Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1379/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X3 vərəsəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 771.38 ( yeddi yüz yetmiş bir) manat 38 qəpik əsas, 98.35 (doxsan səkkiz) manat 35 qəpik faiz olmaqla, ümumilikdə 869.73 (səkkiz yüz altmış doqquz) manat 73 qəpik borcun, kart limiti üzrə 249.33 (iki yüz qırx doqquz) manat, 33 qəpik əsas, 8.55 (səkkiz) manat 55 qəpik faiz olmaqla ümumilikdə 257.88 (iki yüz əlli yeddi) manat 88 qəpik borcun və ödənilmiş 31.28 (otuz bir) manat 28 qəpik dövlət rüsumunun və 0.40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsalandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 20 %-lə, 20 ay müddətinə 2300 manat nəğd kredit verilmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********22 nömrəli kredit müqaviləlsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 36 ay müddətinə illik 24 faiz olmaqla 800 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2024cü il tarixli, 2101 nömrəli məktubundan görünür ki, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nəğd kredit üzrə 771.38 manat əsas borcu, vəfat etdiyi tarixə 98.35 manat faiz borcu, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş kart limiti üzrə 249.33 manat əsas borcu, vəfat etdiyi tarixə 8.55 manat faiz borcu qalmışdır. X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, cavabdeh ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə3 iştirak etmiş, iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, izahatında göstərdi ki, anasından ona heç bir miras qalmamışdır. Anasının Leobanka aid olan kartında 100 manat pul olmuşdur. Həmin məbləğdə pulu əldə etmək istəmiş, ona görə də vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etmişdir. Yekunda həmin pulla bağlı ona vərəslik hüququna dair şəhadətnamə verilməmişdir. Ona görə də, həmin 100 manatı da əldə edə bilməmişdir. Sonda iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X4 iddiaçı tərəfindən illik 20 %-lə, 20 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli BPM**********22 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X4 iddiaçı tərəfindən 36 ay müddətinə illik 24 faiz olmaqla 800 manat məbləğində kart limiti verilmişdir. Maliyyə arayışından görünür ki, mərhum X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli kredit müqaviləsi üzrə 771.38 manat əsas borcu, vəfat etdiyi tarixə 98.35 manat faiz borcu hesablanmışdır. Maliyyə arayışından görünür ki, mərhum X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********22 nömrəli kredit müqaviləsi üzrə 249.33 manat əsas borcu, vəfat etdiyi tarixə 8.55 manat faiz borcu hesablanmışdır. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 adına xx.xx.2024-cü il tarixdə 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisində xx.xx.1979-cu ıl təvəllüdlü, Gəncə şəhəri, Kəpəz rayonu, X6 küç, ev 5, mənzil 17 ünvanında qeydiyyatda olan qızı-Cavabdeh ərizəsinə reyestrdə 8V-146 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmışdır, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********22 nömrəli və xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X4 illik 20 %-lə, 20 ay müddətinə 2300 manat nəğd kredit, 36 ay müddətinə illik 24 faiz olmaqla 800 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun vərəsəsi Cavabdeh isə vərəsəliyi qəbul etməmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin qeyd edilən 1306.1-ci maddəsinin mətn və məzmunundan müəyyən edildiyi kimi, vərəsə miras qoyanın kreditorları qarşısında özünün mirasdan əldə etdiyi aktivlər həddində məsuliiyətlidir. Baxılan işdə isə X1 hansısa aktiv mirasın qalması və cavabdehin həmin mirası qəbul etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Baxılan işdə isə X1 hansısa aktiv mirasın qalması və cavabdehin həmin mirası qəbul etməsini təsdiq edən heç bir sübut olmadığından və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinin bu hallara tətbiqindən belə nəticə müəyyən edilir ki, işin faktiki halları irəli sürülən iddianın təmin edilməsinə əsas vermir. Ona görə də məhkəmə bu qənaətdədir ki, irəli sürülən iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-1379/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1379/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver