Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1542/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavadeh Cavabdeh iştirakı ilə, İddiaçı BOKT Nümayəndə2 MMC-nin cavadeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli, 220/0122-020 saylı kredit müqaviləsinə əsasən BOKT Nümayəndə2 MMC Cavabdeh 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 918 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə aldığı kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri geri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində Cavabdeh mülkiyyətində olan “Mercedes Benz 400 minik” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklü edilməsi barədə tərəflər arasında 13 yanvar 2022-ci il tarixli, 220/0122- 020AG saylı girov müqaviləsi bağlanmışdır. İddiaçı BOKT Nümayəndə2 MMC cavadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 374.60 manat məbləğində əsas borc, 80.29 manat faiz, 101 manat cərimə borcu olmaqla, cəmi 555.89 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını; Cavabdeh, oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olan: "Mercedes Benz 400 minik” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomaşını ümumi dəyəri 12000 manat məbləğində olan tutma yönəldilməsi, onu açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına "Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı MMCyə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cəmi 555,89 manat, həmçinin dövlət rüsumunun ödənilməsi; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, onun ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Məhkəmə iclasında cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıya 374.60 manat əsas, 80.29 manat faiz borcu olduğunu, cərimə borcu olmadığını bildirmişdir. Cavabdeh iddianın etiraf etdiyi hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini borcalana vermişdir. Lakin borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, beləliklə onun borcverən qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bununla yanaşı, cavabdeh məhkəməyə təqdim etdiyi yazılı ərizə ilə iddiaçıya 374.60 manat əsas, 80.29 manat faiz borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı həmin hissədə iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı qismən etirafı qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etirafı qəbul edilməli və həmin hissədə iddia təmin edilərək vurulmuş 374.60 manat əsas borc, 80.29 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı 101 manat cərimə borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tənasübsüz dərəcədə yüksək olduğundan cərimə borcunun tutulması hissəsində iddia təmin edilməməlidir. Bundan başqa, iddiaçı Cavabdeh, oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olan "Mercedes Benz 400 minik” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomaşını ümumi dəyəri 12000 manat məbləğində olan tutma yönəldilməsi, onu açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına "Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cəmi 555,89 manat, həmçinin dövlət rüsumunun ödənilməsi; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, onun ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 269.1-cü maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 309.1-cü maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 309.2-cü maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). İddiaçı tutmanın Cavabdeh mülkiyyətində olan "Mercedes Benz 400 minik” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini xahiş etmişdir və bu tələbini tərəflər arasında bağlanmış girov müqaviləsi ilə əsaslandırmışdır. Lakin rəsmi reyestrdə qeydə alınmalı daşınar əşya olan həmin avtomobilə dair əşya hüquqlarının məhdudlaşdırılması barədə tərəflər arasında bağlanmış müqavilənin daşınar əmlakın rəsmi reyestrində qeydə alınmasını təsdiqləyən sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından həmin əqd etibarsızdır və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından tutma mübahisəli avtomobilə yönəldilə bilməz. Qeyd edilənlərə əsasən, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 13 yanvar 2022-ci il tarixli, 220/0122-020 saylı güzəştli kredit müqaviləsi üzrə 374.60 manat əsas borc, 80.29 manat faiz borcu olmaqla, cəmi 454 (dörd yüz əlli dörd) manat 89 (səksən doqquz) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh alınaraq iddiaçı BOKT Nümayəndə2 MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-1542/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1542/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver