Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1004/2022 12.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavadeh Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında bağlanmış 29 oktyabr 2019cu il tarixli, 800821-193743/10 saylı güzəştli kredit müqaviləsinə əsasən Bank borcalana 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 3954,39 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə aldığı kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli, 800821-193743/10 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 29 oktyabr 2019-cu il tarixli, 800821-193743/10 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında Cavabdeh3 zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 oktyabr 2019 il tarixli, 800821- 193743/10 saylı girov müqaviləsinə əsasən, Cavabdeh1 29 oktyabr 2019-cu il tarixli, 800821-193743/10 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı qismində Cavabdeh2 məxsus 583 əyyarlı, 70 qram çakidə 12 ədəd qızıl-zinət əşyalarına (boyunbağı 2 əd, qolbağı 3 əd, üzük 2 əd, dəst 1 əd, sırğa 3 əd, kulon 1 əd) girovla yüklü edilmişdir. İddiaçı ASC cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3615.10 manat məbləğində əsas borc və 53.53 manat taiz borcu olmaqla, cəmi 3668.63 manat borcun və 58.58 manat dövlət rüsumunun tutulmasını, tutmanın bank qarşısında öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh2 məxsus 583 əyyarlı, 70 qram çakidə 12 ədəd qızıl-zinət əşyalarına (boyunbağı 2 əd, qolbağı 3 əd, üzük 2 əd, dəst 1 əd, sırğa 3 əd, kulon 1 əd) yönəldilməsi, qızıl-zinət əşyasının açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Borcalan Cavabdeh1 və zaminlər X6 və X2 02 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca icra etmədiklərindən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(044)-4105/2016 saylı məhkəmə əmri üzrə cavabdehlər Cavabdeh1, X3 və X1 4104.39 manat məbləğndə əsas borcu, 424.74 manat faiz və 20 manat məbləğndə dövlət rüsumu olmaqla, ümumilikdə 4549.13 manat məbləğində pul vəsaitin tutulması əmr edilmişdir. Məhkəmə əmrindən sonra 150 manat məbləğində ödəniş aparılmışdır. AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 kredit borcu restrukturizasiya siyahısına düşmüşdür. Fərmana əsasən kredit borcu üzrə faiz borc silinərək əsas borc üzrə 29 oktyabr 2019 il tarixli, 800821-193743/10 nömrəli güzəştli kredit müqaviləsi imzalanmışdır. İcra işinə xx.xx.2019-cu il tarixli ərizəyə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə Banka 29 oktyabr 2019-cu il tarixli, 800821-193743/10 saylı güzəştli kredit müqaviləsi üzrə 3615,10 manat əsas borc, 53,53 manat faiz borcu olmaqla, cəmi 3668,63 manat borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayarq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Belə ki, Bankla Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini borcalan Cavabdeh1 vermişdir. Borcalan isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə müəyyənləşdirilmiş faizlərin ödənilməsini iki dəfədən artıq ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Bank ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında Cavabdeh3 zamin qismində öz üzərinə məsuliyyət götürmüş, təminatı qismində isə Cavabdeh2 ona məxsus qızıl-zinət əşyalarının girovla yüklü edilməsinə razılıq vermişdir. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəf isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Habelə, iddia tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissədə də iddia əsaslıdır. Belə ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 29 oktyabr 2019-cu il tarixli, 800821-193743/10 saylı güzəştli kredit müqaviləsi üzrə 3615,10 manat əsas borc və 53,53 manat taiz borcu olmaqla, cəmi 3668 (üç min altı yüz altmış səkkiz) manat 63 (altmış üç) qəpik pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus girov predmeti olan 583 əyyarlı, 70 qram çakidə 9 ədəd qızıl-zinat əşyalarına (boyunbağı 2 ədəd, qolbağı 3 ədəd, üzük 2 ədəd, dəst 1 ədəd, sırğa 3 ədəd, kulon 1 ədəd) yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58 (əlli səkkiz) manat 58 (əlli səkkiz) qəpik pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-1004/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1004/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver