Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1377/2025 28.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 mart 2023-cü il tariхli, 800804-261215/9 nömrəli krеdit müqaviləsi üzrə 16411,48 manat məbləğində əsas bоrc və 2044,57 manat faiz borcu оlmaqla, cəmi 18456,05 manat borcun və 145.36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin mahiyyəti: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 28 mart 2023-cü il tarixli, 800804-261215/9 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 15 yanvar 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 16,411.48 manat məbləğində əsas borc və 2,044.57 manat faiz borcu оlmaqla, cəmi 18,456.05 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 mart 2023-cü il tarixli, 800804-261215/9 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, Cavabdeh 59 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. - 28 mart 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh həmin tarixdə 20000 (iyirmi min) manat məbləğində kredit İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasından ödənilmişdir. - 15 yanvar 2025-ci il tarixli, 001/007/0277/2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanmış 28 mart 2023-cü il tarixli, 800804-261215/9 nömrəli kredit müqaviləsinə əsasən 21 faiz dərəcəsi ilə 59 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. 15 yanvar 2025-ci il tarixə borcalanın banka 16411,48 manat əsas borc və 2044.57 manat faiz borcu olmaqla, cəmi 18456,05 manat borcu mövcuddur. - 07.01.2025-ci il tarixli, 001/007/0056/2025 nömrəli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcu olduğu, ödəmədiyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. - 15.01.2025-ci il tarixli, **********11 nömrəli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 145,36 manat ödəniş həyata keçirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 24 sentyabr 2025-ci il tarixli, 9/3870 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” X2 tərəfindən İddiaçı ASC-dən alınmış 28 mart 2023-cü il tarixli, 800804-261215/9 nömrəli kredit müqaviləsi üzrə 15 yanvar 2025-ci il tarixədək olan əsas borcu 16.859,90 manat və faiz borcu isə 996.56 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Prosessual Məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə müqavilənin şərtinə və iddia tələbində göstərilən həddə uyğun olaraq əsas borc kimi 16.411.48 (on altı min dörd yüz on bir manat qırx səkkiz qəpik) manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Lakin məhkəmə tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının cavabdehdən müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə hesablanmış faiz borcu 996,56 (doqquz yüz doxsan altı manat əlli altı qəpik) manat təşkil edir. Belə olan halda məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddia tələbi faiz borcuna münasibətdə qismən təmin olunmalı, faiz borcu kimi 996,56 (doqquz yüz doxsan altı manat əlli altı qəpik) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 28 mart 2023-cü il tarixli, 800804- 261215/9 nömrəli kredit müqaviləsinə əsasən 16411.48 (on altı min dörd yüz on bir manat qırx səkkiz qəpik) manat əsas, 996,56 (doqquz yüz doxsan altı manat əlli altı qəpik) manat faiz borcu olmaqla cəmi 17408,04 (on yeddi min dörd yüz səkkiz manat dörd qəpik) manat borc tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi faiz borcuna aid qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və ödənilmiş dövlət rüsumunun 142.22 (yüz qırx iki manat iyirmi iki qəpik) manatı dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 28 mart 2023-cü il tarixli, 800804-261215/9 nömrəli kredit müqaviləsinə əsasən 16411.48 (on altı min dörd yüz on bir manat qırx səkkiz qəpik) manat əsas, 996,56 (doqquz yüz doxsan altı manat əlli altı qəpik) manat faiz borcu olmaqla, cəmi 17408,04 (on yeddi min dörd yüz səkkiz manat dörd qəpik) manat borc və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 142.22 (yüz qırx iki manat iyirmi iki qəpik) manatı tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1377/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1377/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver