Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1428/2025 08.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh1 (həmçinin digər cavabdehlərin qanuni nümayəndəsi), cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Sadıqova Cəmilə Abbasəli qızının vərəsələri - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2920.43 (iki min doqquz yüz iyirimi manat, qırx üç qəpik) manat əsas, 16.09 (on altı manat, doqquz qəpik) faiz, 0.02 (iki qəpik) cərimə olmaqla ümumilikdə 2936.54 (iki min doqquz yüz otuz altı manat, əlli dörd qəpik) borcun, kart limiti üzrə 298.39 (iki yüz doxsan səkkiz manat, otuz doqquz qəpik) manat əsas 18.35 (on səkkiz manat, otuz beş qəpik) faiz olmaqla ümumilikdə 316.74 (üç yüz on altı manat, yetmiş dörd qəpik) borcun və ödənilmiş 52.54 (əlli iki manat, əlli dörd qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Sadıqova Cəmilə Abbasəli qızı arasında xx.xx.2023-cü il tarixli, BPM**********17 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən Sadıqova Cəmilə Abbasəli qızına illik 20 faizlə, 36 ay müddətinə 3000 manat nağd kredit verilmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Sadıqova Cəmilə Abbasəli qızı arasında xx.xx.2021-ci il tarixli BPM**********36 nömrəli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən Sadıqova Cəmilə Abbasəli qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Sadıqova Cəmilə Abbasəli qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1402 nömrəli məktubundan görünür ki, Sadıqova Cəmilə Abbasəli qızından qalmış mirası cavabdehlər qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Sadıqova Cəmilə Abbasəli qızının Banka ödənilməmiş nağd kredit üzrə 2920.43 manat əsas borcu, vəfat etdiyi tarixə 16.09 manat faiz borcu və 0.02 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Sadıqova Cəmilə Abbasəli qızının Banka ödənilməmiş kart limiti üzrə 298.39 manat əsas borcu, vəfat etdiyi tarixə 18.35 manat faiz borcu qalmışdır. Cavabdehlər X2 Abbasəli qızından qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 iddianı müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdehlər X2 Abbasəli qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı cavabdehlərə müraciət etsə də cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh (həmçinin digər cavabdehlərin qanuni nümayəndəsi) Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, mərhum arvadı Sadıqova Cəmilə Abbasəli qızının kredit müqaviləsi bağlamasından və hazırki tələb üzrə öhdəliklərindən xəbərdar olmamışdır. Arvadı Cəmilə vəfat edəndən sonra ondan miras yalnız qızıl-zinət əşyaları qalmış, həmin əşyaları sonuncu banka girov qoymuş, həmin əşyaları bankdan götürmək üçün notariat kontoruna müraciət etmişdir. Orada notariusa arvadı Cəmilədən miras qalmış əmlakı qəbul etdiyini bildirmiş, lakin daşınar əşyaların siyahısını notariusa təqdim etməmişdir. Bundan sonra notariusdan məktub alaraq banka getmiş və arvadı Cəmilədən miras qalmış qızıl-zinət əşyalarını götürərək satmışdır. Hazırda mərhum arvadı Cəmilə Sadıqovadan miras qalmış daşınar və yaxud daşınmaz əşyaların siyahısını təqdim edə bilmir. Onun hazırki tələb üzrə borclarını ödəməyə maddi imkanı yoxdur, arvadı öləndən sonra 2 azyaşlı uşağına güclə baxır. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. İş üzrə digər cavabdehlər olan Cavabdeh3 və Cavabdeh2 yetkinlik yaşına çatmadığından, yəni on dörd yaşından on səkkiz yaşınadək olan yaşlarda olduqlarından onların hüquq, azadlıq və qanunla qorunan mənafeləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən məhkəmədə qanuni nümayəndələri olan ataları - Cavabdeh1 tərəfindən qorunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdeh (həmçinin digər cavabdehlərin qanuni nümayəndəsi) Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 23 iyun 2023-cü il tarixli, BPM**********17 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Sadıqova Cəmilə Abbasəli qızına illik 20 faizlə, 36 ay müddətinə 3000 manat nağd kredit verilmişdir. Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Sadıqova Cəmilə Abbasəli qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********36 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Sadıqova Cəmilə Abbasəli qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. AZ-İİ seriyalı, 241745 nömrəli, 07 sentyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sadıqova Cəmilə Abbasəli qızı xx.xx.2023-cü il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Sadıqova Cəmilə Abbasəli qızının Banka ödənilməmiş nağd kredit üzrə 2920.43 manat əsas borcu, vəfat etdiyi tarixə 16.09 manat faiz borcu və 0.02 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışınından görünür ki, Sadıqova Cəmilə Abbasəli qızının Banka ödənilməmiş kart limiti üzrə 298.39 manat əsas borcu, vəfat etdiyi tarixə 18.35 manat faiz borcu qalmışdır. 2 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 784 nömrəli məktubundan görünür ki, xx.xx.1968-ci il tarixdə doğulmuş, xx.xx.2023cü il tarixdə vəfat etmiş - Sadıqova Cəmilə Abbasəli qızının adına 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Miras əmlaka dair vərəsələrdən ünvan 1 ünvanında qeydiyyatda olan əri – Cavabdeh1, oğlu – Cavabdeh3 və qızı – Cavabdeh2 qəbul etmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. xx.xx.2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" ASC tərəfindən borcu könüllü ödəməsi barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Sadıqova Cəmilə Abbasəli qızının "xxxx" ASC ilə bağladığı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 23 iyun 2023-cü il tarixli, BPM**********36 nömrəli kredit müqaviləsi üzrə 2920.43 manat əsas borcu, vəfat etdiyi tarixə 16.09 manat faiz borcu və 0.02 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli BPM**********36 nömrəli kart limiti üzrə 298.39 manat əsas borcu, vəfat etdiyi tarixə 18.35 manat faiz borcunun yarandığı, Sadıqova Cəmilə Abbasəli qızının ölümündən sonra həmin şəxsə məxsus miras əmlakın qəbul edilməsinə dair Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisində vərəsəlik işi açıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, X2 Abbasəli qızı kredit müqavilələri üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdehlər mirasqoyanın öhdəliyini icra etməmişdir. Həmçinin cavabdehlər məhkəməyə miras qoyanın ölümündən sonra ondan miras qalmış daşınmaz və daşınar əşyalarının siyahısı barədə heç bir sübut təqdim etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin olunmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, X2 Abbasəli qızının vərəsələri - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, BPM**********17 nömrəli kredit müqaviləsi üzrə 2920.43 (iki min doqquz yüz iyirmi manat, qırx üç qəpik) manat əsas, 16.09 (on altı manat, doqquz qəpik) manat faiz, 0.02 (iki qəpik) manat cərimə olmaqla cəmi 2936.54 (iki min doqquz yüz otuz altı manat, əlli dörd qəpik) manat borc, xx.xx.2021-ci il tarixli, BPM**********36 nömrəli kart limiti üzrə 298.39 (iki yüz doxsan səkkiz manat, otuz doqquz qəpik) manat əsas, 18.35 (on səkkiz manat, otuz beş qəpik) manat faiz olmaqla cəmi 316.74 (üç yüz on altı manat, yetmiş dörd qəpik) manat borc, ümumilikdə hər iki müqavilə üzrə 3253.28 (üç min iki yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 52,54 manat və 0,40 manat bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 Abbasəli qızının vərəsələri - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, BPM**********17 nömrəli kredit müqaviləsi üzrə 2920.43 (iki min doqquz yüz iyirmi manat, qırx üç qəpik) manat əsas, 16.09 (on altı manat, doqquz qəpik) manat faiz, 0.02 (iki qəpik) manat cərimə olmaqla 2936.54 (iki min doqquz yüz otuz altı manat, əlli dörd qəpik) manat borc, xx.xx.2021-ci il tarixli, BPM**********36 nömrəli kart limiti üzrə 298.39 (iki yüz doxsan səkkiz manat, otuz doqquz qəpik) manat əsas, 18.35 (on səkkiz manat, otuz beş qəpik) manat faiz olmaqla 316.74 (üç yüz on altı manat, yetmiş dörd qəpik) manat borc, cəmi hər iki müqavilə üzrə 3253.28 (üç min iki yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 52.54 (əlli iki manat əlli dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1428/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1428/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver