Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-120/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «tutmanın ipoteka predmetlərinə yönəldilməsi və mənzildən çıxarılma» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-230/2020 nömrəli qətnaməsi ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 29.134 ABŞ dolları 10 sent məbləğində borcun, ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının ipoteka predmeti olan Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 48A nömrəli evin 27 nömrəli mənzilinə və Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSCyə olan borcun ödənilməsi,Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 48A nömrəli evin 27 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-230/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 67.368 ABŞ dolları 27 sent məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 manat pul vəsaitinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-2306/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-230/2020 nömrəli qətnaməsi qüvvəsində saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-4427/2021 nömrəli qərarına əsasən cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)- 2306/2020 nömrəli qətnaməsi qüvvədə saxlanmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-230/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cavabdeh3 İddiaçı QSC ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 006M**********03 nömrəli ipoteka müqaviləsi əsasında Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi 48A saylı evin 27 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 95 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* seriya nömrəli çıxarışa əsasən Gəncə şəhəri,Kəpəz rayonu Dədə Qorqud küçəsi, 48A nömrəli evin 27 nömrəli mənzilinin Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka verən Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bundan başqa Cavabdeh3 İddiaçı QSC ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 006M**********02 nömrəli ipoteka müqaviləsi əsasında Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 5 nömrəli evin 59 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 44 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* seriya nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 5 nömrəli evin 59 nömrəli mənzilinin Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. İpoteka predmeti olan əmlaklar İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın arvadı X3 notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-230/2020 nömrəli qətnaməsi qəbul edildikdən sonra cavabdehlər tərəfindən kredit borcundan ödənişlər həyata keçirilmiş, həmin ödənişlər müqavilə üzrə əsas borcdan silinmişdir. Hazırda kredit müqaviləsi üzrə cavabdehlərin banka olan əsas borcu 17.202 ABŞ dolları 38 sent təşkil edir. Həmçinin qətnamə üzrə tutulması qət edilmiş 11.901 ABŞ dolları 67 sent faiz və 30 ABŞ dolları cərimə borcu da hələ ödənilməmişdir. Qanuni qüvvəsini almış qətnamə üzrə cavabdehlərin banka olan ümumi borc məbləği 29.134 ABŞ dolları 10 sent təşkil edir. Buna görə də İddiaçı QSC hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi R.T.Məmmədov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-230/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 55.436 ABŞ dolları 60 sent məbləğində əsas, 11.901 ABŞ dolları 67 sent məbləğində faiz və 30 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 67.368 ABŞ dolları 27 sent məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-2306/2020 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-230/2020 nömrəli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4427/2021 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)- 2306/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 006M**********02 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 06L000000240 nömrəli uzunmüddətli kredit müqaviləsi və onun əsasında bağlanan digər kredit müqavilələrinin öhdəliklərinin icrasının təmin üsulu kimi özünə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzilini İddiaçı QSC qarşısında ipotekaya qoymuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 006M**********03 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 06L000000240 nömrəli uzunmüddətli kredit müqaviləsi və onun əsasında bağlanan digər kredit müqavilələrinin öhdəliklərinin icrasının təmin üsulu kimi özünə məxsus olan Gəncə şəhəri, Dədə Qorqud küçəsi 48A saylı evin 27 nömrəli mənzilini İddiaçı QSC qarşısında ipotekaya qoymuşdur. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Dədə Qorqud küçəsi 48A nömrəli evin 27 nömrəli mənzili xx.xx.2007-ci il tarixli, 06L000000240 nömrəli və xx.xx.2015-ci il tarixli, 06L000000240S nömrəli sazişləri üzrə İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzili xx.xx.2007-ci il tarixli, 06L000000240 nömrəli və xx.xx.2015-ci il tarixli, 06L000000240S nömrəli sazişləri üzrə İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, ipoteka qoyan Cavabdeh1 tələbin ipoteka predmetlərlərinə yönəldilməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarında olan müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,LP-078/2024 nömrəli rəydən görünür ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzilinin hazırkı bazar qiyməti 45.000 manat, likvid qiyməti isə 41.000 manat təşkil edir. İşdə olan müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,LP-077/2024 nömrəli rəydən görünür ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 48A nömrəli evin 27 nömrəli mənzilinin hazırkı bazar qiyməti 45.000 manat, likvid qiyməti isə 41.000 manat təşkil edir. Beləliklə, işdə olan sənədlərlə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində qanuni qüvvəsini almış qətnamə üzrə cavabdehlərin banka olan əsas borcu 17.202 ABŞ dolları 38 sent təşkil edir. Həmçinin qətnamə üzrə tutulması qət edilmiş 11.901 ABŞ dolları 67 sent faiz və 30 ABŞ dolları cərimə borcu da hələ ödənilməmişdir. Beləliklə, cavabdehlərin banka olan ümumi borc məbləği 29.134 ABŞ dolları 10 sent təşkil edir. Tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2015-ci il tarixli, 006M**********02 və xx.xx.2015-ci il tarixli, 006M**********03 nömrəli ipoteka müqavilələri bağlanmış, Cavabdeh1 mülkiyyətində olan, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzili və Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 48A nömrəli evin 27 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərarının 21-ci bəndində məhkəmələrə izah edilmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən «İpoteka haqqında» Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma «İpoteka haqqında» Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Mülki işə məhkəmədə baxıldığı dövrdə ipoteka predmeti olan əmlakların ipoteka müqaviləsində göstərilmiş qiymət mübahisələndirilmiş və bununla əlaqədar iş üzrə müstəqil qiymətləndiricilər təyin olunmuş, ipoteka predmeti olan əmlakların bazar dəyərinin 45.000 manat, likvid dəyərinin isə 41.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən pozulduğundan həmin öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzilinə və Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 48A nömrəli evin 27 nömrəli mənzilinə tutma yönəldilməli, onların satışından əldə edilən vəsait hesabına borc ödənilməli, müstəqil qiymətləndiricinin rəyinə uyğun olaraq ipoteka predmeti olan mənzillərin hər birinin ilkin satış qiyməti 41.000 manat məbləğində müəyyən edilməli, ipoteka ilə yüklü edilmiş mənzillər açıq hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh1 sözügedən mənzillərdən çıxarılmalı və həmin mənzillər boşaldılaraq alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydaa iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-230/2020 nömrəli qətnaməsi əsasında tutulmalı olan borc əvəzinin qismində 29.134 (iyirmi doqquz min bir yüz otuz dörd) ABŞ dolları 10 (on) sent məbləğində pul vəsaitinin sent ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat və xidmət haqqının əvəzi qismində 40 (qırx) manat məbləğində pul vəsaiti ipoteka predmeti olan Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 48A nömrəli evin 27 nömrəli mənzilinə və Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzilinə yönəldilsin, həmin mənzillərin açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc ödənilsin. Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 48A nömrəli evin 27 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 48A nömrəli evin 27 nömrəli mənzilinin ilkin satış qiyməti 41.000 (qırx bir min) manat müəyyən edilsin. Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 5 nömrəli evin 59 nömrəli mənzilinin ilkin satış qiyməti 41.000 (qırx bir min) manat müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-120/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-120/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver