədiyini, hazırda hərbi hissədə işlədiyini, kreditin götürülməsində anasına zamin durduğunu, lakin özünün də ailə başçısı olduğunu, iki kredit təşkilatına kredit ödədiyini, bacısının da xəstə olduğunu, maddi imkanı olmadığından anasının kredit borcunu ödəyə bilmədiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 da digər Cavabdeh3 məhkəməyə verdiyi izahata uyğun izahat verərək qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında Cavabdeh4 həyat yoldaşı olduğunu, kreditin götürülməsində ona zamin durduğunu, özünün təqaüdçü və xəstə olduğunu, kreditin ödənilməsində çətinlik çəkdiklərini bildirdi. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- İddiaçı QBKT MMM ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 23% hesablanmaqla, 24 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsinin 8-ci bəndində olan ödəniş cədvəlinə əsasən Cavabdeh4 xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 584 manat, son ödəmə tarixi olan xx.xx.2025-ci il tarixdə isə 566 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli **********1***-******* nömrəli, xx.xx.2023-cü il tarixli **********1***-******* nömrəli və xx.xx.2023-cü il tarixli **********1342-885232 nömrəli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QBKT MMM ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı QBKT MMM arasında zaminlik müqavilələri bağlanmış, zaminlər borcalan Cavabdeh4 təşkilat qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək kredit alanla birlikdə təşkilat qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsinin 6.1 və 6.1.1-ci bəndinə əsasən kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixli mədaxil aktından görünür ki, İddiaçı QBKT MMM ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaiti Cavabdeh4 üzərində “Fincard” adı qeyd edilmiş **********844296 saylı kredit kartında ona təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli fincard kredit vermə qəbzindən görünür ki, 308 manat komisyon haqqı tutulmaqla 10692 manat məbləğində vəsait Cavabdeh4 verilmişdir. xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli **********0250 nömrəli sazişdən görünür ki, İddiaçı QBKT MMM ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsinin restrukturizasiya olunması barədə razılığa gəlmiş, sazişin 2-ci bəndinə əsasən tərəflər qalıq borcu olaraq 9364 AZN məbləği qəbul etmiş və sazişin 3-cü bəndində həmin məbləğ 26 ay müddətində tamamilə ödəniləcəyi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli saziş üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh4 xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 463 manat, son ödəmə tarixi olan xx.xx.2025-ci il tarixdə isə 451 manat ödəniş etməli olduğu göstərilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 tərəfindən müqavilə üzrə əsas borcdan 1938,13 manat, faiz borcundan 1717.13 manat, cərimə borcundan 928,95 manat olmaqla cəmi 4584,21 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 ilə İddiaçı QBKT MMM arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1342 nömrəli müqavilə üzrə Cavabdeh4 İddiaçı QBKT MMM-yə 7425,87 manat əsas, 944,87 manat faiz, 0 manat cərimə borcu olmaqla ümumilikdə 8370,74 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********56 nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı QBKT MMM tərəfindən 103,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh4 xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli **********0250 nömrəli saziş ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək İddiaçı QBKT MMM-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, müqavilə üzrə əsas və faiz borcdan xx.xx.2024-cü il tarixə 6945 manat ödəməli olduğu halda, kredit müqaviləsi üzrə maliyyə arayışına əsasən əsas və faiz borc üzrə cəmi 4584,21 manat ödəniş etmiş, bununla da İddiaçı QBKT MMM-yə iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə 7425,87 manat əsas, 944,87 manat faiz borcu olmaqla ümumilikdə 8370,74 manat borcu yaranmış və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq və eləcə də Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə təşkilat arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1***-******* nömrəli, xx.xx.2023-cü il tarixli **********1***-******* nömrəli və xx.xx.2023-cü il tarixli **********1342-885232 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından İddiaçı QBKT MMM-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsindən yaranmış 7425,87 manat əsas, 944,87 manat faiz borcu olmaqla ümumilikdə 8370,74 manat məbləğində borc İddiaçı QBKT MMM-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 103,71 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QBKT MMM-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı QBKT MMM ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1342 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7425,87 manat məbləğində əsas borc, 944,87 manat məbləğində faiz borcu, cəmi 8370,74 manat borc və 103,71 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 8474,45 (səkkiz min dörd yüz yetmiş dörd manat, qırx beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı QBKT MMMnin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar