Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1544/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, KL/0988 nömrəli kredit (borc) müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.071 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti (Lombard) məşğul olaraq, fərdi sahibkar olaraq fiziki şəxs kimi ona məxsus VÖEN ilə «Qarant Lombard» adı ilə fəaliyyət göstərir. İddiaçı məxsus «Qarant Lombard» təşkilatı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən aylıq faiz ödənişi 122 manat 84 qəpik olmaq şərtilə 1 ay müddətinə 3.071 manat məbləğində istehlak məqsədilə Cavabdeh kredit ayrılmışdır. Dəfələrlə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcunu könüllü şəkildə ödəməkdən yayınmışdır. Lakin bu günə kimi Cavabdeh yuxarıda göstərilən ödənişlərdən başqa heç bir ödəniş etməmişdir. İddiaçı Cavabdeh ona olan borcunu məhkəmədən kənar qaydada heç cür ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı xx.xx.2022-ci il tarixli, KL/0988 nömrəli kredit (borc) müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.071 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından olan fiziki şəxs İddiaçı məxsus (VÖEN **********) «Qarant Lombard» təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KL/0988 nömrəli kredit (borc) müqaviləsinin surətindən görünür ki, Cavabdeh aylıq faiz ödənişi 122 manat 84 qəpik olmaq şərtilə 1 ay müddətinə 3.071 manat məbləğində kredit ayrılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən «Qarant Lombard» təşkilatının sahibi İddiaçı ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh lombardda olan qızıllarını çıxarıb təşkilata ödəmək üçün 3.071 manat məbləğində pul vəsaiti ayrılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh kredit borcunun könüllü ödənilməsi barədə xəbərdar olunmuşdur. «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət xx.xx.2017-ci il tarixindən fərdi sahibkardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, lombard fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı ilə cavabdeh arasında lombard girovu müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombardda girova qoymaqla iddiaçıdan kredit almışdır. Daha sonra cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında cavabdehə məxsus qızıl-zinət əşyaları girovdan çıxarılmış və borcunun əvəzi qismində xx.xx.2022-ci il tarixli, KL/0988 nömrəli kredit (borc) müqaviləsi bağlanılılaraq Cavabdeh aylıq faiz ödənişi 122 manat 84 qəpik olmaq şərtilə 1 ay müddətinə 3.071 manat məbləğində kredit ayrılmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu günədək 3.071 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, KL/0988 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 3.071 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 19 iyul 2022-ci il tarixli, KL/0988 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.071 (üç min yetmiş bir) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-1544/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1544/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver