Məhkəmə qərarları › İş №e-2(125)-1577/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1577/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1577/2023 27.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X5, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən 813,33 AZN əsas, 49,17 AZN faiz, cəmi 862,50 AZN məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən ona illik 25 faiz dərəcəsi ilə 2400 AZN məbləğində kredit xətti ayrılmışdır. Qeyd olunan kredit müqaviləsinin şərtlərinə əsasən X6 öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Lakin, X6 24 oktyabr 2021-ci il tarixdə vəfat etdikdən sonra onun ailə üzvləri tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmir. Bu səbəbdən onun arvadı və qanuni vərəsəsi olan Cavabdeh (hüquqi varisliyi sübut edən Gəncə şəhər 5 saylı notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Vərəsəlik hüququ haqqında şəhadətnamə işə əlavə olunur) cavabdeh qismində məhkəməyə vermək məcburiyyətində qalmışlar. xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixə 813,33 AZN əsas, 49,17 AZN faiz borcu qalmışdır. Tərəflərindən qanun üzrə vərəsənin qeydiyyatda olduğöu ünvana rəsmi bildiriş göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) kredit borcunun qaytarılması təmin olunmamışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqavilədən görünür ki, X4 illik 25 faiz dərəcəsi ilə 2400 AZN məbləğində kredit xətti ayrılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, TT**********4032400 nömrəli balansdan kənar orderinin surətindən görünür ki, X6 1 ədəd plastik kartı İddiaçı ASC-dən qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 15/645 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən ona illik 25 faiz dərəcəsi ilə 2400 AZN məbləğində kredit xətti ayrılmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 813,33 AZN əsas, 49,17 AZN faiz borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 16/V/155 nömrəli xəbərdarlıqdan görünür ki, vərəsə Cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 224746 nömrəli, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 oktyabr 2021-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 oktyabr 2021-ci il tarixdə 942 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi Covid-19 virusu qeyd olunmuşdur. İş materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2V-84 reyestr nömrəli Gəncə şəhər 5 saylı notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh və o, miras əmlakdan bütövlükdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X2na məxsus olan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,016 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 32,9 kv,m yaşayış sahəsi 24,8 kv,m. yardımçı sahəsi 8,1 kv,m olan 2 otaqlı olan fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********OJ78101 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2ində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2V-85 reyestr nömrəli Gəncə şəhər 5 saylı notariusu tərəfindən verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 qalmış arvadı ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı - ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X2na məxsus olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,0664 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 20,4 kv,m olan 1 otaqlı fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi birgə əmlakdan payı ünvan 3ində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. İş materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2V-87 reyestr nömrəli Gəncə şəhər 5 saylı notariusu tərəfindən verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı-real vaxt rejimində əldə edilmiş nəqliyyat vasitəsi Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTMHU09J1D5076497 buraxılış ili 2013-cü il olan TOYOTA LAND-CRUİSER minik markalı, **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. İş materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2V-88 reyestr nömrəli Gəncə şəhər 5 saylı notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh və o, miras əmlakdan bütövlükdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: real real vaxt rejimində əldə edilmiş nəqliyyat vasitəsi Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTMHU09J1D5076497 buraxılış ili 2013-cü il olan TOYOTA LAND-CRUİSER minik markalı, **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə qeyd edir ki, X3 İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən borcu onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı bankla X2 arasında kredit kartına dair müqavilə bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, X6 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. X2 vəfat etdiyindən və onun vəfatından sonra miras qalmış əmlaklara cavabdehin miras payı müəyyən olunduğundan yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, sözügedən borc cavabdehin miras payına mütənasib olaraq ondan tutulmalı və iddiaçıya ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc məbləği üzrə 813,33 (səkkiz yüz on üç manat otuz üç qəpik) AZN əsas, 49,17 (qırx doqquz manat on yeddi qəpik) AZN faiz, cəmi 862,50 (səkkiz yüz altmış iki manat əlli qəpik) AZN kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 (otuz) AZN dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 30 (otuz) AZN cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 813,33 (səkkiz yüz on üç manat otuz üç qəpik) AZN məbləğində əsas kredit borcu, 49,17 (qırx doqquz manat on yeddi qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 862,50 (səkkiz yüz altmış iki manat əlli qəpik) AZN pul və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar