Məhkəmə qərarları › İş №e-2(125)-1539/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1539/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1539/2023 03.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı TuranBank ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı TuranBank ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı TuranBank ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 2 819.29 AZN (iki min səkkiz yüz on doqquz manat 29 qəp.) əsas, 369.02 AZN (üç yüz altmış doqquz manat 02 qəp.) faiz, 388.60 AZN (üç yüz səksən səkkiz manat 60 qəp.) cərimə borcu olmaqla, cəmi 3 576.91 AZN (üç min beş yüz yetmiş altı manat 91 qəp.) məbləğində borcun və ödənilmiş 55.77 AZN məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, TuranBank ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19.5 % olmaqla 24 ay müddətinə 4 000 AZN (dörd min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2022-ciil tarixinə TuranBank ASC-yə 2 819.29 AZN (iki min səkkiz yüz on doqquz manat 29 qəp.) əsas, 369.02 AZN (üç yüz altmış doqquz manat 02 qəp.) faiz, 388.60 AZN (üç yüz səksən səkkiz manat 60 qəp.) cərimə borcu olmaqla, cəmi 3 576.91 AZN (üç min beş yüz yetmiş altı manat 91 qəp.) borcu yaranmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylıkredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 39 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Qeyd olunanlara əsasən TuranBank ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 2 819.29 AZN (iki min səkkiz yüz on doqquz manat 29 qəp.) əsas, 369.02 AZN (üç yüz altmış doqquz manat 02 qəp.) faiz, 388.60 AZN (üç yüz səksən səkkiz manat 60 qəp.) cərimə borcu olmaqla, cəmi 3 576.91 AZN (üç min beş yüz yetmiş altı manat 91 qəp.) məbləğində borcun və ödənilmiş 55.77 AZN məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı TuranBank ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək bildirmşdir ki, maddi imkanı olmadığı üçün borcu qaytara bilməmişdir. Kredit borcunun cərimə hissəsi ilə razı deyil. Qeyd edilənlərlə əlaqədar olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, kredit borcunun cərimə hissəsi ilə razı deyil. Qeyd edilənlərlə əlaqədar olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19.5 % olmaqla 24 ay müddətinə 4 000 AZN (dörd min manat) məbləğində kredit verilmişdir. İşdə olan TuranBank ASC ilə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsinə əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2021-xx.xx.2023-cü illər ərzində ümumilikdə 4.862.57 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan TuranBank ASC-nə aid xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 həmin tarixdə 4000 manat pulu qəbzə imza etməklə götürmüşdür. İşdə olan iddiaçı TuranBank ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun 24 ay ərzində bankdan götürəcəyi 4000 manat məbləğində kreditin qaytarılmasına zəmanət vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 və zaminə xəbərdarlıq edilərək kredit müqaviləsi üzrə borcları xatırladılmış və ödənilməsi tələb olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, TuranBank ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19.5 % olmaqla 24 ay müddətinə 4 000 AZN (dörd min manat) məbləğində kredit verilmişdir. Lakin cavabdeh ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh2 xx.xx.2022-ciil tarixinə TuranBank ASC-yə 2 819.29 AZN (iki min səkkiz yüz on doqquz manat 29 qəp.) əsas, 369.02 AZN (üç yüz altmış doqquz manat 02 qəp.) faiz, 388.60 AZN (üç yüz səksən səkkiz manat 60 qəp.) cərimə borcu olmaqla, cəmi 3 576.91 AZN (üç min beş yüz yetmiş altı manat 91 qəp.) borcu yaranmışdır. Cavabdeh2 borcunu qaytarmasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuş və əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəyi haqda zəmanət vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdeh, yəni zamin Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı Banka borcu yaranmışdır. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı TuranBank ASC xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi 388.60 AZN (üç yüz səksən səkkiz manat 60 qəp.) cərimə borcunun cavabdehlərdən tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi üzrə cərimənin azaldılaraq 40 manat məbləğində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi üzrə 2 819.29 AZN (iki min səkkiz yüz on doqquz manat 29 qəp.) manat məbləğində kredit borcu, 369.02 AZN (üç yüz altmış doqquz manat 02 qəp.) manat məbləğində faiz borcu və 40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.228,31 (üç min iki yüz iyirmi səkkiz manat 31 qəpik) manat məbləğində pul alınaraq iddiaçı TuranBank ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddia qismən təmin edildiyindən, ödənilmiş 55.77 AZN manat dövlət rüsumunun 50,7 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. TuranBank ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, İK № 450/İST/2021 saylı kredit müqaviləsi üzrə 2 819.29 AZN (iki min səkkiz yüz on doqquz manat 29 qəp.) manat məbləğində kredit borcu, 369.02 AZN (üç yüz altmış doqquz manat 02 qəp.) manat məbləğində faiz borcu və 40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.228,31 (üç min iki yüz iyirmi səkkiz manat 31 qəpik) manat məbləğində pul və ödənilmiş 55.77 AZN manat dövlət rüsumunun 50,7 manatı alınaraq iddiaçı TuranBank ASC-yə verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar