Məhkəmə qərarları › İş №e-2(125)-1012/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1012/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1012/2022 20.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 13 avqust 2021-ci il tarixli, 800804-144850/1 saylı kredit müqaviləsi üzrə 13479,87 manat əsas borc, 1525,80 manat faiz məbləği olmaqla, cəmi 15005,67 manat və 13 avqust 2021-ci il tarixli, 800798-PC********** saylı kredit xətti müqaviləsi üzrə 997,29 manat əsas borc, 87,73 manat faiz borcu olmaqla, cəmi 1085,02 manat, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 14,477,16 manat əsas, 1613,53 manat faiz borcu olmaqla, cəmi 16090,69 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 138,68 manat məbləğində pulun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 13 avqust 2021-ci il tarixli, 800804-144850/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə, illik 22% ödəmək şərtilə 14430 manat məbləğində kredit verilmişdir və 13 avqust 2021-ci il tarixli 800798-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 1000 manat kredit xətti açılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təstiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 10 may 2022-ci il tarixinə borclunun 13 avqust 2021-ci il tarixli, 800804-144850/1 nömrəli kredit müqaviləsi üzrə 13479,87 manat əsas borc və 1525,80 manat faiz borcu olmaqla, cəmi 15005,67 manat və 13 avqust 2021-ci il tarixli 800798-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 997,29 manat əsas borc, 87,73 manat faiz borcu olmaqla, cəmi 1085,02 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehin cəmi hər iki kredit borcu üzrə 14477,16 manat məbləğində əsas borcu, 1613,53 manat faiz borcu olmaqla, cəmi 16090,69 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 13 avqust 2021-ci il tarixli 800804-144850/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 42 ay müddətinə, illik 22 faiz ödəmək şərtilə 14430 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 5.1.5-ci bəndinə əsasən ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borc alan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödəməməsi halında bank bu müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş 13 avqust 2021-ci il il tarixli 800798-PC********** kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə, illik 22 % dərəcəsi ilə 1000 manat kredit xətti açılmışdır. Cavabdeh adına olan bank hesabından çıxarışdan görünür ki, həmin hesab üzrə 20 avqust 2021-ci il tarixdən 29 dekabr 2021-ci il tarixə qədər kredit xəttindən istifadə etməklə məxaric və mədaxil əməliyyatları aparılmış, yekun olaraq 997,29 manat məbləğ geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 13 avqust 2021-ci il tarixli, 800804-144850/1 nömrəli kredit müqaviləsi üzrə 13479,87 manat əsas borc və 1525,80 manat faiz borcu olmaqla, cəmi 15005,67 manat; 13 avqust 2021-ci il tarixli 800798-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 997,29 manat əsas borc, 87,73 manat faiz borcu olmaqla, cəmi 1085,02 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, əsas və faiz borclarının ödənilməsini gecikdirmişdir. Buna görə də məhkəmə 13 avqust 2021-ci il tarixli 800-804-746362/1 saylı müqavilə üzrə 13479,87 manat əsas borc və 1525,80 manat faiz borcu olmaqla, cəmi 15005,67 manat məbləğində borcun, 13 avqust 2021-ci il tarixli 800798-PC********** saylı kredit xətti müqaviləsi üzrə 997,29 manat əsas borc və 87,73 manat faiz borcu olmaqla, cəmi 1085,02 manat borcun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərci iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 138,68 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi tam təmin olunduğundan 138,68 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2021-ci il tarixli, 800804- 144850/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 13479,87 manat əsas borc və 1525,80 manat faiz borcu olmaqla, cəmi 15005,67 manat; 13 avqust 2021-ci il tarixli, 800804-144850/1nömrəli kredit xətti müqaviləsinə əsasən 997,29 manat əsas borc və 87,73 manat faiz borcu olmaqla, cəmi 1085,02 manat olmaqla, hər iki kredit müqaviləsi üzrə cəmi 16090,69 manat (on altı min doxsan manat 69 qəpik) və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 138,68 manat (yüz otuz səkkiz manat 68 qəpik) pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar