Məhkəmə qərarları › İş №e-2(125)-1243/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1243/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1243/2024 21.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə, Gəncə şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00926-EGN №-li İstehlak Krеditi Müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə Kredit Müqaviləsinə əsasən 638,66 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 331,56 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 633,50 manat məbləğində dəbbə pulu, cəmi 3603,72 manat borcun və dövlət rüsumunun tutulması, tələbin Cavabdeh3 məxsus olan 300 manat dəyərində 1 ədəd paltaryuyan, 500 manat dəyərində 1 soyuducu, 100 manat dəyərində 1 mikrodalğalı soba, 200 manat dəyərində 1 televizor, 500 manat dəyərində 1 mebel dəsti, cəmi 1600 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların ilkin satış qiymətinin 1600 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin kreditin əsas borcu üzrə 2638,66 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 331,56 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 633,50 manat məbləğində dəbbə pulu, cəmi 3603,72 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 56 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00926-EGN №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 3500 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də, göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tariхli, 2022/00926-EGN-Z1/2№-li zaminlik müqaviləsi və Cavabdeh1 arasında xx.xx.2022-ci il tariхli, 2022/00945-EGN-Z2/2 №-li zaminlik müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00926-EGN №-li Girov Müqaviləsinə əsasən, Cavabdeh3 məxsus olan 1 ədəd paltaryuyan 300 manat dəyərində, 1 soyuducu 500 manat dəyərində, 1 mikrodalğalı soba 100 manat dəyərində, 1 televizor 200 manat dəyərində, 1 mebel dəsti 500 manat dəyərində, cəmi 1600 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da, göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Krеdit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhə dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq cаvаbdеh krеdit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. İddianın qiyməti xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 2638,66 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 331,56 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 633,50 manat məbləğində dəbbə pulu,cəmi 3603,72 manat məbləğində borc yaranmışdır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00926-EGN №-li İstehlak Krеditi Müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə Kredit Müqaviləsinə əsasən 638,66 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 331,56 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 633,50 manat məbləğində dəbbə pulu, cəmi 3603,72 manat borcun və dövlət rüsumunun tutulması, tələbin Cavabdeh3 məxsus olan 300 manat dəyərində 1 ədəd paltaryuyan, 500 manat dəyərində 1 soyuducu, 100 manat dəyərində 1 mikrodalğalı soba, 200 manat dəyərində 1 televizor, 500 manat dəyərində 1 mebel dəsti, cəmi 1600 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların ilkin satış qiymətinin 1600 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin kreditin əsas borcu üzrə 2638,66 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 331,56 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 633,50 manat məbləğində dəbbə pulu, cəmi 3603,72 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 56 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehə xəbərnaməli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı BOKT ASC-nin «Gəncə» filialı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00926-EGN saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 3500 manat məbləğində Cavabdeh3 kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı BOKT ASC-nin «Ekspress Gəncə» filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı BOKT ASC-nin «Ekspress Gəncə» filialı ilə Cavabdeh3 300 manat dəyərində 1 ədəd paltaryuyan, 500 manat dəyərində 1 soyuducu, 100 manat dəyərində 1 mikrodalğalı soba, 200 manat dəyərində 1 televizor, 500 manat dəyərində 1 mebel dəsti, cəmi 1600 manat məbləğində ev əşyaları xx.xx.2022-ci il tarixli 2022/00926-EGN saylı girov müqaviləsi bağlanaraq girov qoyulmuşdur. Cavabdehlər öhdəliyi yerinə yetirməmiş və nəticədə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli 2022/00926-EGN saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 2638,66 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 331,56 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 633,50 manat məbləğində dəbbə pulu, cəmi 3603,72 manat manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti və bank hesabı müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279–cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəm hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hesab edilir ki, cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 633.50 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 5 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, faiz borcu hissəsində də, tələb qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş ünvanlayaraq banka xx.xx.2023-cü il tarixinə 2638.66 manat məbləğində əsas kredit borcu, 247.96 manat faiz borcu, 497 manat cərimə, cəmi 3383.62 manat borcunun olduğunu bildirdiyindən, həmin tarixdə müqavilə ləğv edilmiş hesab edilir və iddia tələbinin faiz borcu hissəsi həmin tarixə hesablanmış məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara(ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bildiriş məktubundan görünür ki, İddiaçı BOKT ASC borclu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh3 icrasını təmin etmək üçün əşyanın girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan Bank girovla ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli 2022/00926-EGN saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2638.66 (iki min altı yüz otuz səkkiz manat, altmış altı qəpik) manat, faiz borcuna görə 247.96 (iki yüz qırx yeddi manat, doxsan altı qəpik) manat, cərimə borcuna görə 5 (beş) manat olmaqla, cəmi 2.891,62 (iki min səkkiz yüz doxsan bir manat altmış iki qəpik)manat məbləğində pul İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tələb xx.xx.2022-ci il tarixli 2022/00926-EGN saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı BOKT ASC-nin «Ekspress Gəncə» filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00926-EGN saylı girov müqaviləsi əsasında girov qoyulmuş Cavabdeh3 məxsus 300 manat dəyərində 1 ədəd paltaryuyan, 500 manat dəyərində 1 soyuducu, 100 manat dəyərində 1 mikrodalğalı soba, 200 manat dəyərində 1 televizor, 500 manat dəyərində 1 mebel dəsti, cəmi 1600 manat məbləğində ev əşyalarına yönəldilməli, həmin əşyaları açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borc ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 45.25 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı BOKT ASCnin xeyrinə ödənilsin. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022ci il tarixli 2022/00926-EGN saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2638.66 (iki min altı yüz otuz səkkiz manat, altmış altı qəpik) manat, faiz borcuna görə 247.96 (iki yüz qırx yeddi manat, doxsan altı qəpik) manat, cərimə borcuna görə 5 (beş) manat olmaqla, cəmi 2.891,62 (iki min səkkiz yüz doxsan bir manat altmış iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 45.25 (qırx beş manat iyirmi beş qəpik) manatı İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. xx.xx.2022-ci il tarixli 2022/00926-EGN saylı girov müqaviləsi əsasında girov qoyulmuş Cavabdeh3 məxsus 300 manat dəyərində 1 ədəd paltaryuyan, 500 manat dəyərində 1 soyuducu, 100 manat dəyərində 1 mikrodalğalı soba, 200 manat dəyərində 1 televizor, 500 manat dəyərində 1 mebel dəsti, cəmi 1600 manat məbləğində ev əşyaları açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan kredit borcu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar