Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1622/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 1835,76 (bir min səkkiz yüz otuz beş manat yetmiş altı qəpik) manat, əsas borc 1812,03 (bir min səkkiz yüz on iki manat üç qəpik) manat, faiz borcu 23,73 (iyirmi üç manat yetmiş üç qəpik) manat məbləğin və ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli, 13-xx-xx-102561 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən X2 60 (altmış) ay müddətinə, illik 1 faiz olmaqla 1821,41 (bir min səkkiz yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 13-xx-xx-102561 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə əsas borcu 1812,03 (bir min səkkiz yüz on iki manat üç qəpik) manat, faiz borcu borcu 23,73 (iyirmi üç manat yetmiş üç qəpik) manat ümumilikdə 1835,76 (bir min səkkiz yüz otuz beş manat yetmiş altı qəpik) manat məbləğində borc təşkil edir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsəsi-Cavabdehdur. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, mərhum atası X1 İddiaçı ASC qarşısında pul öhdəliyi olmuşdur. Maddi imkanı aşağı olduğuna görə kredit borcunu ödəyə bilməmişdir. Atasının vəfatından sonra ona ban nömrəsi 653723, mühərrikin nömrəsi ******* və buraxılış ili 1977-ci il olan “Moskviç 412” minik markalı **-CA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Həmin nəqliyyat vasitəsi hazırda yarasız vəziyyətdə olmaqla bu günə olan real bazar dəyəri 350 manat təşkil edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı ASC-nin Gəncə filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 13-xx-xx-102561 saylı kredit müqaviləsindən görünür ki, X2 illik 1 faizlə 60 ay müddətinə 1821,41 manat kredit verilmişdir. 17 may 2022-ci il tarixli M/19-4162 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, 13-xx-xx-102561 saylı kredit müqaviləsi üzrə X1 İddiaçı ASC-yə cəmi borcu 1835,76 (bir min səkkiz yüz otuz beş manat yetmiş altı qəpik) manat o cümlədən 1812,03 (bir min səkkiz yüz on iki manat üç qəpik) manat kredit borcu, 23,73 (iyirmi üç manat yetmiş üç qəpik) manat faiz borcu təşkil edir. M/11-5558 nömrəli, xx.xx.2022-ci il tarixli iddiaçı tərəfindən X1 vərəsəsinə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən mərhum X1 vərəsəsinə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-102 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2020-ci ildə vəfatından sonra vərəsəsi kimi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh tanınmışdır. Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak nəqliyyat vasitəsi üzərində məhdudiyyətin mövcudluğu barədə məlumata və Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, AA322535 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 653723, mühərrikin nömrəsi ******* və buraxılış ili 1977-ci il olan “Moskviç 412” minik markalı **-CA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli 05/09İS/020753-22 nömrəli arayışından görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh ailə tərkibi arvadı- X7 (xx.xx.1979), qızı-X3 (xx.xx.2009), oğlu-X6 (xx.xx.2012), oğlu-X5 (xx.xx.2018) ibarətdir. Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş qüsur aktından görünür ki, qəzaya uğramış buraxılış ili 1977-ci il olan “Moskviç 412” minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin bugünkü bazar qiyməti 350 (üç yüz əlli) manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum X4 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 1821,41 manat kredit verilmişdir. Lakin, X4 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında cəmi 1835,76 (bir min səkkiz yüz otuz beş manat yetmiş altı qəpik) manat məbləğində borcu qalmışdır. X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. X4 öldükdən sonra onun oğlu – hazırki iş üzrə Cavabdeh miras qoyanın yeganə qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – buraxılış ili 1977-ci il olan “Moskviç 412” minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobili rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda miras əmlakın real bazar dəyəri 350 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X1 ölümündən sonra ondan qalmış mirası qanun üzrə vərəsəsi olan oğlu – Cavabdeh qəbul etdiyindən və miras əmlak cəmi 350 manat pul vəsaitindən ibarət olduğundan, cavabdeh miras passivinə görə miras aktivi həddində cavabdehlik daşımalıdır. Odur ki, iddia qismən təmin edilməli, 350 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin ümumilikdə 19,07 faiz hissəsi təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, yəni 7,8 (yeddi manat səksən qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat pul vəsaiti və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 7,80 (yeddi manat səksən qəpik) manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1622/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1622/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver