Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1530/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X12 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11641 (on bir min altı yüz qırx bir ) manat məbləğində pulun, məhkəməyə ödədiyi 125 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən kassasiya şikayəti tərtib etmək üçün vəkil Cavabdeh ilə müqavilə bağlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən onun nümayəndəsi olan vəkil Cavabdeh verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh İddiaçı nümayəndəsi olan vəkil Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavə edilmiş sənədləri araşdıraraq, məruzəçi hakimi dinləyərək, hesab etmişdir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli, 363-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi olan vəkil Cavabdeh kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə kassasiya şikayətinin forması MPM-ə 3 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Hazırkı iş üzrə kassasiya şikayətindən görünür ki, şikayət Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, kassator işin faktiki hallarına istinad etməklə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Lakin kassator qeyd olunan iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-nin tələblərini pozmuşdur. Bundan başqa, kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti verilməsi üçün 58,75 manat dövlət rüsumu ödənilmişdir. İddianın qiyməti 14.000 manat olmaqla, iddia ərizəsi verilən zaman qanunla müəyyən edilmiş məbləğ 132 manat dövlət rüsumu ödənilmişdir. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin verilməsinə görə, qanunla müəyyən edilmiş məbləğ 66 manat (50 faizi) olduğu halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinin tələbləri pozulmaqla, cəmi 58,75 manat dövlət rüsumu ödənilmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən cavabdeh İddiaçı vəkil Cavabdeh verdiyi kassasiya şikayətinin və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1900/2023 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən onun vəkili Cavabdeh verdiyi buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi və kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası qəbul edilmiş qərardadı onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini və prosessual müddətin bərpasına dair ərizəni cavabdeh İddiaçı vəkili Cavabdeh imzalasa da, onun nümayəndə kimi səlahiyyətlərini təsdiq edən müvafiq etibarnamə əlavə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən cavabdeh İddiaçı vəkili Cavabdeh verdiyi kassasiya şikayəti geri qaytarılmış, lakin cavabdehin olan vəkil Cavabdeh kassasiya şikayətində göstərilən nöqsanları aradan qaldırmadan yenidən eyni məzmunlu kassasiya şikayəti vermişdir. Vəkil Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1900/2023 saylı qərardadı ilə onun nümayəndəsi (vəkili) Cavabdeh kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, İddiaçı nümayəndəsi (vəkili) Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının Mülki Kollegiyasınınxx.xx.2024-cü il tarixli, 2(104)-1900/2023 saylı qərardadından vəkil X6 tərəfindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2024-cü il tarixli, 2(102)-2051/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)-1900/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası qəbul qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən 2 dəfə kassasiya şikayəti verilmiş və prosessual müddət onun tərəfindən üzrsüz səbəblərdən ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, kassasiya şikayətinin geri qaytarılması müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsas sayıla bilməz. Hazırkı işdə kassasiya şikayəti verən iddiaçının peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin prosessual qaydalarından xəbərsiz olmasını istisna edir. Belə ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət etməməsi, dövlət rüsumunun az ödənilməsi və sair kimi pozuntular qəbul edilməzdir və təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməsini istisna edir. Vəkil Cavabdeh məhkəmə müdafiəsi hüququnu pozmasından Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayət etmişdir. Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2024-cü il tarixli qərarına əsasən peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin tələblərini pozduğuna görə, vəkil Cavabdeh vəkillik fəaliyyəti 6 (altı) ay müddətinə dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən yenidən kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən qanunla müəyyən edilmiş 2 aylıq müddətdə şikayət versə də, vəkilin təqsiri ucbatından kassasiya şikayəti bir neçə dəfə geri qaytarılmışdır. Qeyd olunan qətnamədən kassasiya şikayətini yenidən vermişdir. Onun kassasiya şikayətini vaxtında verməməsi birbaşa sübut edilmişdir. Sübut isə ondan ibarətdir ki, hüquqlarını pozan vəkil Cavabdeh barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayət etmişdir. Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2024-cü il tarixli qərarına əsasən, peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin tələblərini pozduğuna görə, vəkil Cavabdeh vəkillik fəaliyyəti 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Bildirmək istəyir ki, o, vətəndaşdır. Kassasiya şikayəti vermək üçün ondan tələb olunan odur ki, mütləq kassasiya şikayətini vəkil tərtib etməlidir. Cavabdeh vəkillər kollegiyasının üzvüdür. Əvvələr də, hakim işləmişdir. Onun hüquqi savadına şübhə ilə yanaşmaq və onu araşdırmaq imkanı və səlahiyyəti yoxdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 1900/2023 saylı qərardadı ilə kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə kollegiyası qəbul edilmiş qərardadı onunla əsaslandırmışdır ki, Mülki-prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxsin təkrarən qətnamədən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə verilməsini nəzərdə tutmamışdır. Belə olan halda, İddiaçı nümayəndəsi (vəkili) X10 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qətnaməsi üzrə kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hal-hazırda Cavabdeh işinə məsuliyyətsiz yanaşması nəticəsində 11641 (on bir min altı yüz qırx bir ) manat ziyana düşmüşdür. Qeyd olunan ziyanı açıqlaması ilə qeyd etmək istəyir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.Qocayev) iddia qismən təmin edilmiş, cavabdeh X7 12483 (on iki min dörd yüz səksən üç) manat pulun tutularaq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh X7 dövlət rüsumunun əvəzi qismində 117,50 manat (bir yüz on yeddi manat əlli qəpik) pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, cavabdeh X7 1968 (min doqquz yüz altmış səkkiz) manat məbləğində pul alınaraq ona verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsi ilə 12483-1968=10515 manat pul azaldılmışdır. Əgər məhkəmə müdafiəsi hüququ kassasiya instansiya məhkəməsində həyata keçirmiş olsaydı, həmin məbləği Ali Məhkəmə təmin edə bilərdi. Ancaq, vəkilin təqsiri ucbatından işinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmamışdır. 1207 manat ziyana isə dövlət rüsumları, vəkillərə ödənilən hüquqi yardıma görə ödənişlər və etibarnamə verilməsi üçün rüsumlar aiddir. Vəkil Cavabdeh 400 manat ödəniş; Vəkil Xəqani Əkbərova 300 manat ödəniş; Vəkil Natiq Əliyevə 320 manat ödəniş; Etibarnamə - 18 manat ödəniş; Etibarnamə - 18 manat ödəniş; Dövlət rüsumu 70 manat ödəniş; Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, Cavabdeh ilə yalnız apellyasiya məhkəməsində uduzduqdan sonra müqavilə bağlamış və ona Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən yalnız kassasiya şikayəti yazmağı xahiş etmişdir. Vəkil Cavabdeh isə bunun üçün ondan 400 manat pul almış və tezliklə kassasiya şikayəti yazacağına söz vermişdir. Bir neçə gün sonra Cavabdeh ilə görüşmüş və sonuncu ona tərtib etdiyi kassasiya şikayətini təqdim etmiş, o isə şikayəti oxuyub razılaşmışdır. Bundan sonra kassasiya şikayəti apellyasiya məhkəməsinə göndərilsə də geri qaytarılmışdır. Belə olan halda o, yenidən Cavabdeh yanına gəlmiş, Cavabdeh kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırıb yenidən şikayət verəcəyini bildirmiş, lakin buna baxmayaraq kassasiya şikayəti ikinci dəfə icraata götürülmədən geri qaytarılmışdır. O, isə başqa vəkillə müqavilə bağlamayıb yenidən Cavabdeh yanına gəlmiş, Zərniyar xanım ona buraxılmış müddətin bərpası barədə ərizə yazacağını və yenidən kassasiya şikayəti tərtib edəcəyini bildirmişdir. Lakin heç bir faydası olmamış, nə kassasiya şikayəti düzgün tərtib edilmiş, nə də kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddət bərpa olunmuşdur. Bundan sonra o, başqa vəkilin yanına gedərək onunla müqavilə bağlamış və buraxılmış müddətin bərpa olunmamasına dair Gəncə Apellyasiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərardadından kassasiya şikayəti versə də Ali Məhkəmənin Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarı ilə təmin olunmamışdır. Nəticədə onun işə yenidən baxılmaq imkanı əlindən çıxmış və ümumilikdə 11641 manat ziyana düşmüşdür. Hesab edir ki, onun işinə Ali Məhkəmədə baxılsaydı udmaq imkanı böyük idi. Çünki oxşar iş üzrə başqa bir şəxsin xeyrinə Ali Məhkəmədə qərar qəbul olunmuşdur. Qeyd edir ki, hal-hazıra kimi vəkil Cavabdeh ondan xidmət haqqı kimi aldığı 400 manatı da qaytarmamışdır. Həmçinin sonradan vəkil Xəqani Əkbərova ödədiyi 300 manat və Natiq Əliyevə ödədiyi 320 manatı da onlardan almamışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh X7 12483 manat pul və dövlət rüsumunun əvəzi qismində 117.50 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X14 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, cavabdeh X7 1968 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra İddiaçı sözügedən qətnamədən kassasiya şikayəti vermək üçün onunla müqavilə bağlamışdır. Müqaviləyə əsasən o, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verməli idi. O, həmin qətnamədən kassasiya şikayəti vermişdir. X15 Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin qaytarılmasına səbəb dövlət rüsumunun 66 manat ödənilməli halda 58,75 manat ödənilməsi və kassasiya şikayətinin formaya uyğun tərtib edilməməsi olmuşdur. Qeyd edir ki, dövlət rüsumunu iddiaçı özü ödəməli idi. Bundan sonra o, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi ilə birlikdə yenidən kassasiya şikayəti vermişdir. X15 Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)- 1900/2023 saylı qətnaməsindən verdiyi buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi və kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin qaytarılmasına səbəb kimi kassasiya şikayətinin qaytarıldıqdan sonra əvvəllər yol verilən nöqsanların aradan qaldırılmaması olmuşdur. Daha sonra o, kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə versə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadına onun kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iddiaçı onun hüquqi yardımından istifadə etməmiş, nə də ödədiyi 400 manatı geri almamışdır. Bundan sonra İddiaçı onun barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət etmiş və şikayət əsasında onun vəkillik fəaliyyəti 6 ay dayandırılmışdır. Hesab edir ki, İddiaçı apellyasiya məhkəməsində uduzduğu 10515 manatı ondan tələb etməsi düzgün deyildir. Belə ki, o, apellyasiya məhkəməsində İddiaçı vəkili və nümayəndəsi olmamışdır. İddiaçı özü özünü həmin məhkəmədə təmsil etmişdir. O, yalnız Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsin kassasiya şikayəti yazmağı öhdəsinə götürmüş və bunu da yazmışdır. Əfsuslar olsun ki, kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən geri qaytarılmış və buraxılmış müddət də bərpa olunmamışdır. Bu səbəbdən iş Ali Məhkəməyə getməmişdir. İş Ali Məhkəməyə getmiş olacağı təqdirdə isə orada İddiaçı xeyrinə qərar çıxarılacağı ehtimaldır. Həmçinin o yol verdiyi səhvə görə Vəkillər Kollegiyası tərəfindən artıq cəzalandırılmışdır. Bu səbəbdən həmin məbləğin ondan tutulması əsassızdır. Bundan başqa onun digər vəkillərə ödədiyi pulun da ona aidiyyəti olmadığı üçün ondan tutulması əsassızdır. Odur ki, iddia tələbini qismən, yəni kassasiya şikayəti tərtib etməyə görə aldığı 400 manata dair hissəni qəbul etdir, qalan hissədə isə iddia tələbini qəbul etmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X7 12483 manat pul və dövlət rüsumunun əvəzi qismində 117.50 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, cavabdeh X7 1968 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi olan vəkil Cavabdeh verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin qaytarılmasına səbəb dövlət rüsumunun 66 manat ödənilməli halda 58,75 manat ödənilməsi və kassasiya şikayətinin formaya uyğun tərtib edilməməsi olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən İddiaçı vəkili Cavabdeh verdiyi buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi və kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin qaytarılmasına səbəb kassasiya şikayətinin qaytarılması zamanı əvvəllər yol verilən nöqsanların aradan qaldırılmaması olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadından görünür ki, İddiaçı nümayəndəsi (vəkili) Cavabdeh kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, İddiaçı nümayəndəsi (vəkili) Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)- 1900/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(102)-2051/2024 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 fevral 2024cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2024-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadından görünür ki, İddiaçı nümayəndəsi (vəkil) X10 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1900/2023 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ünvanlanmış Azərbayca Respublikası Vəkillər X4 16 dekabr 2024-cü il tarixli 2007 nömrəli mətubundan görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müraciət Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır. Bildirilir ki, Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin tələblərini pozduğuna görə, vəkil Cavabdeh vəkillik fəaliyyəti 6 (altı) ay müddətinə dayandırılmışdır. Cavabdeh Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ona qarşı iddia tələbini qismən, yəni kassasiya şikayəti tərtib etməyə görə aldığı 400 manata dair hissəni qəbul edir, qalan hissədə iddia tələbini qəbul etmir. İşin məhkəmə tərəfindən müəyyən olunan halları: Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh X7 12483 manat pul və dövlət rüsumunun əvəzi qismində 117.50 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X14 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023cü il tarixli, 2(104)-1900/2023 nömrəli qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, cavabdeh X7 1968 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra İddiaçı sözügedən qətnamədən kassasiya şikayəti vermək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürəsunun vəkili Cavabdeh ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verməli idi. Vəkil Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. X15 Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi olan vəkil Cavabdeh verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin qaytarılmasına səbəb dövlət rüsumunun 66 manat ödənilməli halda 58,75 manat ödənilməsi və kassasiya şikayətinin formaya uyğun tərtib edilməməsi olmuşdur. Bundan sonra vəkil Zərniyar X8 Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi və kassasiya şikayəti vermişdir. X15 Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(104)- 1900/2023 saylı qətnaməsindən İddiaçı vəkili Cavabdeh verdiyi buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi və kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin qaytarılmasına səbəb kimi kassasiya şikayətinin qaytarıldıqdan sonra əvvəllər yol verilən nöqsanların aradan qaldırılmaması olmuşdur. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) Cavabdeh kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə versə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qərardadına əsasən İddiaçı nümayəndəsi (vəkili) Cavabdeh kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, İddiaçı nümayəndəsi (vəkili) Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(102)- 2051/2024 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)- 1900/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2024-cü il tarixli, 2(104)- 1900/2023 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi (vəkil) X10 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, İddiaçı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət etmiş, həmin şikayət Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır. Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin tələblərini pozduğuna görə, vəkil Cavabdeh vəkillik fəaliyyəti 6 (altı) ay müddətinə dayandırılmışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini tamamilə müdafiə etmiş, lakin Cavabdeh ərizə yazaraq İddiaçı ona qarşı iddia tələbini qismən, yəni kassasiya şikayəti tərtib etməyə görə aldığı 400 manata dair hissəni qəbul etmiş, qalan hissədə isə iddia tələbini qəbul etməmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, ilk öncə Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etməsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, Cavabdeh ərizə yazaraq İddiaçı ona qarşı iddia tələbini qismən, yəni kassasiya şikayəti tərtib etməyə görə aldığı 400 manata dair hissəni qəbul etmiş, qalan hissədə isə iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı qismən etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və iddia tələbi cavabdehin iddiaçıdan vəkil xidmətləri üçün aldığı 400 (dörd yüz) manat Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin qalan hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, İddiaçı iddia tələbində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 saylı qətnaməsi ilə onun xeyrinə çıxarılmış qətnamənin qismən ləğv edildiyini, nəticədə birinci instansiya məhkəməsində onun xeyrinə qət edilmiş 12483 manatdan apellyasiya instansiya məhkəməsində 1968 manat pulun təmin edildiyini və 10515 manat pul azaldığını, əgər məhkəmə müdafiəsi hüququ kassasiya instansiya məhkəməsində həyata keçirmiş olsaydı, həmin məbləği Ali Məhkəmə təmin edə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinə əsasən Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir; mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır; vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir; vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir; Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn tələblərə əməl etməlidir Həmin Qanunun 16-cı maddəsinin İİ hissəsinə əsasən Vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə, məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir. Məhkəmə iddiaçının iddiasında gəlmiş olduğu qənaətlə razılaşmır və hesab edir ki, İddiaçı vəkili Cavabdeh yalnız kassasiya şikayətini qüsurlu tərtib etməyə görə yuxarıda qeyd olunan 10515 manat pulu uğramış olduğu zərər kimi qiymətləndirib tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi zərərin mülki qanunvericilik zərərin nədən ibarət olmasını dəqiq müəyyən etmişdir. İddiaçı vəkili kimi Cavabdeh hələ kassasiya şikayətini qüsurlu tərtib etməsi İddiaçı real zərərə uğraması kimi qiymətləndirilməsi məntiqi baxımdan düzgün deyildir. Belə ki, gələcəkdə işə kassasiya instansiyası məhkəməsində baxılacağı halda İddiaçı xeyrinə birmənalı qərarın qəbul edilməsini hələ müəyən etmək mümkün deyildir. Digər tərəfdən hazırda Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1900/2023 nömrəli qətnaməsi hazırda qüvvədə olduğu üçün həmin nəticəyə gəlinməsi qüvvədə olan məhkəmə qətnaməsinin legitimliyini şübhə altına almış olur. Həmin məhkəmə aktına əsasən isə cavabdeh X7 1968 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh vəkil və nümayəndə kimi kassasiya şikayətini tərtib etməyə görə üzərinə götürdüyü işi qüsurlu həyata keçirməsinə görə ona ödədiyi xidmət haqqını (muzdu) geri tələb etməkdə haqlıdır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. (Kapitalbank ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələdirilməsinə MPM-nin qeyd olunan tərzdə yanaşması ilə növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarı nəzərə alınaraq qeyd olunmuşdur ki, hüquqi müəyyənlik «res jurdicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz, işə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab oluna bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalmaq bu prinsipindən geri çəkilməyə haqq qazandırır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Rrabx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi) Məhkəmənin bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, kassasiya şikayətinin birinci dəfə qaytarılmasına səbəb kimi dövlət rüsumunun tamamilə ödənilməməsi olmuşdur ki, buna da cavabdehliyi hüquqi xidmət göstərən vəkil daşımır. Digər tərəfdən İddiaçı kassasiya şikayətinin düzgün tərtib edilmədiyini gördükdə onun yeni vəkil seçməklə hüququ da var idi. İddiaçı isə kassasiya instansiyası məhkəməsinə çıxış hüququndan tamamilə məhrum olduğunu gördüksən sonra artıq yeni vəkillərə müraciət etmiş, artıq kassasiya instansiyası məhkəməsinə çıxış hüququnu itirdiyini bildiyi halda yeni vəkillərlə müqavilə baxlamış və yersiz xərclər etmişdir. Ən əsası Azərbaycan Respublikası Vəkillər X9 xx.xx.2024-cü il tarixli qərarına əsasən, peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin tələblərini pozduğuna görə, vəkil Cavabdeh vəkillik fəaliyyəti 6 (altı) ay müddətinə dayandırılması sonuncu üçün kifayət qədər maddi və mənəvi məhrumiyyətə səbəb olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı kassasiya instansiyası məhkəməsinə çıxış hüququndan tamamilə məhrum olduğunu gördükdən sonra artıq yeni vəkillərə müraciət etməsi, artıq kassasiya instansiyası məhkəməsinə çıxış hüququnu itirdiyini bildiyi halda yeni vəkillərlə müqavilə baxlayaraq onlara ödəniş etməsi ilə bağlı çəkilən xərc də Cavabdeh tutulması əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmənin gəldiyi yekun qənaətə əsasən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat tutulub, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddiaçı qaldırmaq üçün 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia qismən təmin edilmiş 11641 manatdan cəmi 400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bu isə ümumi iddia tələbinin təxminən 3,5 faizinin təmin edilməsi deməkdir.125 manatın 3 faizi isə 3.75 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 3.75 (üç manat yetmiş beş qəpik) manatı Cavabdeh tutulub, İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 3.75 (üç manat yetmiş beş qəpik) manatı Cavabdeh tutulub, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1530/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1530/2025
04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver