Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1548/2024 31.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı ASC-nin cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdim: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 142,57 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehdən xx.xx.2014-cü il tarixli, 026CASA143000005 saylı kredit müqaviləsinə əsasən 142,57 manat faiz borcunun tutulmasını tələb etsə də, qeyd olunan müqavilə üzrə 142,57 manat faiz borcu qalmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, maliyyə arayışında əsas borcun tam ödənildiyi, 142,57 manat faiz borcu qaldığı göstərilsə də, cavabdeh tərəfindən cəmi nə qədər ödəniş edildiyi və ondan faiz borcuna hansı məbləğdə tutulduğu açıqlanmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənəd ərizədə göstərilməlidir. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul olunmasından imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, İddiaçı ASC-nin cavabehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 284-4.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı ASC-nin cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin . Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1548/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1548/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver