Məhkəmə qərarları › İş №e-2(125)-1155/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1155/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1155/2023 16.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi X1, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 28 yanvar 2022-ci il tarixli, CL-EE000062886 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.335 manat 62 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 67 manat 98 qəpik, 03 mart 2022-ci il tarixli, TL-EE000126579 nömrəli tam kart müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 582 manat 79 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 16 manat, cəmi 3.002 manat 39 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74 manat 84 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 15 mart 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi E.E.Aslanov iddia ərizəsinin geri qaytarılmasına dair xahişini müdafiə etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin çağırışlarına gəlməyən cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsini müəyyən etməyə zərurət yoxdur, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmiş 44 manat 04 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; mədaxil qəbzi:**********) dövlət büdcəsindən iddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: iddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı qarşı «pul tələbi» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 44 (qırx dörd) manat 04 (dörd) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; mədaxil qəbzi:**********) dövlət büdcəsindən iddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar