Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-89/2025 14.03.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7807,45 manat əsas kredit borcu, 65,70 manat kreditdən istifadəyə görə faiz borcu, 5,88 manat cərimə borcu olmaqla cəmi 7873,15 manat borcun, həmçinin 98,74 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 45171***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən artıq olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə bağlanmış xx.xx.2023cü il tarixli 45171***-*******01L saylı əsas kredit limit razılaşmasının şərtlərinə, 1.1, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh 48 ay müddətinə illik 13.77 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 AZN məbləğində kredit verilmişdir (sms kredit mətni iddia ərizəsinə əlavə edilmişdir). Əsas kredit limit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə 7807.45 manat əsas kredit borcu, 65.70 manat kreditdən istifadəyə görə faiz borcu, 5.88 manat cərimə borcu olmaqla cəmi 7873.15 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair ərizə ilə Kəngərli Rayon Məhkəməsinə müraciət etmişdir. Maliyyə arayışında cərimə məbləği olmasa da, iddia ərizəsində texniki səhv olaraq cavabdehə 5,88 manat məbləğində cərimə borcu qeyd edilmişdir. Ona görə də iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıda qeyd edilənlərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, Cavabdeh 7807.45 manat məbləğində əsas kredit borcunun, 65.70 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, cəmi 7873.15 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 98.74 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyindən işə dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh izahatında 2023-cü ildə İddiaçı ASC-dən 10000 manat məbləğində kredit götürdüyünü, müqavilə üzrə hər ayın 17-si ödəniş etməli olduğu halda, əmək haqqının ödənilməsində gecikmələr olduğundan krediti vaxtı-vaxtında ödəyə bilmədiyni, bank tərəfindən qaldırılmış iddiaya etirazı olmadığını, iddia üzrə tələb olunan məbləğlə razı olduğunu bildirmişdir. Məhkəmə bankın nümayəndəsinin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:xx.xx.2023-cü il tarixli 45171***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşmanın 1.1-ci bəndindən görünür ki, tərəflər Kompleks Bank Xidmətləri Müqaviləsi və ona xx.xx.2023-cü il tarixli ******* saylı qoşulma razılaşması barədə razılıqlarını ifadə etmiş, 4.2, 4.3 4.4 və 5-ci bəndlərinə əsasən bank müştəriyə bankın müəyyən etdiyi formada müqavilədə nəzərdə tutulan qaydada əl imzası və əl imzasının digər analoqları vasitəsilə təsdiq edilməklə müştərinin müraciəti ilə 50000 (əlli min) manat məbləğində, illik 29 faiz olmaqla 120 (yüz iyirmi) ay müddətinə, xx.xx.2033-cü il tarixədək birdəfəlik kredit limiti ayırır. xx.xx.2023-cü il tarixli ******* nömrəli qoşulma razılaşmasının 1-ci bəndindən görünür ki, qoşulma razılaşması imzalanmaqla müştəri təsdiq və bəyan edir ki, o bankın rəsmi internet səhifəsində davamlı daşıyıcıda yerləşdirilmiş “Kompleks Bank Xidmətləri Müqaviləsi”nin şərtləri ilə əvvəlcədən ətraflı şəkildə oxumuşdur, tanış olmuşdur, anlamışdır və həmin şərtlərlə razıdır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ******* nömrəli qoşulma razılaşmasının 1-ci bəndi ilə şərtlərini qəbul etdiyi “Kompleks Bank Xidməti Müqaviləsi”nin 11.5.5.1-ci bəndinə əsasən bank kreditin və həmin günədək hesablanmış faiz və (və ya) digər ödənişlərin vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. xx.xx.2023-cü il tarixli sms bildirişindən görünür ki, İddiaçı ASC 48 ay müddətinə illik 13,77 faiz dərəcəsi 441 AZN komissiya ilə 10000 AZN kredit təklif edir. Aylıq ödəniş 272,16 AZN olmaqla hər ayın 17-dək ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Cavabdeh bu təklifi qəbul etmiş və xx.xx.2023 - xx.xx.2025-ci il tarixə verilmiş hesab üzrə çıxarışdan görünür ki, 10000 manat kredit verilərək 441 manat xidmət haqqı tutulmaqla Cavabdeh hesabına 9559 manat köçürülmüşdür. xx.xx.2025-ci il tarixli 2253 nömrəli arayışa əsasən xx.xx.2023-cü il tarixli 45171***- *******01L saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə 7807,45 manat əsas, 65,70 manat faiz borcu olmaqla cəmi 7873,15 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli **********67 nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 98,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli 45171***-*******01L nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə üzrə nəzərdə tutulmuş vaxtlarda ödəməmiş, bununla da İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə 7807,45 manat əsas borc və 65,70 manat faiz borcu olmaqla ümumilikdə 7873,15 manat borcu yaranmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2025-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən arayışı və kredit müqaviləsi üzrə xx.xx.2023 - xx.xx.2025-ci il tarixə verilmiş hesabdan çıxarışı əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli 45171***-*******01L nömrəli kredit müqaviləsi üzrə 7807,45 manat əsas borc və 65,70 manat faiz borcu olmaqla ümumilikdə 7873,15 manat məbləğində borc İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 98,74 manat məbləğində dövlət rüsumu da Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 45171***-*******01L nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 7807,45 manat əsas borc, 65,70 manat faiz borcu olmaqla ümumilikdə 7873,15 manat borc və 98,74 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 7971,89 (yeddi min doqquz yüz yetmiş bir manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-89/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-89/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver