Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-81/2022 30.03.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 05.06.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 342.51 AZN əsas, 63.88 AZN faiz, 29.04.2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 2447.76 AZN əsas, 470.97 AZN faiz borcunun və ödənilmiş 53.25 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.06.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən ona 14.01.2023-cü ilədək illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit xətti ayrılmış, 29.04.2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2490 AZN kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmir. Cavabdehin 18.02.2022-ci il tarixə İddiaçı ASC-yə 05.06.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 342.51 AZN əsas, 63.88 AZN faiz; 29.04.2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 2447.76 AZN əsas, 470.97 AZN faiz borcu yaranmışdı. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün 02.03.2022-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 05.06.2020-ci il tarixli BRED2117126A133 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 14.01.2023-cü il tarixədək illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış 05.06.2020-cu il tarixli BRED2117126A133 saylı saylı kredit müqaviləsinin 9.1 və 9.1.1-ci bəndlərinə əsasən kreditor müştəri tərəfindən müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin əsas hissəsini hesablanmış faizi ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə və müqaviləyə xitam verə bilər. İş materiallarında olan 05.06.2020-ci il tarixli, 200338TT**********566 nömrəli balansdankənar məxaric orderinin sürətindən görünür ki, 1 ədəd plastik kart Cavabdeh tərəfindən imza edilərək təhvil alınmışdır. İş materiallarında olan 29.04.2021-ci il tarixli, GTKR3613437A133 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2490 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 29.04.2021-ci il tarixli, GTKR3613437A133 saylı kredit müqaviləsinin 2.8 və 2.8.1-ci bəndlərinə əsasən kreditor müştəri tərəfindən müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin əsas hissəsini hesablanmış faizi ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. İş materiallarında olan 29.04.2021-ci il tarixli, 133TT**********0351 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, 2490 manat məbləğində vəsait Cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarında olan 24.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.02.2022-ci il tarixə 05.06.2020-cu il tarixli BRED2117126A133 saylı kredit xətti müqaviləsinə əsasən 342.51 AZN əsas, 63.88 AZN faiz, 29.04.2021-ci il tarixli, GTKR3613437A133 saylı kredit müqaviləsinə əsasən 2447.76 AZN əsas, 470.97 AZN faiz borcu vardır. İş materiallarında olan 25.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 24.02.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 53.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh 05.06.2020-cu il tarixli BRED2117126A133 saylı kredit xətti müqaviləsi və 29.04.2021-ci il tarixli, GTKR3613437A133 saylı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərinə əsasən İddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və ona hesablanmış faiz borcunu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Çünki, Cavabdeh 18.02.2022-ci il tarixə 05.06.2020-cu il tarixli BRED2117126A133 saylı kredit kartına dair müqaviləyə əsasən 342.51 AZN əsas, 63.88 AZN faiz, cəmi 406,39 AZN, 29.04.2021-ci il tarixli, GTKR3613437A133 saylı kredit müqaviləsinə əsasən 2447.76 AZN əsas, 470.97 AZN faiz cəmi 2918,73 AZN məbləğində, borcu vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən 18.02.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 05.06.2020-cu il tarixli BRED2117126A133 saylı kredit kartına dair müqaviləyə əsasən 342.51 AZN əsas, 63.88 AZN faiz, cəmi 406,39 manat borc, 29.04.2021-ci il tarixli, GTKR3613437A133 saylı kredit müqaviləsinə əsasən 2447.76 AZN əsas, 470.97 AZN faiz, cəmi 2918,73 AZN məbləğində borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 53.25 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 05.06.2020-cu il tarixli BRED2117126A133 saylı kredit kartına dair müqaviləyə əsasən 342.51 manat əsas, 63.88 manat faiz, cəmi 406,39 manat məbləğində borc, 29.04.2021-ci il tarixli, GTKR3613437A133 saylı kredit müqaviləsinə əsasən 2447.76 manat əsas, 470.97 manat faiz, cəmi 2918,73 manat məbləğində borc və 53.25 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3378.37 (üç min üç yüz yetmiş səkkiz, otuz yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-81/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-81/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver