Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1425/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı X5 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: X5 (LPO) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 noyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)261119-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 12.279,79 manat əsas borcun və 545,18 manat faiz borcu olmaqla cəmi 12.824,97 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 128,48 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq bağlanmış 26 noyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)261119-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 12.290,29 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Kredit müqaviləsinin 1.1, 1.2, 1.3 və 2.4.4 və 2.4.13-cü bəndlərinə əsasənCavabdehbu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 14 iyun 2024-cü il tarixli **********966 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə isə banka 10 (on) manat məbləğində sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Bu səbəbdən də Cavabdeh 26 noyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)261119-01 nömrəli kredit müqaviləsi üzrə 4 iyun 2024-cü il tarixə banka ödənilməmiş cəmi 12.824,97 manat məbləğində borcu vardır. Bundan 12.279,79 manat əsas borc və 545,18 manat isə faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirak etmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmədə iştirak etmiş LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)261119-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 12.290,29 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir (cavabdehin kredit borcu restrukturizasiya edilmişdir). İş materiallarında olan 13 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MBNP ***-*******FİMSA(B)261119-01 nömrəli kredit müqaviləsinə əsasən 4 iyun 2024-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə 12.279,79 manat məbləğində əsas borc və 545,18 manat məbləğində faiz borcu olmaqla, cəmi 12.824,97 manat borcu yaranmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 15 yanvar 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 128,48 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)261119-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 12.290,29 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir(cavabdehin kredit borcu restrukturizasiya edilmişdir). Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin 4 iyun 2024-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə 12.279,79 manat məbləğində əsas borc və 545,18 manat məbləğində faiz borcu olmaqla, cəmi 12.824,97 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 436.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tariхli kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasına dair LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12.279,79 manat əsas borc və 545,18 manat faiz borcu olmaqla cəmi 12.824,97 manat borc iddiaçı Bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 128,48 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən yaranan 12279,79 manat məbləğində əsas borc və 545,18 manat məbləğində faiz borcu olmaqla, cəmi 12824,97 (on iki min səkkiz yüz iyirmi dörd) manat 97 qəpik məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,48 (bir yüz iyirmi səkkiz) manat 48 qəpik məbləğində pul Cavabdeh tutularaq, X5 İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-1425/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1425/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver