Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1300/2024 16.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması, tutmanın torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, m ü ə y y ə n e t d i m: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı “borcun qaytarılması, tutmanın torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə gecikdirilmiş əsas borcun məbləği 52662,98 (əlli iki min altı yüz altmış iki manat doxsan səkkiz qəpik) AZN, kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği 52473,37 (əlli iki min dörd yüz yetmiş üç manat otuz yeddi qəpik) AZN olmaqla, cəmi 105136,35 (bir yüz beş min yüz otuz altı manat otuz beş qəpik) AZN məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 396 (üç yüz doxsan altı) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq, birdəfəlik şəkildə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********28-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2020ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh – Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv,m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 83000 (səksən üç min) AZN məbləğində müəyyən edilməklə, açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə olunan pul vəsaiti hesabına İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, iddia tələbi üzrə tutma ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kvadratmetr olan fərdi yaşayış evinə yönəldildikdə və o, satıldıqda orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, AZEMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması, tutmanın torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması, tutmanın torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1300/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1300/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver