Məhkəmə qərarları › İş №e-2(125)-1065/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1065/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1065/2024 23.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1nun vərəsələri, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh4 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X4 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2366,01 manat əsas, 23,09 manat faiz borcu olmaqla, cəmi 2389,10 manat kredit borcunun, ödənilmiş 43,90 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-in nümayəndəsi X6 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-in Gəncə filialı ilə mərhum X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 2950 manat kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 635 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, X4 miras əmlakına dair Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 mərhum X3 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdirlər. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 2366,01 manat əsas və 23,09 manat faiz borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixli, BPM**********38 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X5 iddiaçı tərəfindən 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 2950 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderlərindən görünür ki, X7 1400 manat, 1270,50 manat və 250 manat pulu "xxxx" ASC-in Gəncə filialından qəbul etmişdir. Maliyyə arayışından görünür ki, mərhum X7 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********38 nömrəli kredit müqaviləsi üzrə 2366,01 manat əsas və 23,09 manat faiz borcu qalmışdır. AZ-İİ 142229 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə ölmüşdür. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 635 saylı məktubunun surətindən görünür ki, X4 adına Gəncə şəhəri 2 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə, 2V-301 reyestrdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X4 vərəsələri xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 miras əmlakdan bərabər hissələrlə irs almışdırlar. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli, BPM**********38 nömrəli kredit müqaviləsi üzrə 2366,01 manat əsas və 23,09 manat faiz borcu olmaqla, cəmi 2389,1 manat kredit borcu alınaraq "xxxx" ASCin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 43,90 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli, BPM**********38 nömrəli kredit müqaviləsi üzrə 2366,01 manat əsas və 23,09 manat faiz borcu olmaqla, cəmi 2389,1 (iki min üç yüz səksən doqquz manat 10 qəpik) manat kredit borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 43,90 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar